“Sahil-S İnşaat” MTK-nın əlində əsir-yesir qalan vətəndaş... - KİMSƏNİN GÜCÜ YETMİR?
Tarix: 6-08-2024, 10:19 | Çap et
 Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətindən mənzillər almış başıbəlalı 165 ailə bütün problemlərini dişi-dırnağı ilə həll edə-edə indi də "Azərsu" ASC-nin əlində əsir-yesir qalıb. Belə ki, sakinlərin öz gücünə və dövlət orqanlarının dəstəyi hesabına araya-ərsəyə gəlmiş həmin binanın işıq, qaz və digər infrastrukturu qurulmuş olsa da, su təminatında sözün əsl mənasında bir Yezid qədər qəddarlıqla üzləşməkdədirlər. Sakinlərin dəfələrlə etdiyi müraciətlərə, I Vitse-Prezidentin, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Prezident Administrasiyasının qəbullarında olsalar da, bu qurumlardan "Azərsu" ASC-yə verilən tapşırıqlar icra olunmur. Ona görə də geridə qalan həftənin sonu "Sahil - S İnşaat" şirkətindən mənzil alanlar binanın önünə toplaşaraq öz şikayətlərini əraziyə gələn jurnalistlər vasitəsi ilə çatdırıblar. Sakinlər qeyd ediblər ki, dövlət və ordu 44 günə torpaqları azad etdi, amma "Azərsu" 1 ilə su problemini həll etmədi. Sakinlərin sözlərinə görə, I Vitse-Prezidentliyin, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Prezident Administrasiyasının qəbullarında olublar, dövlətin diqqəti və göstərişi əsasında "Azərişıq" ASC və "Azəriqaz" QSC mənzilləri qaz və işıq sayğacları ilə təmin edib, eləcə də ölkə rəhbərliyinin dəstəyi nəticəsində və sakinlərin öz maliyyə imkanları daxilində binanın yarımçıq qalan, işləri başa çatıb, amma "Azərsu" ASC əməlli-başlı dövlətin ali orqanlarına meydan oxumaqdadır: "Biz dəfələrlə müraciət etdik, adını qeyd etdiyimiz orqanlar "Azərsu" qarşısında məsələ qaldırdılar, yazılı surətdə quruma tapşırıq verdilər ki, sakinlərin problemi həll olunsun. Sonra "Azərsu" bizdən həmin qurumların tapşırıqlarını təsdiqləyən məktubları istədi, onları da verdik. Sonra deyildi ki, binanın həyətində hovuz tikilməlidir, öz gücümə pul yığıb 100 min manata başa gələn bu işi də etdik ki, əlavə bəhanə qalmasın. Axırda heç bir bəhanə tapa bilmədilər və dedilər ki, indi də texniki şərtin müqavilə müddəti başa çatıb. Halbuki onların ucbatından, məsələni yubatmaqlarına görə texniki şərtin müqavilə müddəti bitib. İndi biz də deyirik ki, texniki şərt üçün yeni müqavilə bağlansın, sayğaclar qoyulsun, hovuz da, tikmişik, ölkə rəhbərliyinin də diqqətində olan bir binadır, bununla belə yenə də "Azərsu" heç bir tədbir görmür". Sakinlərin sözlərinə görə, "Azərsu" ASC Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildikdən sonra sözügedən qurumun rəhbəri Zaur Mikayılova da müraciət edilib, ancaq 165 ailənin su probleminə laqeyd yanaşırlar: "Necə olur ki, işıq, qaz məsələləri dərhal həllini tapır, su kimi vacib bir tələbatın ödənilməsi üçün bu qurum tükünü tərpətmir? Bəs, biz dərdimizi kimə deyək? Su problemini" Azərsu" ASC həll etmirsə, hansı qurum bu işi görməlidir? "Azərsu" nə üçün fəaliyyət göstərir? Heç bir ciddi səbəb və əsas olmadan bir ildir ki, sakinlərə zülm olunur. Üstəlik, I Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqəti, göstərişi var, "Azərsu" ona da saymazlıq edir. "Azərsu” hər gün milyonlarla fərdi evlərdən və mənzillərdən su pulu alır, yüzlərlə evlərə, məhəllələrə, binalara su çəkilməsinə görə rüsum alır, bu qurum üçün dələduzluğun qurbanı olmuş 165 ailəyə yardım etmək çətin olmamalıdır. Amma görünür ki, pul “Azərsu”nun gözünü necə tutubsa, hətta Mehriban xanıma olan müraciəti də qəbul etmirlər". Sakinlər şikayətlərini çatdırmaqla yanaşı, ümid edirlər ki, ölkə rəhbərliyi onların davamlı olaraq ünvanlanan bu müraciətinə reaksiya verərək, "Azərsu" qarşısında konkret tələblər qoyacaq. Sakinlər bu dəfə bina önündə toplaşdıqlarını, əgər vəziyyət belə davam edərsə, növbəti dəfə PA qarşısına yığışacaqlarını bildiriblər. Anaxeber.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
|