Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                 

“Pul verib məhkəməni uddular, qaldım küçələrdə” - Aktyoru evindən qovdular
Tarix: 4-04-2017, 11:25 | Çap et
“Pul verib məhkəməni uddular, qaldım küçələrdə”
Akademik Milli Dram Teatrının keçmiş aktyoru Cavanşir Eyyubzadə analığının qızı tərəfindən öz evindən qovulub.

Bu barədə BakiPost.az-a aktyor özü məlumat verib. O, hazırda məhkəmə çəkişməsinin davam etdiyi evin atasının vətəndaş nikahında yaşadığı qadının qohumları tərəfindən zəbt edildiyini bildirib.

Söhbət Sumqayıt şəhəri, Azərbaycan prospekti 5/28 ünvanında yerləşən 56 nömrəli mənzildən gedir. C. Eyyubzadənin sözlərinə görə, o, 1962-ci ildə sözügedən mənzildə dünyaya gəlib. Valideynləri 1976-cı ildə boşandıqdan sonra anası öz atasının evinə qayıdıb. Cavanşir Eyyubzadə isə atası Məmmədşad Eyyubov ilə qalıb. M. Eyyubov 1978-ci ildən sonra Qusar rayonundan olan Ağayeva Həqiqət adlı qadınla vətəndaş nikahında yaşamağa başlayıb: "O gündən sonra qara günlərimiz başladı. Analığım mənimlə dolanmırdı. Mənə görə atamla tez-tez dalaşırdı, evdən getməyimi istəyirdi. 1995-ci ildə atam rəhmətə getdi və Həqiqət Ağayeva məni evdən qovdu. Mən də məhkəməyə verdim. Analığım hakimin qarşısında ağladı, sızladı ki, tənha qadınam, evdən çıxarmayın və s. Hakim də dedi ki, gedin ümumi razılığa gəlin. Biz də evdə bir yerdə yaşamağa başladıq. Lakin elə rəftar edirdi ki, mən evə gəlmirdim. Öz evimdən didərgin düşmüşdüm. Gəlib Bakıda kirayə ev tutub, orada qalırdım. Həmin vaxt da Bakıda kinostudiyada və "Azdrama”da işləyirdim”.

Cavanşir Eyyubzadə yaranmış problemlər səbəbindən kinostudiyadakı və teatrdakı işlərindən ayrılmaq məcburiyyətində qalıb. İşsizlikdən əziyyət çəkən aktyor Rusiyaya üz tutub. Onun Rusiyaya getməsindən istifadə edən analığı yaşadığı mənzilə sahib olmaq üçün özünü evin sahibi Məmmədşah Eyyubovun yeganə varisi elan edib və 2007-ci ildə bunu notariusla təsdiqlədib: "Mənim onun bu cinayətindən xəbərim olmayıb. Notarius da atamın yeganə övladı mən olduğum halda atamla heç bir hüquqi bağlılığı olmayan qadını onun yeganə varisi kimi təsdiqləyib. Görünür, məsələni rüşvətlə həll ediblər. Həmin qadın 2012-ci ilin sentyabr ayında rəhmətə gedib. Mən də bu vaxtlar Bakıda idim. Evimizə gedib içəri daxil olmaq istəyirdim ki, gördüm qapı dəyişdirilib.

Qonşulardan nə məsələ olduğunu soruşanda dedilər ki, o qadının qızı gəlib, evə yiyələnib. Halbuki Həqiqət Ağayeva başqa bir kişidən dünyaya gətirdiyi həmin qızın üzünü 2-cə ay görüb. Sonradan heç vaxt nə xəbər tutub, nə də görüb. Bu qız – İradə Ağasıyeva anası öləndən sonra peyda olub, özünü varis adlandırıb və evimiz keçib analığımın başqa kişidən olan və atama heç bir aidiyyəti olmayan bir qadının əlinə. O da iz itirmək üçün evi öz qohumuna satıb”.

Doğma atasının yeganə varisi olan Cavanşir Eyyubzadə haqqı olan evi almaq üçün üz tutub məhkəməyə. Lakin hakimlər İradə Ağasıyevanın xeyrinə qərar çıxarıb: "Apellyasiya məhkəməsi də oldu. İndi Ali Məhkəməyə verməyə hazırlaşıram. Pul verib bütün qərarları öz xeyirlərinə çıxartırırlar. Onlarla üzləşəndə mənə dedilər ki, "sən kimsən ki, ləzgilərin qarşısında at oynadırsan?” Vallah mən belə həyasızlıq görməmişəm. Atama heç bir aidiyyəti olmayan bir qadın gəlib evi zəbt edib və məhkəmə də onun xeyrinə qərar çıxarır. Hamısını pulla həll ediblər. Çünki mən məhkəməyə verəndə də dedilər ki, boş yerdən özünü yorma, çünki heç bir məhkəməni udmayacaqsan”.

C.Eyyubzadə deyir ki, imkansızlıqdan məhkəmələrdə onu təmsil etməsi üçün bir vəkil belə tuta bilmir. O hazırda atasının vətəndaş nikahında yaşadığı qadının vərəsəlik hüququnun ləğvini istəyir. Lakin bu iddiası da məhkəmə tərəfindən rədd edilir.

Aktyor Prezident İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan və aidiyyəti qurumlardan kömək istəyir.

Məlumat üçün bildirək ki, C. Eyyubzadə 1989-2003-cü il tarixlərində Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında çalışıb. 1997-2002-ci il tarixlərində isə həm də Akademik Milli Dram teatrında müqavilə ilə aktyor kimi işləyib. Bu müddət ərzində o, bir çox tamaşalarda əsas rolların ifaçısı olub: "Eşq və intiqam” tamaşasında baş rol, "Hökmdarın qızı” tamaşasında "Əbülfət ağa” və bir çox rollar canlandırıb. Bundan əlavə, filmlərdə də rol alıb.

“Pul verib məhkəməni uddular, qaldım küçələrdə”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru