Bu iki adam maliyyə bazarını uşaq oyuncağına çevirib - Kim cavab verəcək?
Tarix: 25-04-2017, 10:32 | Çap et
Doğrusu, Azərbaycan iqtisadiyyatında, xüsusilə pul-kredit siyasətində və maliyyə sektorunda atılan addımların əsas mənbəyinin hansı qurumun, yaxud hansı konkret bir məmurun beyninin məhsulu olduğunu anlamaq çox çətindir. Maliyyə nazirinin dediyilə Mərkəzi Bank rəhbərinin söylədiyi düz gəlmir, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvlərinin dediyilə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərinin fikirləri ziddiyyət təşkil edir, müstəqil ekspertlərlə hökumətyönlü analitiklərin mövqeyi daban-dabana ziddir və sair.
Ən pisi də odur ki, bunları bir yerə yığıb, orta məxrəc tapan və ölkə iqtisadiyyatını düşdüyü mat vəziyyətindən çıxaracaq bir üstqurum görünmür. Məntiqlə bu problemi hökumət və onun başçısı çözməlidir. Ancaq reallıqda adama elə gəlir ki, ölkə iqtisadiyyatının Araz Əlizadəyə nə qədər dəxli varsa, Artur Rəsizadəyə də o qədər aidiyyatı var…
Ölkənin iqtisadi gündəminə oturan yeni mövzu valyutadəyişmə məntəqələrinin bərpasıdır. Milli Məclisdə bununla bağlı qanun layihəsi hazırlanıb. Məlum məsələdir ki, bu ideya parlamentə yox, hökumətdəki maliyyə-iqtisadi sahəyə cavabdeh olan beyin sahiblərinə aiddir. Həmin şəxslərə ki, əvvəlcə manatı lazımi təhlillər aparmadan, məsələnin bank sektoruna, ölkənin pul-kredit siyasətinə, təzə-təzə dirçəlmək istəyən kiçik və orta biznesinə və ümümilikdə dünyadakı maliyyə-iqtisadi imicinə vuracağı ziyanı hesablamadan Azərbaycan manatını çox urvatsız və hörmətsiz şəkildə dəyərdən saldı.
Düzünü bilmək istəsəniz, söhbət Maliyyə Nazirliyindən gedir. Mətbuatda da dəfələrlə manatın devalvasiyasının əsas təşəbbüskarının məhz Samir Şərifov olduğuna dair məlumatlar dərc edilib. Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun isə bunun əleyhinə olduğuna dair məlumatlar var.
Əlbəttə ki, Mərkəzi Bank rəhbəri kimi strateji post sahibi ya sonadək öz mövqeyinin üzərində qalmalı, ya da öz vəzifəsində qalmamalı idi. Ancaq Azərbaycan reallıqları bu cür fədakar və cəsarətli addımlara yer qoymur. Əks halda, özünü Elman Rüstəmovun yerində hiss edən ən ortabab mütəxəssis belə, bugün çıxıb “devalvasiya olmayacaq” deyəndən 2-3 gün sonra milli valyutanın çökməsi səbəbilə özünə o postda oturmağı yaraşdırmazdı.
Deməli, seçim edilib və bu seçim Elman Rüstəmovun yox, Samir Şərifovun xeyrinə müəyyənləşib. Nəticə də göz qabağındadır. Büdcəni dəyərdən düşmüş manat hesabına dolduran maliyyə nazirini, görünür iqtisadiyyatdakı real sektorun bugünü və gələcəyi qəti düşündürməyib. Əsas məsələ “yuxarılara” büdcənin gəlirlər hissəsini təmin etməklə bağlı raport vermək və nə dərəcədə əvəzolunmaz biri olduğunu göstərməklə, opponentlərinin üzərində zəfər çalmaqdır. Ancaq bu opportunist mövqe ölkə iqtisadiyyatına elə bir zərbə vurub ki, onu valyutadəyişmə məntəqələrinin bərpası ilə sağaltmaq mümkün deyil.
elman01Əlbəttə ki, məntiqlə “exchange”lərin ləğvinə görə məsuliyyət Mərkəzi Bank rəhbərinin üzərinə düşür. Və bugün onların bərpası həmin qərarın böyük səhv olduğunu göstərir. Lakin hətta “exchange”lərin ləğvinin də Elman Rüstəmovun təşəbbüsü ilə müstəqil şəkildə atıldığı belə, şübhə doğurur.
