Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                 

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?
Tarix: 23-04-2024, 11:04 | Çap et
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ
Zaqatala təbiəti, əhalinin etnik tərkibinin zənginliyi və turizm potensialına görə Azərbaycanın ən cəlbedici bölgələrindən biridir. Ancaq təəssüflər olsun ki, son 15 ildə rayonda hansısa inkişafdan danışmaq çətindir. Bu günlərdə Zaqatalada səfərdə olarkən, bunun bir daha şahidi oldum. Nəinki inkişaf, hətta bir çox cəhətlərə görə, Zaqatalanın xeyli gerilədiyi açıq-aydın hiss olunur. Şəhər sanki qocalıb. İcra başçısı Mübariz Əhmədzadə kimi. 1947-ci ildə anadan olan Mübariz Əhmədzadə Azərbaycanda ən yaşlı icra başçısıdır, 77 yaşlı iki icra başçısından biridir. Bu gün Zaqatala da elə Mübariz Əhmədzadə kimi yorğun görünür...



İcra başçısının mərkəzi mətbuatda "rayonda dinamik inkişaf", "yeni iş yerlərinin açılması" kimi nağıllarla zəngin məqalələr dərc etdirməsinə rəğmən, Zaqatalada olarkən, bunun əksini müşahidə etdim. Digər rayonlarda olduğu kimi, burada da gənclərin əksəriyyəti iş üçün paytaxta və ya Rusiyaya üz tuturlar.
Əvvəllər abadlığı, səliqə-səhmanı ilə seçilən Zaqatalada bu gün səliqəsizlik, bərbad vəziyyət hökm sürür. Şəhərin mərkəzində - Bayraq meydanına yaxın yeraltı keçid günlərlə yığışdırılmır. Bu bir yana, burada dilənçi əlindən tərpənmək mümkün deyil. Düzü, əvvəllər Zaqatalada dilənçilərlə rastlaşmamışdım. Bu dəfə isə onlar hər addımda qarşıma çıxırdılar.
Rayona gələn turistlərin ən çox baş çəkdiyi məkanlardan biri də Zaqatala bazarıdır. Burada illərdir xaos davam edir. Bazara gedən yoldakı asfalt örtüyü son 15 ildə bir dəfə də olsun, dəyişdirilməyib. Ərzaq, xüsusən də, ət, ədviyyat və meyvə-tərəvəz satılan örtülü bazarda isə tam bir antisanitariya şəraiti hökm sürür. Kəsif qoxu adamı oradan qaçmağa məcbur edir.
Yeri gəlmişkən, yerli sakinlər Mübariz Əhmədzadədən fərqli olaraq, 2006-2009-cu illərdə Zaqatalanın icra başçısı olmuş Asif Əsgərovun fəaliyyətindən hələ də razılıq edirlər. Söhbət zamanı sakinlərdən biri dedi ki, Asif Əsgərov rayona icra başçısı gələndə elektrik enerjisi ilə bağlı ciddi problemlər olub:
"O ilk növbədə bu problemi aradan qaldırdı. Zibilin daşınması ilə bağlı problem də onun dövründə tam həll edildi. İndi isə şəhəri inək və qoyunlar zəbt eləyib. Əvvəllər şəhərdə yaşıllaşmaya və təmizliyə ciddi nəzarət var idi. İndi hər yeri zibil basıb. Zibil qabları dolub-daşır, şəhərin küçələri günlərlə yığışdırılmır, zibil daşınmır".

Zaqatalanın kəndlərində yaşayan sakinlərin üzləşdiyi ən ciddi problemlərdən biri də marşrut məsələsidir. Bu, onlara öz məhsullarını bazara çıxarmağa, yaxud da alış-veriş üçün şəhərə gəlməyə çətinlik yaradır. Kəndlərə işləyən "Qazel"lər o qədər köhnədir ki, çox vaxt yarı yolda xarab olur və sakinlərin saatlarla vaxt itirməsinə səbəb olur. Kənd avtobuslarının dayanacağında, hətta Nuh əyyamından qalma "Ural" yük-sərnişin avtobusu ilə də qarşılaşdım. Rayon icra başçısı kənd yollarını təmir etdirməkdənsə, onları hələ də, ötən əsrdə tarixin arxivinə verilən "Уral 3255"-dən istifadə etməyə məcbur edir. Sakinlər yayın istisində də şəhərə sovet dövrünün məhbus daşıyan avtomobillərini xatırladan "Ural" avtobusu ilə gəlib-gedirlər.
Yol məsələsindən söz düşmüşkən, Mübariz Əhmədzadə icra başçısı təyin olunduqdan sonra Bakı-Zaqatala və Zaqatala-Bakı marşrutlarının yolu da dəyişdirilib. Əvvəllər Zaqataladan birbaşa Şəkiyə (şəhərə daxil olmadan) işləyən marşrutlar 10 ildən artıqdır ki, Şəki və Qaxdan keçməyə məcbur edilir. Yollar dar olduğundan qəzaların sayının artdığı deyilir. Xüsusən də, yolun Qaxın Güllük kəndindən keçən hissəsi dar və dolanbac olduğundan burada hərəkət etmək çox təhlükəlidir. Sakinlər yolun dəyişdirilməsinin səbəbini icra başçısının biznes marağı ilə əlaqələndirirlər. İddia edirlər ki, Mübariz Əhmədzadənin obyektləri Qaxda olduğu üçün Zaqatalaya giriş yolunu oradan etdirib. Belə ki, indiki halda Bakıdan gələn turistlər birinci Qaxa gəlməli olur. İcra başçısının öz turizm obyektlərinə görə "köhnə bazara təzə nırx" qoyması nəticəsində neçə ildir baxımsız qalan 100 km-dən artıq yolun tamamilə yarasız vəziyyətə düşdüyü bildirilir.
Yollardan söz düşmüşkən, Azərbaycanın ilk qadın mexanizatoru Sevil Qazıyeva və "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla tanıdığımız Aşağı Tala kəndinin yolları da bərbad vəziyyətdədir. Mübariz Əhmədzadə "Qarabağ"ın hər qələbəsindən sonra hamıdan qabaq Qurban Qurbanova zəng edib onu təbrik etsə də, icra başçısının bu "təəssübkeşlik və vətənpərvərliyi" deyəsən, elə bir telefon zəngindən artıq deyil. Hə, bir də o, futbolçunun evinin olduğu küçəyə (100-150 metr hissəyə) asfalt örtüyü çəkdirib. 7 min nəfərə yaxın əhalinin yaşadığı kəndin digər küçə və yolları isə çala-çuxurlarla doludur. Sakinlər sonuncu dəfə yolun nə vaxt təmir edildiyini belə xatırlamırlar.

Yeri gəlmişkən, bu, icra başçısının ilk belə ayrı-seçkiliyi deyil. Bir müddət əvvəl mətbuatda icra başçısı Mübariz Əhmədovun şəhidlər arasında ayrı-seçkilik etdiyi üçün narazılıq yarandığına dair xəbərlər yayılmışdı. Qeyd olunurdu ki, başçı və İcra Hakimiyyətinin rəsmiləri Novruz Bayramı ilə əlaqədar rayonda 44 günlük Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəmanların məzarlarını ziyarət ediblər. Məzarlıqda olarkən, müavinlərindən biri ona Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etməyi təklif edib. Mübariz Əhmədov isə “Onlar köhnə şəhidlərdir, ziyarətə ehtiyac yoxdur”, deyib. Onun bu sözlərinin şəhid ailələri arasında ciddi narazılıq doğurduğu, icra başçısının bu ayrı-seçkiliyə görə qınandığı qeyd olunurdu.
Zaqatala sakinlərinin əsas narazılığı icra başçısının rayonun problemlərini həll etmək əvəzinə öz biznesinin qayğısına qalması, şəhər və kəndlərdəki torpaq sahələrini satması, gəlirli obyektlərə nəzarəti öz əlinə keçirməsi, sahibkarlara ciddi problemlər yaratması ilə bağlıdır. On beş ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin hətta bir müddət öncə Zaqatalanın Bəhmətli kəndində Vətən müharibəsi qazilərinə aid torpağı da satdığı iddia edilirdi.
Onun həmçinin rayonunun Əliabad kəndinin də ümumi istifadədə və bələdiyyə fondunda olan torpaq sahələrini 49 illiyinə məmurlara satdığı da yayılan iddialar arasındadır.

Bütün bunlardan sonra keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı, Qaxda yüksək vəzifələrdə çalışan, bir neçə il icra başçısı işləyən, 15 ildir isə Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin biznes imperiyasına dair söylənilənlərin həqiqət olduğuna inanmaya bilmirsən. Yeri gəlmişkən, bir müddət əvvəl dərc olunan həmin siyahını bir daha təqdim edirik:
Qaxda "El Resort” otel kompleksi, Qaxın İlisu kəndində "Yurd Hotel" istirahət kompleksi, İlisu kəndində "Yaşıl Park” otel kompleksi, "Səngər Qala” otel kompleksi, "Ulu Dag” oteli, Qax Fındıq Zavodu, Qax rayon taxıl məhsulları kombinatı, Eden Park Hotel Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzi, Bakıda Koroğlu Rəhimov küçəsindəki "Növbahar" və "Zakura Yapon mətbəxi" restoranı.
Bu əlbəttə, bir neçə il əvvəl tərtib edilən və Mübariz Əhmədzadənin bütün biznesini əhatə edən tam siyahının yalnız bir hissəsidir. Onun müxtəlif adlarla qeydiyyatdan keçən xeyli şirkəti və bir sıra xarici ölkələrdə biznesinin olduğu da bildirilir.
Maraqldır, zaqatalalılar bu sömürgəçiliyə nə vaxta qədər dözməlidirlər? 77 yaşlı qocanı pensiyaya göndərməyin vaxtı çatmayıbmı?

BakuPost.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru