Ağsunun yolları burma-burmadır... - Bu əyrilik rayonun idarə olunmasına da sirayət edib
Tarix: 16-06-2016, 10:52 | Çap et
Ağsu illərdir Ənvər Seyidəliyevin zülmü altında inildəyir. Rəhbərlik etdiyi dövrdən icra başçısı bölgənin inkişafı üçün bir iş görməyib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı olan Seyidəliyevə əslində, nazir bacısı oğlu dayılıq edir.
Dayıya dayılıq etmək...
Yəni, onun bu günə kimi Ağsu rayon İcra Hakimiyyətinin başçısı postunda qalmasının səbəbkarı nazirdir. Əks halda Seyidəliyev çoxdan vəzifəsini itirmişdi. Ən azından bölgələrdə baş qaldıran sosial etirazlar zamanı Ağsuda qalxan nümayişlərdən sonra icra başçısı işindən uzaqlaşdırılacaqdı. “Gündəm-xəbər”in araşdırması zamanı məlum olub ki, onu bu təhlükədən qoruyan nazir qohumu olub. Müslümov Seyidəliyevi Ağsu rəhbərliyində saxlamaqla həm də rayondakı tayfa-klan biznesinin yerini bərkitməyə nail olub. Bu ailənin Ağsuda sahibləndiyi varidat, mal-mülk, kommersiya obyektləri, torpaq sahələri nağıllarda padşahların həyat tərzini xatırladır. “Gündəm-xəbər”ə verilən məlumatda bildirilir ki, Ağsuda Seydiəliyevlərin nəzarətindən kənarda nə bir biznes məntəqəsi var, nə də torpaq sahəsi. Eləcə bu sözləri vəzifə yerlərinə də şamil etmək olar. Ağsunu tamamilə zəbt eləmiş bir ailə bütün dövlət vəzifələrində rəhbərlikdə təmsil olunur. Belə çıxır ki, Ağsuda onlardan başqa kimsə vəzifədə ola bilməz. Media üzərindən apardığımız araşdırmalara da belə deməyə əsas verir ki, Seyidəliyev klanı Ağsuda boş yer saxlamayıb. Gəlin faktlara nəzər yetirək: “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə icra başçısını digər bacısı oğlu, nazir Səlim Müslümovun qardaşıdır. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərovun nəzarətinə verilib. İcra başçısının Teymur Seyidəliyev adlı qardaşı isə qeyri-rəsmi ödənişlərin toplanmasına nəzarət edir.
Başçı məhkəməyə verilib
Təkcə bu adları və vəzifələri sadalamaq kifayət edir ki, Seyidəliyevlərin işğalı altında olan Ağsuda sosial problemlərin, özbaşınalıqların, məmur bürokratiyasının, köhnə nomenklaturanın idarəçiliyinin yaratdığı əngəllərin bölgəni nə hala saldığını təsəvvür edəsən. Eyni zamanda iş adamlarının günü “göy əskiyə” bükülüb. Dövlət başçısı İlham Əliyevin sahibkarlarla bağlı tapşırıqları, sərt xəbərdarlığı, onların iki vergi yoxlamasından azad edilməsi haqda tapşırığına rəğmən nazirin maliyyə şöbəsinə rəhbərlik edən qardaşı Radim Müslümov, qeyri-rəsmi ödənişlərə baxan Varis Nəzərov icra başçısının təlimatları əsasında işləyir. Onlar sahibkarlara işləməyə aman vermir. Yuxarıda sadalanan adlar Ağsu camaatının qəniminə çevrilib, başda Ənvər Seydəliyev olmaqla. İş adamları ilə bərabər Ağsunun Meliorator qəsəbəsində yerləşən "Qərənfil" uşaq bağçasında yaşayanlar da zülm altında yaşayır. 1993-cü ildən məskunlaşan Kəlbəcər sakini, şəhid övladı Elşən Məmmədov və digər üç köçkün ailəsi Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ənvər Seyidəliyevi məhkəməyə verməli olub. Buna səbəb isə onların yaşadıqları binanın müəmmalı şəkildə bir ilin içində iki dəfə təmir olunması, köçkünlərin çətin vəziyyətə salınması olub. Belə ki, onlara başqa binaya köçmək təklif olunsa da, orda yaşamaq şəraiti olmadığından köçkünlər imtina ediblər. Deyiblər ki, heç olmasa zəruri şərait yaradılsın ki, köçək. Ancaq RİH başçısının göstərişi ilə köçkünlər hazırkı binada yaşaya-yaşaya təmirə başlayıblar. Bu özbaşınalıq o həddə çatıb ki, icra başçısı məhkəməyə verilib. İlin əvvəlində Ağsuda baş verən xalq etirazları, aksiyalar, icra başçısından edilən şikayətlər, prezidentə ünvanlanan müraciətlərə baxmayaraq Seyidəliyev vəzifəsi başındadır.
