“REAL FİASKO”... – Belə kampaniya ilə mandatı almaq olar, amma qazanmaq çətin...
Tarix: 4-02-2020, 12:10 | Çap et
ReAL Partiyası növbədənkənar parlament seçkilərində 30-a yaxın namizədlə iştirak etsə də, onların əksəriyyəti seçki dairələrində hərəkətlilik yarada bilmirlər. Tanınmış simalar da medianın, sosial şəbəkələrin gündəminə apardıqları effektli seçki kampaniyasının təsiri ilə deyil, müxtəlif diskusiyalarla, çəkişmələrlə gəlirlər.
Məsələn, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli, 16 sayl Yasamal Seçki Dairəsindən isə partiyanın qurucu üzvü Erkin Qədirlinin deputat mandatı alacaqları barədə müzakirələr gedir. Bu ehtimallar isə hələ seçkidən xeyli əvvəl gündəmə gəlmişdi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) hər iki dairədən formal namizədlər irəli sürməsi isə sözügedən 2 ReAL təmsilçisinə mandat veriləcəyi ehtimalını daha da qüvvətləndirdi. Bu alternativsizliyi bir “Feysbuk” statusunda Erkin Qədirlinin özü belə ifadə etmişdi:
"16 saylı Yasamal ikinci Seçki Dairəsinin indiki durumu çox mənasızdır. Orada udmaq belə ayıbdır. Çox urvatsız qələbə olacaq. O da olacaqsa. Bu dairədən 25 namizəd var, özümdən başqa heç kimi tanımıram. Heç özümü tanıdığıma da əmin deyiləm..."
Milli Şuranın sədri Cəmil Həsənlinin açıqladığı deputat siyahısında N.Cəfərlinin və E.Qədirlinin də adlarının olması isə, sanki, odun üzərinə yağ tökdü. Xatırladaq ki, C.Həsənli 125 dairə üzrə hakimiyyətin hansı namizədə mandat verəcəyini əks etdirən siyahı yaymışdı. ReAl-ın hər iki namizədi C.Həsənliyə açıq narazılıqlarını bildirdilər. Natiq Cəfərli Milli Şuranın sədrini ağır ifadələrlə ittiham etməkdən də çəkinmədi.
Erkin Qədirli isə, incikliyini həmkarından bir qədər “yumşaq formada belə ifadə etmişdi: “Cəmil Həsənli o boyda siyahını yazmaq yerinə, bir kəlmə yazaydı ki, Milli Məclisi Natiq Cəfərliyə və Erkin Qədirliyə görə buraxıblar”.
“ReAL”çıların, deputat olub-olmayacaqları məlum olmasa da, onların apardıqları seçki kampaniyasını kifayət qədər uğursuz saymaq olar. Məsələn, Natiq Cəfərli sosial şəbəkədə seçki dairəsi ərazisində guya aktiv kampaniya apardığını əks etdirən fotolar yayımlayır. Amma fevralın 2-də onun Lökbatan Mədəniyyət Evində seçicilərlə keçirdiyi görüşdən yayılan fotolar, reallığın əslində nədən ibarət olduğunu göstərdi. 360 nəfərlik zalın bir küncündə 40-50 nəfərlə bir aya gələn namizədin piar menecerləri fotodakı boş yerləri gizlətmək üçün xeyli əziyyət çəkiblər. Buna baxmayaraq N.Cəfərlinin partiyadaşları və dostları sosial şəbəkələrdə "möhtəşəm görüş"lə bağlı postlar paylaşıb, onu təbrik ediblər.
Maraqlı məqamlardan biri də odur ki, əgər, hakimiyyət ReAL üzvünün deputat seçilməsində maraqlıdırsa, lazım olan görüntünü niyə təmin etmədi?
Görünür, ya Natiq Cəfərlinin deputat olacağı barədə ehtimallar bir qədər şişirdilib, ya da hakimiyyət ReAL namizədlərini urvatsız edərək mandat vermək istəyir.
Erkin Qədirli isə ümumiyyətlə seçkiyə könülsüz qoşulub. O, əvvəldən qeyd edib ki, seçkidə hər hansı saxtakarlıq olacaqsa, parlamentdə oturmayacaq və deputat mandatından imtina edəcək. Digər tərəfdən isə demək olar ki, təbliğat-təşviqat kampaniyası aparmır. Seçki kampaniyasının bitməsinə 4 gün qalsa da, ReAL-ın namizədi ancaq təşviqat materiallarını paylayıb, bir neçə məhəllə və binada sakinlərlə söhbət edib. Onun "Facebook" səhifəsində bir dənə də olsun seçki kampaniyasını əks etdirən foto paylaşılmayıb.
Bundan sonrakı seçki təşviqatını isə E.Qədirli evindən idarə etmək niyyətindədir. Bunu dünən özü bəyan edib. Sitat: “Söz verdiyim kimi, bu gündən başlayaraq, hər axşam saat 21:00-da səhifəmdə canlı yayım olacaq, seçki təşviqatı kontekstində danışacağam".
Əlbəttə, Erkin Qədirli tanınmış şəxsdir, sosial şəbəkələrdə kifayət qədər izləyicisi var. O, bir namizəd kimi seçki platformasını internet üzərindən, müasir kommunikasiya vasitələri ilə seçicilərə çatdıra bilər.
Amma bu üsullar, ReAL partiyasının parlament seçkilərinə qatılmaq qərarında göstərilən hədəflərlə üst-üstə düşmür. Partiya bəyan edib ki, əsas məqsədi əhalini fəallaşdırıb seçkiyə gətirmək, seçkiyə inandırmaq və səsləri ictimai təzyiqlə qorumaqdır. Şübhəsiz ki, bu hədəfə çatmağın birinci şərti namizədlərin qızğın seçki kampaniyası aparması, seçicilərlə intensiv işləməsidir. Amma ReAL-ın ən parlaq iki funksioneri bu istiqamətdə nə edirlər? Natiq Cəfərli görüntü yaratmağa çalışırdı, alınmadı. Erkin Qədirli isə evə qapanmağa üstünlük verdi.
Yeni yaradılmış siyasi partiyanın vətəndaşlarla ciddi iş aparmasına, dəstəyini artırmasına, proqramını yaymasına, cəmiyyətdə özünə inam yaratmasına ehtiyac var. Seçki prosesi bu fəaliyyət üçün ən uğurlu zaman sayılır. Amma ReAL-ın namizədləri buna çalışırlarmı? Göründüyü kimi, namizədlər partiya maraqlarını açıq şəkildə görməzdən gəlirlər.
Başqa tərəfdən, namizədlərin seçicilərlə birbaşa ünsiyyəti, seçki texnologiyalarının ən vacib şərtidir. Bu zaman seçiciyə ehtiram göstərilir, onların arzuları, problemləri özlərindən eşidilir. Vətəndaşa göstərilən bu sayğı və diqqət, əlbəttə, cavabsız qalmır. Hakimiyyəti daim seçiciyə hörmətsizlik etdiyinə görə tənqid edən müxalifət partiyasının özü iqtidar nümayəndələri ilə eyni dairədə fırlanır. Bu paralellik, sinxron yanaşma, əlbəttə, cəmiyyətin diqqətindən yayınmır. Yəqin ki, hakimiyyətin də nəzərindən qaçmayacaq... AzPolitika.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
|