"Azərişıq" şefinin qaranlıq dünyası... - Baba Rzayev qohumlarına babalıq yapır...
Tarix: 2-12-2015, 11:21 | Çap et
İstehlakçıların elektrik enerjisi ilə təchizatında müəyyən irəliləyişlərə nail olunsa da, “Azərişıq” rəhbərliyi vaxtilə “Azərenerji” ASC rəhbərliyinin buraxdığı kobud səhvləri təkrarlamaqda davam edir. Belə ki, qurumun regional şəbəkələrində sayğac alverinə hələ də son qoyulmayıb.Bəzən elektrik sayğacları əvvəlkindən də baha qiymətə quraşdırılır. Halbuki, Baba Rzayev üçün bu məsələ prioritet hesab edilməlidir. Çünki, nə qədər inkişaf layihələri həyata keçirilsə də, adi sayğacların qoyulmasında korrupsiya halları varsa, deməli o qurumun normal fəaliyyətindən söhbət gedə bilməz. Bu baxımdan, paytaxt Bakı istisna olmaqla bölgələrdə abunəçilərin sayğaclarla təminatında vəziyyət heç də dəyişməyib. Neçə-neçə abunəçi hələ “Azərenerji” dönəmindən bəri reallaşdırılmayan sayğac arzuları ilə yaşayır. Çünki, həmin sayğacları iş tapşırığı olmasına baxmayaraq sadəcə gətirib havayı quraşdırmaq istəyən yoxdur. Belə faktları sadalamaq da olar. Bir şərtlə ki, “Azərişıq” rəhbərliyi istəyində səmimi olsun. Yeri gəlmişkən, sayğacı quraşdırılmayan sahibkarların və məişət abonentlərinin köhnə borcları “şişdikcə” Qurumun ərazidəki nümayəndələri üçün korrupsiogen fürsətlər yaranır. Bunu isə baba Tağıyevin cibini güdən əməkdaşlarından heç kəs qaçırmaq niyyətində görünmür. Bu cür hallar “Azərişıq”ın Enerji Satış Departamenti tərəfindən ərazilərdə işləyən nəzarətçilərin dosyesi ilə ciddi maraqlanmamasının məntiqi nəticəsidir.Fikrimizcə, formal müstəvidə qurumda baş verən hər hansı qanun pozuntusu ilə bağlı dövlət nəzarəti mexanizmi tam gücü ilə işləyə bilmir. Bu üzdən də, “Azərişıq” ASC-nin strukturundakı daxili nəzarət şöbələrinin də fəaliyyəti məhsuldar deyil. Çünki, bu şöbələrdə istisnasız olaraq Baba Rzayevin adamları yerləşdirilib. Həmin şəxslərin qarşısında isə rəhbərlik tərəfindən cızılmış “davranış konturları” hər şeyi həll edir. Nəticədə elektrik enerjisi istehlakçılarının az qala kütləviləşməkdə olan narazılığı siddi şəkil alır. Ölkə ərazisində “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” ASC-yə ötürülməsi ilə bağlı dövlət başçısının imzaladığı “Azərişıq” ASC haqqında” 10 fevral 2015-ci il tarixli Sərəncamından ötən 9 ay ərzində bir çox pozitiv inkişaf meylləri nəzərə çarpır. Bunlar əsasən yarımstansiyaların modernləşdirilməsi və bir sıra texniki problemlərin həlli ilə bağlı məsələlərdir.Lakin elə buradaca oxucuların nəzərinə bəzi məqamları çatdırmağa ehtiyac duyuruq. Söhbət tender satınalmalarının prosedur qaydalarının kobud surətdə pozulmasından, bu üsulla milyonlarla manat dövlət vəsaitlərinin Baba Rzayevin biznes maraqlarının qurbanına çevrilməsindən gedir. “Azərişıq” ASC-də tikinti işlərinə nəzarət Baba Rzayevin qardaşının əlində cəmləşdirilib.Tikilməkdə olan yarımstansiyalarda çalışanların fərqli bir hissəsi bu cür spesifik obyektlər üçün olsuqca təsadüfi adamlar hesab oluna bilər. Odur ki, “Azərişıq” təcrübəsiz işçi kontingenti üçün qısamüddətli təlim kursları açmağa sadəcə borcludur. Səhmdar Cəmiyyətin İnkişaf və İnvestisiya Departamenti tərkibində fəaliyyət göstərən tikinti və yenidənqurma idarəsi xüsusi məsuliyyət tələb edən bu cür tikinti işlərinin qısa zamanda görülməsində kifayət qədər gücsüzdür. Eynən də, yarımstansiyaların inşası üçün daimi iş yerləri yaratmaq Baba Rzayevə sərf eləmir. Vəziyyətdən ən yaxşı çıxış yolu kimi, rəhbərlik günəmuzd işçi qüvvəsindən istifadə etməyi üstün tuutub.Bu isə tikintilərdə xeyli vəsaitə qənaət etməyə imkan verir. Lakin qənaət olunan vəsaiti dövlətin xəzinəsinə mədaxil olunmasından söhbət gedə bilməz.Təkcə bu ilin 9 ayı ərzində “Azərişıq” 150-yə yaxın irili-xırdalı tender müsabiqələri elan edib. Müsabiqələrin əsas qalibləri isə Baba Rzayevin yaxın ətrafına məxsus şirkətlərdir.Bunlar “Göknur LTD” kabel zavodu (qardaşı Rahib Rzayev), Santral Elektrik LTD (Baba Rzayevin qaynı İlham Həsənov), “Bakelektro” (qardaşı Emin Rzayev) kimi kommersiya və istehsalat qurumlarıdır. Bundan əlavə, əksər hallarda müqavilələr dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinin pozulması nəticəsində tender keçirilmədən, müvafiq razılıq almadan birbaşa bağlanıb. Halbuki, qanunvericilik yaxın qohumların nəzarətində olan şirkətlərlə tender müqaviləsi bağlanmasını qeyri-mümkün edir. Ümumiyyətlə, “Azərişıq” ASC-nin rəhbəri son zamanlar tender əməliyyatlarından da külli miqdarda qazanc götürməyə başlayıb. Bu məqsədlə “atüstü” təsis edilən şirkətlərin müvafiq ixtisas uyğunluğu və təcrübəsi olmasa da, hesablarına külli miqdarda dövlət vəsaiti köçürülərək “yerbəyer” edilir. Əksər regional elektrik şəbəkələrində isə əməlli-başlı korrupsiogen şərait hökm sürür. REŞ-lərin elektrik enerjisi istehlakçılarını gözümçıxdıya salması ilə bağlı da onlarca fakt sadalamaq olar. Bu qurumlarda yer alan saxtakarlıqlar həddinin bilmir. Elə isə soruşuruq: dövlət nəzarəti bə hanı? Bu gün “Azərişıqi” ASC-nin tabeliyindəki bir sıra regional elektrik şəbəkələri tərəfindən elektrik sayğaclarının abonentlərə açıq-aşkar satılması faktlarına da göz yumulur. Əgər Baba Rzayev həqiqətən də bu biabırçılıqların qarşısında acizdirsə, deməli onun idarəçiliyində sürüşmə təhlükəsi var. Bu sürüşmələrin qarşısı vaxtında alınmasa ölkənin enerji sektorunda daha qorxulu mənzərələrlə rastlaşacağıq. Odur ki, “Azərişıq” ASC-də hökm sürən neqativ auranın “müalicəsinə” böyük ehtiyac var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|