Heydər Əsədov bu sahəyə əı gəzdirməlidir - İTTİHAM VAR
Tarix: 16-11-2016, 10:30 | Çap et
Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik. "Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur”başlıqlı son yazımızdakı faktlar da göstərir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya, tender maxinasiyaları adi hal almışdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderdə "MEQAVET” keçirilən pulun 33 faizinin onlara qaytarılması müqabilində sövdələşməyə görə qalib oldu. Nəticədə isə bu "sövdələşmə” heyvan sahiblərinə ciddi iqtisadi zərər vurdu. Dövlət büdcəsi hesabına "MEQAVET”- dən 2,5 mln manata alınmış dabaq xəstəliyi əleyhinə vaksin yerli baytarların məlumatına əsaslanaraq heyvanlara fevral ayında vurulmuşdur. Təlimata görə bu vaksin heyvanları altı ay xəstəlikdən qorumalı idi. Lakin Türkiyə və İranda dabaq xəstəliyinin qeydə alınmış yeni ştamm serotipinin yayılması nəzərə alınmadığından və ucuz alınmış peyvənd vasitəsi keyfiyyətsiz olduğu üçün heyvanlar arasında immunitet yaratmamış və nəticədə Azərbaycanda may ayında heyvanlar dabaq xəstəliyinə yoluxmuşdur. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata əsasən hələ 2015-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İran və Türkiyədə dabaq xəstəliyinin yeni ştamm serotipinin yayıldığı barədə Zaqafqaziya ölkələrinə, o cümlədən Azərbaycana qabaqcadan xəbərdarlıq məktubu göndərərək heyvanların planlı peyvəndləməsində dabağın А / IRN / 2005, А / TUR / 2006, А / TUR / 2011, А / TUR / 2 014 ştammın serotiplərindən imtina edərək, vaksinin (A / IRN / 12/2015, A / IRN / 8/2015) və (A / Ван / TUR / 203/2015) ştamm serotiplərinin alınaraq heyvanlara vurulması tövsiyə edilmişdir. Lakin ölkəmizin xaricdən keçə biləcək heyvan xəstəliklərdən qorunmasına bir başa məsul olan şəxslər FAO-nun 2015-ci ildə Azərbaycana etdiyi xəbərdarlığa məhəl qoymamış, ölkəmizi bu xəstəlikdən qorumaq üçün qonşu ölkədə epizootiyaya səbəb olmuş ştammdan olan peyvənd vasitəsi alınmamışdır. Əvəzində isə "MEQAVET”dən daha ucuz, FAO–nun tövsiyəsində qeyd edilənlərin əksinə olan vaksin alınmışdır. Bu da Respublikanın heyvandarlığını dabaq xəstəliyindən qorumamış və xəstəliyin alovlanmasına, hətta Bərdədə, Qubada və respublikanın digər rayonlarında heyvanların tələf olması ilə nəticələnmişdir. Azər Süleymanov xəstəliyi ört-basdır etmək istəsə də Qubada 19 iyun ANS kanalında, Bərdədə 25 iyunda Lider TV-də, və 27 iyunda –də ATV-də və 01- 02 iyulda Qanunxeber.az-da dabaq xəsəliyinin kütləvi hal alması barədə gedən sujetlərdə bu bir daha öz təsdiqini tapır. Sahibkarların sujetlərdə ürəkağrısı ilə verdiyi məlumata görə onlara xəstəliklər nəticəsində külli miqdar maddi zərər dəymişdir. Bu da "MEQAVET”dən ucuz alınmış vaksinin ölkəmiz üçün yaramadığını göstərir. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əvəzi Azər Süleymanov FAO kimi möhtəbər təşkilatın xəbərdarlığına məhəl qoymadığından bu virus tipli yoluxucu xəstəliyin ölkəmizdə yayılmasına şərait yarandığı və bununla ölkədə ərzaq təhlükəsizliyini, heyvan mənşəli məhsulların beynəlxalq ticarətini və ölkə daxilində istehsalını təhlükə altına qoyduğuna, habelə vətəndaşlara vurulan zərərə görə məsuliyyət daşıyır. Lakin cənab Heydər Əsədovun şəxsi maraqları dövlətin maraqlarından üstün tutan, nəticədə yoluxucu xəstəliklərin yayılmasına şərait, habelə bu istiqamətdə iqtisadi və epidemioloji gərginlik yaradan A. Süleymanovun hələ də başının "sığallaması” başadüşülən deyil. Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb gətirililməsi faktları da mövcuddur. Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bu ilin aprel ayında bölgü əsasında baytarlıq idarələrinə paylanan АМОКС�?