Avtonəqliyyat Gömrük İdarəsi rəisinin də adı "MTN işi"ndə hallanır... - İlginc iddialar
Tarix: 12-11-2015, 09:57 | Çap et
İdarədə mövcud olan əlavə "rüsum şərt"ləri ölkəyə maşın idxalını kəskin şəkildə azaldıb Bildiyiniz kimi, xaricdən ölkəmizə avtomobil idxal edən sahibkarların böyük hissəsi son illər müxtəlif haqsızlıqlara məruz qalırlar.
Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Gömrük İdarəsində yaşanan özbaşınalıqlar vətəndaşların ölkəyə avtomobil idxalına maneçilik törədir. Bu haqda indiyədək mətbuatda dəfələrlə məlumat verilib və idarənin rəisi İsmayıl Hüseynovun fəaliyyəti sərt şəkildə tənqid olunub. Ölkə rəhbərliyinin gömrük sistemində şəffaflığın təmin olunması istiqamətində həyata keçirdiyi müsbət işlərə baxmayaraq, sözügedən idarədə mövcud qanunlara qətiyyən əməl olunmur. Qaydalara əsasən, ölkə ərazisinə daxil olmuş bütün nəqliyyat vasitələri eyniləşdirilməli, sınaqdan keçirilməli, daha sonra sınaq haqqında protokol tərtib olunmalı və nəticələri müsbət olan nəqliyyat vasitələri uyğunluq sertifikatı ilə təmin olunmalıdır. Qeyd edək ki, 2011-ci ilin oktyabrında DGK Statistika və İnformasiya Texnoloqiyaları Baş İdarəsi ilə birlikdə nəqliyyat vasitələrinin sertifikatlaşdırılması üçün xüsusi VAİS (Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemi) yaradılıb. Bu sistemə görə müraciət ərizələri sertifikat orqanına elektron qaydada daxil olur. Daha sonra nəqliyyat vasitələri eyniləşdirilir, sınaqdan keçirilir və sınaq haqqında protokol tərtib olunur. Sonda təsdiq olunmuş sənədlər bazaya elektron formada daxil edilir və uyğunluq sertifikatı tərtib olunur. Bizdə olan məlumatlara görə, Avtonəqliyyat Gömrük İdarəsində dövlətin qanunları yox, İsmayıl Hüseynovun tətbiq etdiyi "şərt"lər keçərlidir: "İdarənin işçiləri xaricdən avtomobil gətirən insanların başına olmazın müsibətlər açır. İdarənin əməkdaşları gətirilən maşınları qanunda göstərilən dövlət rüsumları əsasında qeydiyyata almırlar. Vətəndaş mütləq rüsumdan əlavə ödəniş etməlidir. Əks halda, onun gətirdiyi maşın "rastamoşka" edilmir. Gətirilən maşınların əksəriyyəti standartlara uyğun olduğu halda, İsmayıl müəllim və işçiləri bir əmma tapırlar". Məlumatlı mənbə deyir ki, Avtonəqliyyat Gömrük İdarəsində yazılmamış elə qanunlar var ki, onu heç kim poza bilməz: "Həmin qaydaların pozulması xaricdən gətirilən maşınların qeyri-müəyyən müddətə gömrükdə saxlanmasıyla nəticələnə bilər. Qeyri-müəyyən müddətə maşının qeydiyyata alınmaması isə sahibkarlara ciddi ziyan vurur. Əksəriyyət bilir ki, ölkəyə gətirilən avtomobillərə görə vergilər və gömrük rüsumları, ölkədə ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli 80 saylı qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, ölkəyə gətirilən avtomobillərə görə aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumu tutulur. Bu vergilərin və idxal rüsumunun tutulması, onun dərəcəsi bir çox hallardan asılıdır. Belə ki, birinci növbədə maşının istehsal olunduğu il, maşının mühərrikinin həcmi nəzərə alınır və maşının gətirildiyi ölkədən alındığı qiymət nəzərə alınmaqla bu rüsumlar, vergilər hesablanır. Yəni aksiz vergisinin hesablanmasında maşının mühərrikinin həcmi əhəmiyyət kəsb edir. Əgər mühərrikin həcmi 2000 kubmetrə qədərdirsə, bu zaman hər kub santimetr üçün 15 qəpik, 2000 kubmetrdən 3000 kubmetrədəkdirsə, 300 manat və hər kubsantimetr üçün 1 manat, 3000 kubmetrdən 4000 kubmetrə qədərdirsə, 1300 manat və hər kub santimetr üçün 2 manat, 4000 kub santimetrdən yuxarıdırsa, bu zaman 3300 manat və hər kub santimetr üçün 4 manat aksiz vergisi tutulur. İdarə rəisi və digər rəhbər işçilər isə ölkəyə xaricdən avtomobil gətirən insanlardan rüsumdan qat-qat artıq ödənişlər tələb edir. Deyilənə görə, İsmayıl Hüseynovun qəribə xüsusiyyəti var. Məsələn, hansısa vətəndaş xaricdən maşın gətirir və buna görə ondan 8 min manat "şirinlik" istənilir. Həmin adam rəisin yanına girib qiymətdə bir qədər endirim xahişi edəndə İsmayıl müəllim qiyməti daha da qaldırır. Bir sözlə, onun vətəndaşlara qarşı mülayim cəhəti yoxdur. Kim etiraz səsini ucaldırsa "Mənim arxamda çox güclü adam dayanıb. Məni burdan heç yerə tərpətmək mümkün deyil. Gedin kimə istəyirsiniz şikayət edin. Belə işləmişəm, bundan sonra da işləyəcəm" deyə cavab verir".
Avtonəqliyyat Gömrük İdarəsinin rəisinin haqqında başqa məlumatlar da var. Həmin bilgilər geniş araşdırma tələb etdiyindən gələn saylarımızda diqqətinizə çatdıracağıq. Həmçinin İsmayıl Hüseynovun nəzarətində olan avtosalonlar və onun iri maşın idxalçısı Dəmir Abdullayevlə əlaqələri haqda söhbət açacağıq. Sonda onu da vurğulayaq ki, Avtonəqliyyat Gömrük İdarəsinin ləğv olunması, səlahiyyətlərinin isə DYP-yə verilməsi məsələsi gündəmə gətirilib. Bu barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|