Deputatın eyhamı və 800 minlik mənimsəmə
Buna səbəb nazir Müslümovun himayəsidir. Ancaq yeri gəlmişkən, deputat Çingiz Qənizadənin bir çıxışını xatırlamaq lazımdır. Millət vəkili vəzifəsindən kənarlaşdırılan icra hakimləri – Cəbrayıl və Laçın, Salyanın başçılarına eyham vuraraq qeyd etmişdi ki, dövlət başçısı onların barəsində mətbuatda gedən yazılarla tanış olub. Və adı xoşagəlməz işlərdə, neqativ olaylarda hallanan məmurlar çox çəkmir ki, vəzifəsini itirir. Çünki iqtidarın və prezidentin sosial siyasətinə zidd fəaliyyət göstərən yarıtmaz məmurlar xalqla ölkə rəhbərliyini üz-üzə qoyur. Deputatın bu açıqlamasındakı işarədən belə anlamaq olur ki, Seyidəliyevin də gec-tez Ağsuda uzaqlaşdırılacağı istisna deyil. Bu sətirləri təsdiqləyən faktlarla gəlin tanış olaq: Ənvər Seyidəliyev icra başçısı olan kimi, 2010-cu ildə Ağsunun 16 kəndinin Sovet dövründə qurulmuş melorasiya borularını 2-2, 5 metr dərinlikdən sökərək metalloma satıb. Həmin kəndlərin torpaq sahələri heç bir əkinçilik üçün yaramır, artıq torpaqlar şoranlaşıb. Ənvər Seyidəliyev Ağsu üçün Quzey kəndindən çəkilən bulağın borularını Hacıqədirli və Ərəbmehdibəy kəndlərində sökülmüş melorasiya borularıdır ki, həmin boruların əvəzində dövlət büdcəsindən 800. 000 (səkkiz yüz min) pulu mənimsəyib. Həmin bulağın suyu heç nəyə yaramır. Ağsu şəhərində vərəm dispanseri yandırıldı və onu özəlləşdirildi. Ağsuda maşın və traktorların birliyi 5 ha (beş) özəlləşdirilib. Rayon xəstəxanasının yanındakı yarımçıq tikili olan bağça binasını Səlim Müslümov özəlləşdirib. Hər il Ağsuda 200 ha torpaq sahəsi Ə. Seyidəliyev tərəfindən əkilir, yaxud əkilmir, ancaq subsidiyalar mənimsənilir.
Torpaqların zəbti, karyerlər, sexlər və…
Faktlar bununla yekunlaşmır. Ardınca, Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi, Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyə adından satılıb, əldə edilən maliyyə vəsaitləri mənimsənilib. Ağsuda hər ildə 2-3 yeni məktəb binaları tikilir ki maliyyə vəsaitləri mənimsənilir. Ənvər Seyidəliyev tərəfindən saxta dərmanlar istehsal olunur, hətta qonşu rayonlarda satılır. Bico kəndində 120 ha torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində isə 300 ha torpaq sahəsi Ənvər Seyidəliyev tərəfindən hektarı 2100 manata alınıb. Torpaq alqısı hələ də davam etməkdədir. Girdiman çayında S. Müslümovun drabilkası və daş karxanası var. Ümumiyyətlə, Girdiman çayı özəlləşdirilib. Ənvər Seyidəliyevin açdığı daş karxanası və tamet pilitə sexləri var. Bu rayonu özəl obyekti kimi istifadə etməkdə davam edir. Təzə tikilən xəstəxana üçün ayrılmış məbləğin müəyyən hissəsi Ənvər Seyidəliyev tərəfindən mənimsənilib. Belə çirkli pullar hesabına, Bakıda - Badamdarda və Mərdəkanda hər birinin dəyəri 4-5 milyon olan 2 villası var. Ənvər Seyidəliyev rayonun iqtisadi inkişafına, su-kanalizasiya tikintisinə ayrılmış dövlətin 51 milyon manatı hara xərclədiyi hələ də məlum deyil. Prezidentin Ağsuya səfəri zamanı 5 dağ kəndinə su çəkildiyini və həmin kəndlərdə evlərə paylandığını, artıq istifadə olunduğunu deməklə yalan məlumat verilib.
MTC-ların məhvi, nazir atasının çörək sexi...
Bundan başqa, Ağsuda maşın və traktorların birliyini (köhnə MTC) özəlləşdiriblər, yüzlərlə maşın, kombayn, traktorları, tokar dəzgahlarını, böyük sənaye tipli təmir emalatxanalarını söküb satıblar. Həmin pullardan vergi orqanlarına 1 manat da olsa pul ödəməyiblər. Həmin MTC 5 ha-dan yuxarı torpaq sahəsində hazırda istixana inşa ediblər. Hər hektarına 1 milyon manatdan yuxarı pul qoyulub. Bu pulların mənbəyi qaranlıqdır. Səlim Müslümov və Ənvər Seyidəliyev rayon istehlak cəmiyyətinin köməkçisi idman salonunu, eyni zamanda 3 ha yaxın torpaq sahəsini qohumlarının adına alaraq özəlləşdiriblər. ”Ağsu çörək MMC” Səlim Müslümovun atası, Yanvar Müslümovun adına özəlləşdirilib. Köhnə yanğın söndürmə idarəsinin və kübrə idarəsinin torpaq sahələri bu oliqarxlar tərəfindən alınıb. 2014- 2015 ci dərs ilində Muradlı, Dilman, Keçdiməz kəndlərində yeni məktəb tikintisi üçün ayrılan maliyyə vəsaitləri on dəfələrlə şişirdilib pulları mənimsənilib. Bico kəndində uşaq bağçası tikilmək üçün ayrılmış vəsait mənimsənilərək heç bir iş görülməyib. Beləliklə, bu detallar yetərlidir ki, Seyidəliyev-Müslümov tandeminin, dayı-bacıoğlu qubernatorluğunun Ağsuda hökmranlıq etdiyini iddia edəsən. Əlbəttə ki, məmurların bizneslə məşğul olması qanunla qadağandır. Elə Seyidəliyevlərin də adına rəsmiləşdirilən obyekt tapmaq olmaz. Yuxarıda sadaladığımız məntəqələr, məhv edilmiş obyektlər, ələ keçirilən torpaq sahələri icra başçısının yaxınlarının adına sənədləşdirilib. Bu da məmur oliqarxiyasının köhnə, ənənəvi siyasətidir. Rafiq Qara GundemXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
|