Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Tarix: 18-11-2019, 16:03 | Çap et
Ölkədə aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların ləğv edilməsi həm idarəetmədə çoxşaxəliliyi aradan qaldıra, keyfiyyəti artıra, həm də dövlət xərclərinin azalmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, ləğvi tez-tez gündəmə gələn qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Artıq neçə illərdir ki, bu qurumun ləğv evilməsi, səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi məsələsi təklif edilir. Bu isə ilk dəfə iqtisadçı ekspert Rövşən Ağayev tərəfindən təklif edilib. Saytımıza açıqlamasında R.Ağayev bildirdi ki, adıçəkilən qurumdan narazılığının konkret səbəbi var: "Fəaliyyətləri şəffaf deyil. Baxmayaraq ki, dövlət qurumudur, ictimai informasiya sahibidir, amma xərclədikləri vəsaitlərlə bağlı hər hansı hesabat verməyi özlərinə öhdəlik hesab etmirlər. Sanki hansısa özəl qurumdur, xərclədikləri pullar şəxsidir, malik olduqları informasiyalar da kommersiya sirridir. Narazılığımın ikinci səbəbi odur ki, fermerlər meliorasiya sisteminin fəaliyyətindən çox əziyyət çəkirlər. Bir sıra ərazilərdə şoranlaşma var, torpaqlar keyfiyyətini itirir, vaxtlı-vaxtında həmin problemləri aşkarlayıb fermerlərə dəstək vermirlər”.
R.Ağayevin sözlərinə görə, bölgələrdə suvarma suyuna məsul olan su assosiasiyalarının fəaliyyəti də effektiv və şəffaf təşkil edilməyib:
"Əhalidən yığılan pullarla bağlı icmalar qarşısında hesabatlı deyillər. İnsanlardan su haqqı kimi pul yığırlar, amma su-kanal şəbəkəsilə bağlı problem olanda, yenə həmin problemin həlli fermerlərin öz cibi hesabına həyata keçirilir. Meliorasiya dövlət büdcəsindən çox böyük vəsait alır.
Hər il kənd təsərrüfatı xərclərinin təxminən 40%-i onlara gedir. Əlavə olaraq büdcənin investisiya xərcərindən onlara vəsait ayrılır. Bunlarla yanaşı, böyük həcmdə xarici kreditlər alınır. Üstəlik, qurum müəyyən layihələr üçün Neft Fondundan da vəsait alır. Görün, neçə mənbədən pul gəlir. Bu qurumun illik dövriyyəsi 100 milyonlarla manatdır, amma şəffaflığı sıfır. Mən yenə də o fikirdəyəm ki, suvarma sistemləri Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olmalıdır”.
ASC sədri ölkədə və xaricdə ağlagəlməz varidata malikdir
Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin tək idarəetməsi deyil, qanundankənar biznes fəaliyyəti ilə məşğul olması da tənqid olunan məqamlardandır. Təsadüfi deyil ki, Azərbaycanda milyonlara, hətta milyardlara malik olan məmurlardan danışdıqda ASC-nin sədri Əhməd Əhmədzadə ilk yada düşən məmurlardandır. Cənab Əhmədzadənin müxtəlif ölkələrdə və Azərbaycanın özündə malik olduğu biznes haqda məlumatlar tez-tez gündəmə gəlir. Onun ailəsinə məxsus varidatla bağlı məlumat bu günlərdə araşdırmaçı jurnalist Cavanşir Həsənli tərəfindən açıqlandı. Həmin məlumatda bildirilirdi ki, Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadə Çexiyanın Maliyyə Nazirliyinə bu ölkədəki "Lipno Investment s.r.o." şirkətinin yeni maliyyə sənədlərini təqdim edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun kürəkəni olan C.Əhmədzadənin təqdim etdiyi sənədlərə görə, şirkətin 31 dekabr 2018-ci il tarixdə aktivləri 46 milyon 689 min çex kronu və ya təxminən 2 milyon 89 min dollar təşkil edib. Bundan başqa, şirkətin qeyri-maddi mal-varlığı 45 milyon 577 min krona (təxminən 2 milyon dollar), daşınmaz əmlak varlığı 41 milyon 650 min krona (1 milyon 860 min dollar) çatıb.
Xatırladaq ki, "Lipno Investment s.r.o.” 2017-ci ildə Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (Elman Rüstəmovun qızı-red.) şərikli sahibi olduqları "ALPS sro” şirkəti (bu şirkətin aktivləri 34 milyon 399 min kron və ya 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Şirkət Cümə Əhmədzadənin Çexiya Müdafiə Nazirliyindən 2014-cü ilin mayında aldığı və yenidən inşa etdiyi, ümumilikdə 7 milyon dollara başa gələn "Hurka” hotelini idarə edir. Hotel əsrarəngiz Lipno gölü sahilində yerləşir. Əhmədzadələrin İngiltərədə də böyük biznesi var, bu yaxınlarda isə Türkiyədə daha bir şirkətləri açılıb.
Bütün bunlardan başqa, Ə.Əhmədzadənin əsasn Qax və Zaqatala rayonlarında mövcud olan böyük biznesi haqda çox yazılıb və deyilib.
Şübhəli "Azəri Servis LTD” və Əhməd Əhmədzadəni biləşdirən "dəyər”
Hələ ötən ay Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin keçirdiyi 6.5 milyon manatlıq 3 tenderin qalibi bəlli olub. Bunlar Gidromaşservis QSC ilə Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar 2 milyon 560 min 767 manatlıq, UĞUR-TİKİNTİ MMC ilə Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər üçün 1 milyon 824 min 399 manatlıq və Azəri Servis LTD MMC ilə Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 2 milyon 212 min 500 manatlıq müqavilələrdir. Sonuncu şirkət, yəni "Azəri Servis LTD” ilə bağlı aparılan kiçik araşdırmalar göstərir ki, bu şirkət Meliorasiya və Su Təsərrüfatı ASC-nin "daimi müştərisidir”. Onun sahibi isə Nasir Nadir oğlu Mustafazadədir. O, 2000-ci ildən Azəri Servis LTD MMC-nin sahibidir. Əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxınlığına dair məlumatlar var. Azəri Servis LTD-nin əsas sifarişçiləri uzun illərdir Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su TəsərrüfatıASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Azərsu ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.
Tender yolu ilə saysız-hesabsız dövlət sifarişləri alan Nadir Mustafazadənin ölkə xaricindəki bizneslərilə bağlı mlumatlar da var. Həmin məlumatlarla tanışlıqdan sonra belə qənaət yaranır ki, Ə.Əhmədzadə büdcə vəsaitlərini bu şəxsin əlilə xaricə çıxaran məmurlar arasındadır. Təsadüfi deyil ki, ekspertlər meliorasiya sahəsində durumun acınacaqlı olduğu barədə həyəcan siqnalı çalırlar. Ehtimal olunur ki, islahatların növbəti mərhələsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğv edilərək səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi reallaşacaq. Hələlik buna mane olan müəyyən qüvvələrin olduğu bildirilsə də, eyni zamanda buna nail olmağa çalışanların mövcudluğu da edilən qeydlər sırasındadır. Qaynarinfo
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
• Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
|