Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                     Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır .....                     Paşinyanla Putin telefonla danışdı: .....                     “İstəyirsən proses tez-bazar bitsin” .....                     Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi .....                     Rusvari rüsvayçılıq .....                     ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan .....                     Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır .....                     "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." .....                 

“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)
Tarix: 15-10-2019, 10:34 | Çap et
“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…”
Biabırçı borc qalmaqalına görə deputat mandatından məhrum edilən sabiq deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən biri ilə telefon danışığının səsyazısı yayılıb.

“AzPolitika.info”ya daxil olan səsyazısında Rafael Cəbrayılov 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə danışır.

Sabiq deputatın ixtisasca həkim olan Təranə Fətiyeva ilə söhbətindən belə məlum olur ki, Rafael Cəbrayılov başına gələnlərin əsas günahkarı kimi qardaşı Elşən Cəbrayılovu görür. Deputat T.Fətiyeva isə telefon danışığında qardaşına “krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.

Qeyd edək ki, bununla bağlı məlumatlar Rafael Cəbrayılov deputat mandatını itirən ərəfədə də yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi “Dərhal” MMC-nin külli miqdarda borcu üzə çıxıb. R. Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

“Deputatın, qardaşının adına olan şirkəti 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin verginin ödənilməsinin ləngidilməsinə nail olub. Amma bir də onda ayılıb ki, 1.6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları götürərək ölkədən gedib”, – deyə məlumatda iddia olunurdu.

O da bildirilirdi ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib: “O da mənzilləri dostlarının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.

Rafael Cəbrayılovun Təranə Fətiyeva ilə telefon danışığında bu məlumatlar bir növ təsdiqlənir. Sabiq deputat açıq şəkildə qardaşının onun DÜŞMƏNİ olduğunu bildirir. Hətta söhbətdən belə anlaşılır ki, qardaşlar arasında birbaşa ünsiyyət olmadığından, onlar bir-birənə fikirlərini Elşən Cəbrayılovun dostu Nurəddinin vasitəsilə çatdırırlar.

Rafael Cəbrayılovun bu telefon danışığındakı etirafları əslində həm də ölkənin biznes mühitində necə yaramaz qaydaların hökm sürdüyünün növbəti sübutudur.

Belə ki, borc problemi həll olunmazsa, həbs oluna biləcəyini istisna etməyən Rafael Cəbrayılov, nə isə geri almaq üçün (yəqin ki, girov qoyduğu deputat vəsiqəsini geri almaq üçün-red.) qardaşının həmin borcluya mənzil müqaviləsi yazmasını istəyir. Bunun üçün Təranə Fətiyevadan xahiş edir ki, Nurəddinin vasitəsilə qardaşına məsələnin həlli üçün müəyyən addımlar atmağıın lazım olduğunu çatdırsın: “Nurəddinə denən ki, mən bunu eləmişəm, Rafael işdən çıxıb. İndi türməyə gedir. İndi gəlin bunu düzəldək. Düzəltmək üçün də, bir yolunu fikirləşin. Görürsünüz ki, bu qadın (borc alınan qadın nəzərdə tutulur-red.) deyir ki, mənim adıma bir şey yazın. Başqasının adına olan bir şeyi yaz da. Onsuz da biz bunun pulunu verəcəyik. Bu pulun 42 min dolları elə Elşənin özündədir. Özü verər. Yerdə qalan 150 mindir, nəsə yazın, bunu Rafael yavaş-yavaş verər…”

Bu zaman Təranə Fətiyeva qarşı tərəfin bunu qəbul etməyəcəyini bildirdikdə isə, Rafael Cəbrayılov şok faktlar açıqlayır. Sabiq deputat Təranə Fətiyevaya təklif edir ki, qardaşını onun söylədiyi faktları mətbuata çıxarmaqla hədələsin: “Denən, Elşən, bu olmursa, Rafael haqda yazan adamımız bunları yazıb, hazırlayıb… Onu yazıb ki, sən 23 buna tikmisən, VERGİ verməmisən. Buna da “krışalığı” Rafael edib. Rafaeli aldatmısan, bütün binaların gəlirini götürüb İstanbulda özünə biznes qurmusan. Həmçinin digər ölkələrdə… Bunu yazıb hazılayıb, sənə bir saat vaxt verirəm. Bir saatdan sonra saytlara buraxacam…. Bunu qoyandaan sonra nə olacaq, daha mən bilmirəm. Amma bunu 100-ə qədər sayt hər gün qoyacaq… Mən istəyirdim səni də, sənin qardaşını da qurtarım. Bundan sonra heç olmasa tutulmaq söhbəti olmasın. Sən də bunu eləmədin, buyur…”