ЛАЙФ-LA preparatının yararlq müddəti 2016-cı ilin iyun ayında bitmişdir. Odur ki, Azər Süleymanovdan baytarlıq idarələrinə həmin preparatın təcili silinməsi üçün saxta sənəd tərtib edilməsinə göstəriş verilib. Bundan başqa, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olan Respublika Baytarlıq Laboratoriyası Azərbaycan Hökuməti və ABŞ Müdafiə Departamenti arasında bağlanmış Təhlükənin Azaldılması Proqramı (DETRA) çərçivəsində Beynəlxalq Standartların 17025 Tələblərinə cavab verən, Bio Təhlükəsizlik Səviyyəsi (BSL) 2 istiqamətində yenidənqurma işləri aparılaraq 2014-cü ildə Azərbaycan tərəfinə təhvil verilmişdir. Ancaq bu sahədə düzgün olmayan siyasət nəticəsində təhvil-təslimdən 2 ay sonra yenidən qurulmuş laboratoriya tamamilə söküldü. Bütün qiymətli elektron avadanlıqlar, aparat və cihazlar kənara daşınaraq qeyri-münasib ambarlara yığıldı. Dəyəri yüz minlərlə ölçülən diaqnostikumlar vaxtından əvvəl keyfiyyətini itirdi. Əvəzində beynəlxalq tələblərə cavab verməyən laboratoriya quraşdırıldı. Kənd Təsərrüfatı Nazirliyindən baytarlıq sisteminə daha bir zərbə lüzumsuz aparılan tikintilərə dövlət vəsaitinin israf edilməsi olmuşdur. Belə ki, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu Bakı şəhəri Böyük-Şor ünvanında elmi təcrübələr aparmaq üçün laboratoriyaları, təcrübə heyvanları və s. şəraiti olan binada fəaliyyət göstərirdi. Daxili mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlarda göstərilir ki, institutun əməkdaşlarının etirazına baxmayaraq Binəqədi rayonunda yeni inşa edilmış, təcrübə heyvanlarının saxlanması üçün vivarium, ümumiyyətlə elmi təcrübələrin aparılmasına şərait və heç cür imkanı olmayan binaya köçürüldü, beləliklə bu köçürülmə nəticəsində baytarlıq elmi "dünyasını dəyişdi”, İnstitutun əməkdaşları isə elmi işçidən dönüb "məmur” oldular. Məlumatlı olan mənbənin ötürdüyü informasiyaya görə Kənd Təsərrüfatı Nazirliyinin qanunsuz tələbi ilə şəhər və rayonların baytarlıq idarələrinin tabeliyində olan sahə baytarlıq məntəqələrinin və bazarlarda olan akkreditatsiyadan keçməyən baytarlıq sanitariya-ekspertiza laboratoriyalarının işçiləri ərazisində fəaliyyət göstərən ət satışı mağaza, köşklərindən, sadlıq evlərindən, qanunsuz küçə ticarətindən, küçələrdə, yol kənarlarında və digər müəyyən olunmamış yerlərdə kəsilən heyvanlara görə pul toplamasına məcbur edilir. Qeyd: bu günlərdə bu işə məcbur edilən baytar həkimlərdən biri (Ə.) Bakı şəhəri Yasamal rayonu ərazisində polis işçiləri tərəfindən artıq yaxalanmışdır red. Rayon, şəhər baytarlıq idarələrinin rəisləri hər ay toplanan pulun 50 faizini rüşvət şəkilində nəğdi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanova verirlər. (Baş prokuror yanında Korrupsiya ilə Mübarizə Baş Idarəsinin nəzərinə)! Bununlada, Azər Süleymanov Xidməti öz şəxsi "KARUSEL” Restoranı kimi idarə edir. Baytarlıq sistemində olan peşəkar kadrlara "torba” tikərək işdən uzaqlaşdırmış, onların yerinə isə tələbə yoldaşları və yaxınları- Oktay Şirvan baytarlıq idarəsinin rəisi, Tahir Apşeron rayon Baytarlıq idarəsinin rəisi, Mübarizi şöbə müdiri, dayısı oğlu Elşadı RBL-da direktor müavini, Aydını sektor müdiri, Oktay- Göygöl rayon baytarlıq idarəsinin rəisi təyin etmiş və beləliklə, tələbə yoldaşları və qohumlar "dəstəsi”nin vəzifələrə təyinatları davam edir. Bu dövlət qurumunda qanunsuzluqlar o qədər iri addımlarla irəlləyir ki, ədalət axtaranlar onun dalınca ayaqlaşa bilmirlər. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin cari ilin 11 iyunda keçirdiyi Kollegiya iclasında Azər Süleymanovun əvvəlcədən cızdığı konturlar üzərində hazırlanan plan əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin tabeliyində olan sahə baytarlıq məntəqə və baytarlıq–sanitariya ekspertiza laboratoriyalarının müdirlərinin analoqu olmayan üsulla- püşkatma yolu ilə vəzifə yerlərinin dəyidirilməsi barədə qanuna zidd qərar çıxarılmışdır. Misal olaraq bu püşkatma dəyişirikliklərinə əsasən Qaradağ rayonunun baytarlıq məntəqəsinin müdiri (baytar həkimi ) daima yaşadığı və işlədiyi Qaradağdan gündəlik Pirallahı rayonuna getməli, malqaraya ilk yardım göstərməlidir? Yerləri dəyişdirilən digər mütəxəssislər də həmçinin. Hansı ki, məntəqələrin nə maşını var, nədə ki, tələb olunan şəraiti. Ancaq çox təəccüblüdür ki, nazir Heydər Əsədov Azər Süleymanovun bu qanunsuz planını reallaşdırdı. Hecə olur ki, qanunsuz aparılan küçə ticarətindən "az pul” yığan baytarların məsələsi Nazirliyin Kollegiya iclasında müzakirəyə çıxarılır, ədalətsiz, qanundankənar qərarlar qəbul edilir, lakin bu rüşvət yığımına göstəriş verən Azər Süleymanovun "gözünün üstündə qaşın var”, deyən yoxdur. Qanunsuz qərarlar qəbul edilməsi adıçəkilən Nazirliyin digər qəbul etdiyi qərarlarının da qanunliyini şübhə altına ala bilər?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
|