Xatırladaq ki, “exchange”lər 2016-cı ilin əvvəlində bağlandı. Nəticə nə oldu? Bu sahədə çalışan 10 minə yaxın insan işsiz qaldı. “Qara bazar” çiçəkləndi. İri məmurların adamları “qara bazarı” ələ aldı və onların milyonlarını, milyardlarını “fırlatmağa”, böyük miqdarda qazanc əldə etməyə nail oldular. Ortadakı kiçik və ortabab oyunçuları isə hüquq-mühafizə orqanları “ovlamağa” başladılar. Nələr oldu, nələr..! Bankların da əlinə fürsət düşdü. Dollar başda olmaqla, bütün aparıcı xarici valyutaların alış və satış qiymətləri arasında dünyada misli görünməmiş həddə fərq qoyuldu. Bu hesaba milyonlar, on milyonlar, yüz milyonlar qazandılar. İtirən isə əlindəki pulu manat, yoxsa dollar şəklində saxlamalı olduğunu bilməyən, anlamayan “qara camaat” oldu.
Hələ də hərənin ağzından bir avaz gəlir. Hər şey məşhur klassik əsərdəki epizodu xatırladır: Səngərdəki əsgər yenildiklərini və hücum edən qoşun qarşısında ölümlə üz-üzə qaldığını görəndə, yanındakı düşmən əsgərin meyitinin poqonlarını sökərək öz çiyinlərinə taxır, sonradan öz qoşunları hücuma keçən kimi, həmin poqonları atır və özününküiləri yerinə qoyur. Bugün orta statistik azərbaycanlı həmin durumdadır – bilmir nə etsin, dollar saxlasın, ya manat. Və ona heç kim düz-əməlli başa salmır ki, dollar saxlayan hər bir kəs, Amerika iqtisadiyyatına böyük töhfə verir, öz iqtisadiyyatına isə bir o qədər ziyan vurur. Ancaq onu da qınamaq olmur. İqtisadi sektora cavabdeh olan nazirləri ölkə iqtisadiyyatının gələcəyi az maraqlandırırsa, sıravi azərbaycanlı neyləsin? O nazirin özü pulunu manatla yox, dollarla saxlayırsa, əsas biznesi xaricdədirsə, başqalarından nə gözləyəsən?
İndi görəsən, valyutadəyişmə məntəqələrinin ləğvindən və bununla bağlı cinayət məsuliyyətinin müəyyən edilməsindən sonra ora-bura çək-çevir edilən, olan-qalanı əlindən alınanların ziyanını kim ödəyəcək? Əgər “Exchange”lərin fəaliyyəti iqtisadiyyata ziyan vurmurdusa, əksinə , bazarda nisbi də olsa tələb və təklif arasında tarazlıq yaradırdısa, onlar niyə ləğv edildi? Yox, əgər valyutadəyişmə məntəqələri doğrudan da maliyyə sektoruna ziyan vururdusa, möhtəkirliyə yol açırdısa, ind niyə yenidən bərpa olunur? Bir sözlə, bu ölkənin iqtisadiyyatını bugün atılan addımın bir il sonra yaradacağı fəsadı görə və dərk edə bilməyən nazirlər idarə edirsə, vay bizim halımıza. Hara baxır bu nazirlər, nə ilə məşğuldurlar görəsən? Yeri gəlmişkən, son günlər mətbuatda Yasamal rayonu ərazisində yaşıllığın məhv edilərək, yerində bina tikildiyinə və prezidentin bu tikintini dayandırdığına dair informasiyalar dərc olundu. Sonra da bildirildi ki, bunu edən şirkətin arxasında maliyyə naziri durur… Azpolitika.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|