Beynəlxalq Bankın filialında dələduzluq - İTTİHAM VAR
Tarix: 3-09-2016, 11:25 | Çap et
Hələ bir il bundan əvvələ qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) əksər filiallarının fəaliyyətinə dair ölkə mətbuatında tənqid xarakterli materialların dərc olunması az qala bir normaya çevrilmişdi. Vətəndaşların bu xüsusda mətbuata verdikləri açıqlamalarda ABB filiallarında yer almış bir sıra qanun pozuntularına dair kəskin ittihamlar yer almaqda idi. Bu kimi məlumatlarda fiziki şəxslərə kreditlərin ən azı 10-15%-i həcmində “şapka” alınmaqla verilməsi, bəzi filial müdirlərinin göstərişi ilə müəyyən şəxslərə sənədləşdirmə aparılmadan “faizə” pul verilməsi, həmçinin mütəmadi olaraq həyata keçirilən qeyri-leqal pul köçürmələri barədə faktlar təqdim olunurdu. Həmçinin əksər filiallarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin işi ilə bağlı ciddi iradlar da var idi. Məsələn bildirilirdi ki, bir çox məntəqələrin vətəndaşlara göstərdiyi xidmətin sənədləşdirilməsi düzgün aparılmır və sairə...
Lakin ötən ilin yay aylarından bu kimi məlumatların axını birdən-birə dayandı. Səbəb isə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədovun təyinatı oldu. Məlum olduğu kimi, Elmar Məmmədov ABB səhmdarlarının 22 iyul 2015-ci il tarixində keçirilmiş yığıncağının qərarı ilə bankın İdarə Heyətinin sədri təyin edilib. Qeyd edək ki, Elmar Məmmədovun yüksək iş qabiliyyəti, prinsipiallığı və peşəkarlığı onun hələ “Kapitalbank”a rəhbərlik etdiyi vaxtdan məlumdur. Məhz buna görə də, son bir ildə ABB-nın fəaliyyətində müşahidə olunan pozitiv dəyişikliklərə də heç kim təəccüblənmir.
Əksinə, bu gün artıq Beynəlxalq Bankın hər hansı bir filialından müştərinin şikayət etməsi daha çox təəccüb doğura bilər. Etiraf edək ki, elə biz özümüz də dünən redaksiyamıza müraciət etmiş vətəndaş Məmmədov Kamil Dövlət oğlunun imzaladığı şikayət ərizəsinin mətni ilə tanış olduqdan sonra bir qədər təəccübləndik. Əslində, Kamil Məmmədovun başına gələnlər tamamilə absurd, mümkünsüz bir hal kimi qiymətləndirilə bilər. Belə ki, iddiaya görə, Beynəlxalq Bankın Səbail filialının rəhbərliyi, öz əməkdaşının yol verdiyi dələduzluq əməlinə görə, həmin əməkdaşı deyil, öz müştərisini “cəzalandırmaq” qərarına gəlib. Amma yaxşı olar ki, bütün baş verənlər barədə ərizədə yazılanlarla tanış olaq. Beləliklə, Kamil Məmmədov öz ərizəsində yazır: “Yazıb sizə bildirmək istəyirəm ki, 2011-ci ilin mart ayında VAZ-2107 markalı dövlət qeydiyyat nişanı 90 KT 171 olan avtomobili almaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankına müraciət etdim. Nəticədə avtomobil almaq üçün sözügedən bankdan mənə avtomobil almaq məqsədilə 5700 (beş min yeddi yüz) manat məbləğində kredit vəsaiti ayrıldı. Krediti götürdüyüm gündən etibarən hər ay 212(iki yüz on iki) manat, kredit ödənişi cədvəli üzrə gecikdirmədən ödəyirdim. Lakin maliyyə vəziyyətimin pişləşməsi səbəbindən kredit borcumu ödəməkdə çətinlik çəkdiyim üçün məcburən avtomobili banka təhvil vermək qərarına gəldim və nəticədə bankın Səbail filialına yaxınlaşdım. Bu barədə bankın kredit şöbəsinin işçisi Abbasov Rəşad Ələsgər oğluna yaxınlaşaraq, onunla məsələni müzakirə etdim. Bankın işçisi, yuxarıda qeyd etdiyim şəxs məni aldadaraq, avtomobili banka təhvil ver və narahat olma, gələcəkdə heç bir zaman bank tərəfindən bir də narahat olunmayacaqsan deyərək, məni aldatdı. Mən də inanaraq, avtomobili Abbasov Rəşad Ələsgər oğluna 19.09.2012-ci il tarixində, mülki etibarnamə ilə təhvil verdim. Lakin bir neçə ay keçməmiş bankdan mənə zəng gəldi və məni banka yenidən dəvət etdilər. Bu dəfə isə, məlum oldu ki, bankın işçisi Abbasov Rəşad Ələsgər oğlu ona verdiyim etibarnamədən sui-istifadə edərək, avtomobili kimliyi banka məlum olmayan şəxsə, bankdan kənarda, müəyyən miqdarda pul müqabilində satmışdır. O, gündən etibarən avtomobil Abbasov Rəşad Ələsgər oğlunun satdığı 3-cü şəxs tərəfindən naməlum şəraitdə itirilmişdir və hal-hazırda axtarışdadır. Buna baxmayaraq mən dəfələrlə banka dəvət olunmuşam. Hər səfərdə bu məsələni bankın rəhbərliyinə desəm də, sübut olaraq bankın işçisinə etibarnamə verərək qarşılıqlı razılaşma ilə avtomobili banka təhvil verdiyimi söyləsəm də cavabında onlar məndən avtomobili tapmağımı və yaxud da borcunu banka ödədiyimi tələb edirlər.
Yuxarıda qeyd etdiklərimi və bank tərəfindən mənə vurulmuş ziyanın araşdırılmasını, məsələyə ədalətli mövqe bildirilməsini aidiyyatı olan qurumlardan xahiş edirəm”.
Biz isə ümid edirik ki, bu məsələ ilk növbədə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən operativ və obyektiv şəkildə araşdırılacaq və müştərinin hüquqlarının pozulmasına qətiyyən yol verilməyəcək.
Qarşı tərəfin də məsələyə münasibətini işıqlandıra bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
|