Yeni dəyişiklik yeni rüşvət rıçağına çevrilə bilər... - Orta məktəblərdə...
Tarix: 8-12-2015, 10:34 | Çap et
İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulan Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələ geniş ictimai müzakirəyə səbəb olub. Bir sıra təhsil ekspertləri məcəlləyə təklif olunan dəyişikliyi dərindən düşünülməmiş yanlış bir addım kimi qiymətləndirir. Maraqlıdır, nəzərdə tutulan dəyişiklik hansı məqsədlərə hesablanıb və mümkün nəticələri nə ola bilər?
Hər şeydən öncə qeyd edək ki, belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər.Bu əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, genış müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Xatırladaq ki, Sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzifədən azad olunmaya qədər ən ağır cəza növləri tətbiq edilirdi. Rüb ərzində 40 saat dərs buraxan şagird isə proqram materialını mənimsəməmiş, biliyi isə qiymətləndirilməmış hesab olunaraq həmin şagirdin müvafiq olaraq payız imtahanına cəlb edilməsi və ya təkrar sinifdə saxlanılması barədə qəraq çıxarılırdı. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla” şərtinə qalınca isə, belə səbəblər həmişə tapılıb və bundan sonra da tapılmayacağına heç kəs zəmanət verə bilməz. Nəzərə alsaq ki, dərsdən yayınmada maddiyatla bağlı məsələlərin də həlledici rolu vardır, onda bu cərimələrin əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər yaradacağını da istisna etmək olmaz. Hesab edirik ki, məhz dərs hesabına repetitor yanına, digər əlavə kurslara getmək üçün şərait yaradanlara qarşı cəza tədbirlərinin tətbiqi bu sahədə vəziyyətin normallaşmasına öz töhvəsini verə bilər. Məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçırilməsi daha çox effekt verər, nəinki valideynlərin cərimələnməsi. Dərsdən yayınmadan daha ziyanlı tendensiya intişar tapmaqdadır ki, bu da təhsildən yayınmadır. Xüsusilə regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ölkə təhsilində daha ciddi problemlər var ki, məhz onların həlli yolları tapılmalıdır. Bu sırada isə dərs davamiyyətinə görə valideynlərin 100 manat məbləğində cəzalandırılması ən son sıralarda qərar tuta bilər. Amma nədənsə indi islahatlara məhz bundan başlamaq istəyirlər. Heç kəsə sirr deyil ki, bəzi təhsil ocaqları ən müxtəlif adlar altında rüşvətin toplandığı və böyük pulların dövr etdiyi birjaları xatırladır. Biz isə hamıya məlum olan bir həqiqəti təkrarən xatırladırıq ki, bu kimi məktəblərə ictimai etimad “sıfır nöqtəsi”nin altındadır, övladının təhsilli olmasını istəyən valideynin bir çıxış yolu qalıb: “Uşağının gələcəyi naminə onu məktəbə buraxmamaq, əvəzində boğazından kəsərək pul ödədiyi repititorlara ümid bağlamaq”. Düzdür, respublikada özünün mütərəqqi ənənələri ilə seçilən, yüksək təhsil göstəriciləri olan çoxsaylı məktəblərimiz var. Amma etiraf olunmalıdır ki, bir sıra məktəblərdə hələ də neqativ hallar qalmaqdadır və məlum dəyişiklik bu neqativ hallar siyahısına yenisinin əlavə olunması ilə nəticələnəcək. Elə bu səbəbdən də sözügedən dəyişikliyə təhsil ekspertləri, ictimai təşkilatlar, hətta deputatlar səviyyəsində mənfi münasibət var. Hər kəs bir ağızdan dəyişikliyin mənfi fəsadlarından söz açır, amma necə deyərlər, artıq gecdi “Qatar gedib”. Bu “qatar”ın özüylə hansı problemləri gətirəcəyi isə gün kimi aydındır. Bunu təxmin etmək üçün nə Milli Məclisin deputatı, nə də Nostradamus olmağa ehtiyac var… Son dəyişiklik onsuz da rüşvətin əldən saldığı orta məktəblərdə rüşvətə yeni nəfəs verəcək. Başqa sözlə, məktəb direktorlarına unikal “rüşvət pası” göndərib. Axı məsələnin başqa tərəfi də var. Heç əyalət məktəblərini demirik, paytaxt Bakının “göbəyində yerləşən” elə təhsil ocaqları var ki, orada siniflər normal qızdırılmır. İndi düşünək ki, bir çox məktəblərdə istilik olmadığına görə valideyn iki həftə uşağı məktəbə buraxmır ki, xəstələnməsin. O zaman 100 manat pul ödəməlidirmi? Məktəblərdə ən primitiv şəraitin təmin edilmədiyi halda valideynləri “100 manat qorxusu” altında saxlamaqla nəyə nail olmağa çalışır bunlar? Heç düşünmüsünüzmü bundan sonra proseslər necə inkişaf edəcək? Bu məktəb direktorlarına, rayon, şəhər Təhsil Şöbələrinin rəhbərlərinə yeni qazanc fürsəti tanımaqdır. Tutaq ki, “X”-ın uşağı ay ərzində 7 gün dərsə gəlməyib. Direktor həmin “X”-ı kabinetinə çağırıb, onun qarşısında konkret şərt qoyacaq: “Ya 100 manat cərimə ödəməlisən, ya da ki... Baxıram, kasıb adamsan, buna imkanın yoxdu. Elə mənə 50 manat ver, məsələni həll edim”. Bax belə, cənablar. Ayın sonunda atasından 50 ya 100 manat alınan şagird isə hər gün məktəb həyətində donaraq oxuduğu Azərbaycan himni ilə fəxr etməyəcək. Və bunun günahı təkcə həmin şagirddə olmayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|