OQTAY GÜLALIYEVLƏ BAĞLI ŞOK İDDİA
Tarix: 12-05-2012, 12:09 | Çap et
“KÜR”ÜN KOORDİNATORU ƏYALƏTDƏKİ NARKOMAFİYANI İFŞA EDİB?
DİA.AZ: - “Kür” Vətəndaş Cəmiyyətinin üzvü, müstəqil jurnalist Məhbub Əvəz oğlu Zülfüqarlı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova, Ba. prokuror Zakir Qaralova və mətbuata, habelə azərbaycandakı diplomatik korpuslara müraciət ünvanlayıb. DİA.AZ-a daxil olan müraciətin mətnini olduğu kimi diqqətinizə çatdırırıq:
“8 parel 2012-ci il tarizində biz Oqtay Gülalıyev (“Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru, “Kür-Araz” jurnalının baş redaktoru), Nəsrulla Nurullayev (Ahıl Ziyalılar Birliyinin sədri, “Kür”ün üzvü, prezident yanında QHT-lərdən seçilmiş Şuranın 3 nəfər üzvündən biri), Aqil əmi (70 yaşli ağsaqqal) Saatlı rayonu Dəllər kəndinin sakini, YAP fəalı Lazım Umudovun dəvəti ilə qonaq gedirdik.
Ona və atasına ev tikilmiş, evin açılışına dəvətli idik. Şirvan şəhərində dincimizi almaq üçün çay içdik. APA-nın yerli müxbiri Əli müəllim bizi qonaq etdi. Bu an Sabirabadın Minbaşı kənd sakini, Oqtay Gülalıyevin mobil telefonuna zəng etdi. Oqtay Gülalıyev ona Saatlıya qonaq getdiyimizi, Şirvanda çay içdiyimizi bildirdi. Həmin zəng edən israrla onun evinə baxış keçirməsini acizanə yalvarışla xahiş etdi. Yola düşəndə L. Umudov zəng etdi. Şirvanda olduğumuzu, Minbaşı kəndində bir evə baxış keçirəndən sonra gələcəyimizi dedi Nəsrulla əmi. Əli müəllim xahiş etdi ki, Minbaşı kəndinə getməyin. Mən, eləcə də Aqil əmi baxışı sonraya saxlamağı xahiş etdik.
Maşın Minbaşı kəndinə dönəndə bir xarici ağ maşınlı dolu bədənli bir şəxsin bizi izlədiyini sezdim. Oqtay müəllim Aqil əmi ilə məni yol kənarında düşürdüb, evə baxış keçirib qayıdınca həmin izləyən yoğun kişi 2 dəfə o baş-bu başa getdi-gəldi. Qayıdanda müəllimdən kənd sakinləri Priverdi adlı qırmızı “07 maşın” (jiquli) sahibi və Hökmən adlı kənd sakinləri onların da evinə baxış keçirməsini istədilər, daha 3 nəfər kənd sakini gəldi.
Həmin bizi izləyən ağ maşınlı şəxs maşınından düşüb bizə hədə gəldi. “Sizə kim icazə verib ki, mənim kəndimə girmisiz, bu saat polisi çağırmışam, 3 nəfər nəşəxoru üzünüzə durdurub sizi içəri soxduracam.” 5 dəqiqə sonra polis maşını bizi saxladı:”Siz kimsiz kəndə daxil olmusuz?” Özünü təqdim etdi: ”Polis majoru Cəfərov, bizimlə şöbəyə getməlisiz.” Hökmən adlı kənd sakini (öyrəndik ki, adı Ruhulladır) dedi: ”Bu insanlar ziyalı adamlardır, anam qoca arvaddır, gözü tutulub, evi uçur, bunlar bizim dərdlərimizi dövlət rəhbərlərinə çatdırmağa gəliblər.” Ruhulla polislərə işarə edib: ”Bunlar qələt edib bura gəliblər, aparın bunları.”
Priverdi adlı sakin Ruhullaya əsəbiləşdi: ”O, sözü özünə aid elə, bunlar qonaqdırlar, 500 hektar torpağı mənimsəyib, nəşə əkirsən, gələn yardım, kompensasiyaları qohum-əqrabalarına vermisən, biz də insanıq.” Ruhulla çox sakit: ”Əcəb eləmişəm, əlimin içindən gəlib, hara şikayət edirsiz edin” deyəndə, Oqtay müəllim ona gülümsədi: ”Siz qonağı belə qarşılayırsız, bu kənd sizə məxsus deyil axı, bu insanlar prezidentə, FHN və “Kür”ə müraciət etsinlər, biz onların problemini FHN-yə çatdırarıq” – dedi.