Təranə Fətiyeva REAL TV-nin ondan müsahibə götürmək istədiyini, hələlik razılaşmadığını qeyd edir. Bunu Elşənə də deyəcəyini bildirdikdə, Rafael Cəbrayılov razılaşır: “Denən, çıxıb bunları efirdən də deyəcəm…”

Sonra Təranə Fətiyeva bildirir ki, Elşən öz pulunu başqasının vasitəsilə Rafael Cəbrayılova sələmə verib: “Elşən mənə deyir ki, o boyda borclar olub, hamısını mən bağlamışam. Yəni, mənim borclarımı. Dedim, mənin borclarım niyə olur ki? Bu pulları götürüb sən tikirdin də… Dedim ki, sən FAİZLƏ öz QARDAŞINA pul vermisən. Bunu mənə Miri özü dedi ki, Təranə xanım, Elşən mənə pul verdi, mən də başqasının adıyla Rafaelə gündəlik faizlə borc verdim… Bir qardaş ki öz qardaşına günlüklə pul verir…”

Bu sözlərdən əsəbləşən Rafael Cəbrayılov qardaşı barədə ağır ifadələr işlədir: “İndi bunu sən deyirsən. Utanıb, tər töküb, xəcalət çəkib yerə girmirsən? Belə oğraşdan ötrü məni ləkələmək lazım idi?!”

Daha sonra Rafael Cəbrayılov bunların keçdiyini bildirir, Təranə Fətiyevaya bir daha qardaşını hədələməyi məsləhət görür: “İndi onlar keçib. Sən denən ki, axşamdan yazılıb bunlar, hazırlanıb. Yazılıb ki, 23 binadan ibarət şəhərcik tikib, vergi verilməyib. Rafael buna “krışalıq” edib, vergi verməyib. Sonra da gedib İstanbulda, digər ölkələrdə biznes qurub. Denən dövlət orqanlarına, Vergilər Nazirliyinə, cənab Prezidentə müraciət olunur ki, bu şirkət niyə vergi vermir?… İlin-günün bu vaxtı, dövlətin belə vəziyyətində… Denən REAL TV də məni çağırıb, efirdən də məlumat verəcəm… Denən mən səni “Şərq bazarını” tikəndən tanıyıram da. Mən bilmirəm kim edirdi bu işləri? Vergi, bütün “krışalığı” Rafael edirdi da… Bunu bilməyən vardı Azərbaycanda? Vergi verməmisiniz. Denən, bəlkə mən səhv edirəm? Qoy yoxlasınlar, məni də cəzalandırarlar…”

Təranə Fətiyeva Elşəni yoxlayıb-yoxlamayacaqlarını soruşduqda isə Rafael Cəbrayılov yenə bəzi maraqlı faktlar açır: “Qurana and olsun, VERGİ NƏ GƏZİR… Bir dənə dövlətə NDS (ƏDV nəzərdə tutulur) üzrə 130 min borc vardı, onu siliblər…”

Daha sonra Təranə Fətiyevanın bu məlumatlar ortaya çıxdıqdan sonra Elşən Cəbrayılovun cəzalandırılıb-cəzalandırılmayacağına dair sualını Rafael Cəbrayılov belə cavablandırır: “Bunu ya tutacaqlar, ya da evini-eşiyini satıb vergini ödətdirəcəklər. Bunun başqa yolu yoxdur ki… Saxlayırlar orda, pasportunu alırlar. Deyirlər təcili vergini ödə. Deyirlər adamın var, təcili satsın, ya iki günə satsın. Özü qalır orda. Sata bilmirsə, deyirlər bu əmlakları yaz bura. Məsələn, deyirlər ofisi yaz, bizim adam var, onun adına. Deyir ki, ofisi satmışam. Deyirlər, cəhənnəmə satmısan. Gedərsən satdığın adama pulu qaytararsan, yaz bura! Bunun qaydası budur!”

Telefon danışığının sonunda Rafael Cəbrayılov Təranə Fətiyevaya bildirir ki, Nurəddin vasitəsilə qardaşına məsələnin cox ciddi olduğunu çatdırsın: “Denən başa-baş gedirəm… Sizin ikinizi də onsuz tutacaqlar. Denən 100 dənə ikili müqavilə yazmısan. Bir dənə bunun adına, bu qızdan bu şeyi (girov qoyduğu vəsiqəni-red) alaq, bu insan (Rafael-red) heç olmasa özünü bir təhər qurtarsın… Qardaşını qurtarmaq istəmirsən? Onsuz da bilirdim ki, sən istəyirsən onun (Rafaelin-red) başına nəsə gəlsin… Sən bunları desən, Nurəddin mənə zəng edəcək… Mən də deyəcəm ki, o (Elşən-red) mənim düşmənimdir…”

“AzPolitika.info” başabəla deputatın telefon danışığının lent yazısını təqdim edir:













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru