Goranboyun icra başçısı ilə bağlı ilginc iddialar... - İTTİHAM
Tarix: 8-04-2020, 11:01 | Çap et
Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboy rayon İcra Hakimiyyətinə başçı təyin olunan Quliyev Məhərrəm Böyükağa oğlunun ötən illər ərzində göstərdiyi müəmmalı fəaliyyəti, bu gün də daha çox söz-söhbətə səbəb olan, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilməkdədir.
Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə Goranboya icra başçısı təyin olunan Məhərrəm Quliyev, vəzifəsinin icraasına başladığı ilk günlərdən olduqca çətin duruma düşür və ona ötən illər ərzində əldə etdiyi idarəçilik təcrübəsi, heç bir halda kömək edə bilmir.
Media üzərindən apardığımız araşdırmalara, bəzi çevrələrdə dolaşan söz-söhbətlərə görə, Goranboya lazımınca bələd olmayan yeni icra başçısı ilk gündən köhnə kadrlarla işləyə bilməyəcəyini bəyan edir. Elə ki, günlər keçir o halda Məhərrəm Quliyev ciddi kadr problemi ilə üz-üzə qalır. Belə olan halda o, özünün həmyerlisi olan, hal-hazırda Siyəzən rayon İcra Hakimiyyətinə rəhbərlik edən Novruz Novruzovun məsləhətlərinə qulaq asmalı olur. Yəni, adı çəkilən şəxs ona bildirir ki, “Vaxtilə mənimlə və məndən sonrakı icra başcıları ilə də işləmiş bəzi kadrlardan istifadə et. Ələxüsus, kecmiş 1-ci müavin Ceyhun Həsənovu tap və onun imkanlarından yararlanmağa çalış” deyə, Məhərrəm Quliyevə öz məsləhətlərini verir. Çox keçmir ki, “ağsaqqal” bildiyi bu şəxsin məsləhətinə qulaq asan icra başçısı, dərhal Ceyhun Həsənovu tapır və çox keçmir ki, Goranboy rayon İcra Hakimyyəti Aparatında illər öncə bu şəxsin üzünə bağlı qalan qapılar “taybatay açılır”.
Düzdür, belə bir halın varlığı müəyyən çevrələrdə dolaşan, kimlərinsə məlumatlı olduğu söz-söhbətlər olsa da, bugünə kimi əksəriyyətin bilmədiyi məqamlar da var. İndi həmin məqamların varlığını, baş verən proseslərin mahiyyətini dosye.org oxucularının diqqətinə çatdırmağı qərara aldıq. Belə ki, illər öncə Novruz Novruzov Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyarkən, Ceyhun Həsənov başçının 1-ci müavini olur. Həmin vaxtlarda icra başçısı bu şəxsdən 200 (iki yüz) min manat məbləğində “haqq-hesab” alır və “Mən yaxın vaxtlarda Bakıətrafı rayonlardan birinə başçı təyin olunacağam, o halda səni Goranboya başçı təyin etdirəcəyəm” deyə, ona bu yöndə “yağlı vəd” də verir. Bir qədər vaxt keçdikdən sonra Novruz Novruzov Prezidentin imzaladığı Sərəncam əsasında Siyəzən rayon İcra Hakimiyyətinin başçısı təyin olunur. Belə olan halda onun düzüb-qoşmaq istədiyi plan baş tutmur və Ceyhun Həsənov bir daha yeni təyin olunan icra başçına 1-ci müavin olur.
Bir neçə il Goranboy RİH Aparatinda 1-ci müavin vəzifəsini daşıyan Ceyhun Həsənov, yalnız Nizaməddin Quliyev icra başçısı təyin olunduqdan sonra, məhz daşıdığı vəzifəsinə “əlvida” deməli olur. Buna da əsas səbəb, daşıdığı vəzifəsini icra edərkən çoxsaylı qanunsuzluqlara, hədsiz dərəcədə mənimsəmə faktlarına və s. qol qoyması olur. Elə ki, Ceyhun Həsənov işdən çıxarılır, o halda o, Novruz Novruzova verdiyi 200 min manat “haqq-hesab”ı ondan geri tələb edir. Belə bir olayla üz-üzə qalan Novruz Novruzov, son anda məcbur olub onu Mingəçevirdə əmlak məsələləri sahəsində səlahiyyətli vəzifəyə təyin etdirir. Ceyhun Həsənov bir müddət bu sahədə çalışsa da, yenə də “bəxti gətirmir”.
Yəni, çalışdığı sahədə qol qoyduğu qanunsuzluq əməllərinə görə, rəhbərlik onu “yola salmaq” məcburiyyətində qalır. Belə olan halda Ceyhun Həsənov dirəniş göstərir və Novruz Novruzova verdiyi 200 min manat “haqq-hesab”ı ondan geri tələb edir. Çıxılmaz durumda qalan Siyəzən rayon İcra Hakimiyyətinin başçısı, son anda aldığı 200 min manat pulun 100 min manatını geri qaytarmağa məcbur olur. Belə bir vaxtlarda Ceyhun Həsənov heç də boş dayanmır və özünə hansısa yollarla əlillik sənədi düzüb-qoşdura bilir. Hadisələrin bu cür cərəyan etməsinə baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi Məhərrəm Quliyev Novruz Novruzovun məsləhətini əsas tutur və ilk əvvəl Ceyhun Həsənovu Goranboy RİH Aparatında şöbə müdiri təyin etsə də, iki aydan sonra isə, onu özünə 1-ci müavin təyin edir.
Belə bir addımın atılması əksəriyyəti şoka salsa da, hər kəs o haqda da məlumatlı olur ki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində təqaüddə olan, özünə əlillik dərəcəsi düzüb-qoşan, vaxtilə dövlət qulluğunda olarkən biznes fəaliyyəti ilə məşğul olub hədsiz dərəcədə kapital toplayan, illər öncə 1-ci müavin daşıyan bir şəxs, heç bir halda belə bir təyinatla ödüllənməyib. Yəni, Məhərrəm Quliyev Azərbaycan Respublikasının idarəçilik tarixində belə bir addımını atmaqla, bir növ adını tarixə yazmış oldu. Hətta, Məhərrəm Quliyev bu yolda ona maneə ola biləcək bütün sədləri zamanında təmizləyir ki, Ceyhun Həsənovdan lazımınca yararlana bilsin. Çünki, bu şəxsi həm rayon sakinləri yaxşı tanıyırlar, həm də o, sakinlərlə bərabər, idarə, müəssisə, təşkilat və s. rəhbərlərini də yaxşı tanıyır. Ona görə də, Məhərrəm Quliyev belə bir fürsəti əldən vermir və öz “ağsaqqalı”nın məsləhətinə qulaq asıb. DOSYE.ORG
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
|