Kənd sakinləri dedilər :”Heyvanlarımız məhv oldu, ağaclarımız yandı, evlərimiz qəzalıdır, bizə stress pulu verməyiblər”, Oqtay müəllim heyrətlə: ”Sizə kim stress pulu deyibsə, sizi təxribata çəkib. Siz prezidentin 19 may 2012-ci il tarixli Sərəncamını, Nazirlər Kabinetinin 197c saylı sərəncamını oxuyun, mən stress pulu haqda eşitməmişəm.” Kənd sakinlərinə “Kür-Araz” jurnalı, “Kür” Vətəndaş Cəmiyyətinin kalendarını payladı. Polis tələb etdi ki, Qaragüney polis idarəsinə gedək. Bizi ora apardılar. Oqtay, Nəsrula müəllimləri idarəyə apardılar, Aqil ağsaqqalla mən polis həyətində gözlədik. 5 dəqiqə sonra Sabirabad RİH-nin ərazi idarəetmə şöbə rəisi hesab edilən keçəl və şıq geyinmiş bir şəxs gəldi. Bazar günü olmasına baxmayaraq, 40 dəqiqəlik yolu 5 dəqiqəyə necə gəlmişdi. O, həyətə düşən kimi, bizi polislərə göstərib: ”Bu julikləri mənim ərazimə kim buraxıb, bunları da içəri basın” – dedi. Mən ona:”Baban yaşında ağsaqqalı, nüfuzlu kişini təhqir etməkdən utanmadın, heç olmasa vəzifəndən utan” – dedim.
O, nə fikirləşdisə polis idarəsinin qarşısında durub bizi süzdü: ”Aqil əminin sifətindəki nurdan utanan kimi, qorxdu və içəri keçdi. Qaragüney polisindən Sabirabad RPŞ –yə aparılarkən Oqtay müəllim, həmin kişinin Nəsrulla müəllimi və onu təhqir etdiyini bildirdi. Bunlar feodal üsulu ilə işləyir. Bizi bu cür təhqir ediblərsə, gör milləti necə məhv edib, olkədən qovurlar. Bu ibtidai icma təfəkkürlü, savadsız insanlar məmur dəzəbəyliyi ilə milləti vətəndaş müharibəsinə sürükləyirlər. Rus, fars, erməni də bunu istəyir. Bunlar xalqı cahil, əsir, girov kimi görmək istəyirlər, cahil insanları idarə etmək çətin deyil” – dedi və “Turan” İnformasiya Agentliyinin rəhbəri, “Kür”ün digər koordinatoru Mehman Əliyevə məlumat verdi: ”İnsanlar köməksiz vəziyyətdədir, insanların diqqətə, dəstəyə ehtiyacı var. “Kür” Cəmiyyəti insanların ictimai vəkili olub və olacaq. Biz regionun sosial iqtisadi inkişafı üçün İqtisadi Proqramını hazırlayıb həyata keçirilməsinə çalışmalı, dövlətin qəbul etdiyi qərarlar barədə insanları bilgiləndirməli, aidiyyatı qurumları, FHN-i məlumatlandırmalıyıq”-dedi.
“Biz buna görədə Minbaşıya gəldik, amma bizi təhqirlə qarşılayanlar sübut etdilər ki, onlar cəngəllik qanunları ilə işləyir, işləyəcəklər. Bizim insanlarımız layiqli yaşamağa haqlıdır, bu bizim məqsədimiz olmalıdır” – dedi.
Mən ona dedim ki: ”Bu gün bazar günüdür, hakimiyyətin başı yerli məmurlar İP-in mitinqini izləyir, amma bizim kəndə gələcəyimizi bələdiyə sədri, polis, RİH məmuru haradan bilirdi. Mən belə düşünürəm ki, bunlar səni həbs etməyə 07 yanvar 2012–ci il, 28 fevral 2012-ci il tarixli “Kür”ün forumundan qisas hissi ilə alışıb-yanırlar. Forumda Sabirabad əhalisi KİV, QHT, FHN və RİH məmurlarının gözü qarşısında rəhbərliyi korrupsiyada, rüşvətdə ittiham ediblər. Bu ittihama görə səbəbkar RİH və RPŞ Kürü bilir, ona görə də onlar tamam hazırlıqdadır, Ruhulla elə-belə demədi: ”Üzünə 3 nəşəxor durğuzacağam, sizi içəri soxduracam.” Ruhullanın arxasında Nazirlər Kabinetində işləyən yüksəkçinli məmur durur, sözsüz ki, o, 500 hektar torpağı elə-belə zəbt edib əkmir. Kənd camaatı bəlkə haqlıdır, o nəşə əkdirir, ona görə də var gücü ilə bizi onu ifşa etdirdiyimizə görə həbsə çalışacaq. Həm də Sabirabad RİH və RPŞ onu bizi izləməyə hazır edib. Yaxşı onlar 40 dəqiqənin içində Şirvandan yola düşəndə öyrəndilər ki, biz Minbaşıya girəcəyik” – dedim.
Sabirabad RPŞ-yə çatanda Oqtay müəllimi içəri apardılar, həmin 5 dəqiqə sonra kəndin bələdiyyəsi Ruhulla da, bizi izlədiyi maşınla gəldi, RPŞ binasına keçdi. 1 saat keçdi. Mən tam haqlı idim, