Daha bir nazirlikdə təmizləmələr başladı... - Bu dəfə nazir özü qollarını çırmayıb
Tarix: 13-05-2020, 11:26 | Çap et
Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi Azad Salamov vəzifəsindən uzaqlaşdırılıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda deyilir ki, Salamov vəzifədə olduğu müddətdə xeyli sayda peşəkar hərbçinin işdən uzaqlaşdırılmasına nail olub və bu da onunla bağlı narazılıqların yaranmasına səbəb olub: “2015-ci ilin sentyabrında Müdafiə Nazirinin Maddi Texniki Təminat üzrə müavini, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi dəyişdirildikdən 3-4 gün sonra orada Azad Salamov adlı bir polkovnik-leytenant peyda oldu və 3 ay sonra yenidən müəmmalı şəkildə yoxa çıxdı”. “2016-cı ilin yanvar ayı olmasına baxmayaraq, işini 1 ay geriyə, 2015-ci ilin dekabrına sənədləşdirib. Həmin sənədi də Fuad Məmmədov imzalatdırıb. Məlum oldu ki, bu, pensiya almaq üçün bu işə gətirilib və bundan sonra ehtiyatda olan hərbi qulluqçu kimi 500 AZN pensiya alıb”, – deyə məlumatda bildirilir. Həmçinin cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalar zamanı əldə olunan məlumata görə, Azad Salamov vəzifədə olduğu dövrdə 5 polkovnik olmaqla bir çox rütbəli zabitlərin ordudan uzaqlaşdırılmasına nail olub: “O gündən 2020-ci ilin aprelin 30-dək silahlı qüvvələrdə illərlə yetişdirilmiş, peşəkarlamış polkovnik-leytenant, polkovnik, mayor və digər rütbəli zabitlər onun əli ilə Fuad Məmmədov tərəfindən ordudan uzaqlaşdırılıb. Təkcə 2018-2019-cu illərdə 5 polkovnik və bir neçə zabit işdən çıxarılıb. Tərxis olunan zabitlərin yerinə isə Fuad Məmmədovun təqdimatı ilə qeyri-peşəkar hərbçilər cəlb edilib”. “Azad Salamovun xidmət dövründə özünün rütbəsi iki dəfə alınıb. Amma kimlərsə himayə edib yüksək “post”a qaldırıblar. Bu adama xidməti maşın da verilib, amma bir çox hallarda həmin avtomobil özfəaliyyət məqsədilə istifadə edilib”, – məlumatda qeyd olunur. Yerli mediada yayılan məlumata görə, yalnız Prezidentin hərbi məsələlər üzrə köməkçisi, general Məhərrəm Əliyev və nazir Zakir Həsənovun məsələyə müdaxiləsindən sonra Salamovu işdən uzaqlaşdırmaq mümkün olub. Eyni zamanda mediada A.Salamov nazir müavini Fuad Məmmədov tərəfindən önə çəkilib. Belə ki, Azad Salamov dövlətdən yüksək pensiya almasına baxmayaraq (müəyyən hissəsi saxta sənədlərlə artırılmış) general Fuad Məmmədov onu zabit vəzifəsində mülki şəxs kimi oturtmuşdur. Halbuki bu sərəncama imza atan nazir müavini Fuad Məmmədov özü də illər öncə zəif xarakterli və xidməti vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə xəbərdarlıq almış, buna görə hətta iki dəfə rütbəsi də alınmışdır. Yeri gəlmişkən, cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalar zamanı əldə olunan məlumata görə, Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədovun keçmişi və indiki fəaliyyəti ilə bağlı dəhşətli faktlar olduğu bildirilir və deyilir ki, “onun Hərbi Hava Qüvvələrində çalışdığı müddətdə əldə etdiyi «uğurlar»ın nələrin sayəsində başa gəldiyini cəmiyyətə açıqlasaq, gərək bu şəxs ərizəsini yazaraq tərxis olunsun”. Bu məqamlarla bağlı dəqiqləşdirmələr etdikdən sonra məlumatları dərc edəcəyik. Amma müharibə şəraitində olan ölkənin Müdafiə Nazirliyinin strateji postunda oturan şəxsin özəl keyfiyyətləri ilə bağlı da yerli mediada ilginc iddialar var. Kifayət qədər ciddi ittihamlar olduğundan bu iddiaları tam açıqlamadan cumhuriyyet.az olaraq müəyyən nüəanslara toxunuruq: – Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 50, mənzil 47 ünvanında qeydiyyatda olmaqla yaşayan xanım niyə polisə verilib?; – Badamdarda 100 minlik dəyəri olan torpaq sahəsi hansı pulla və necə alınıb?; – 03 noyabr 2015-ci il tarixində ərimlə mənim aramda olan əmlak tələbinə dair mülki işin məhkəmə baxışından çıxdığım zaman Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati binasının qarşısındakı qalmaqalın səbəbi nədir?; – Gəncədə “xidmət edib” Bakıda dolaşan Vaqiv adlı “papanın gül balası” kimdir?; – Gürcüstandakı təyyarə zavodu və onun Şaloviç adlı direktoru necə “mülayimləşib”? Məsələ ilə bağlı əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, daha sonra general Fuad Məmmədov ilə əlaqə saxlamaq mümkün olmayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
|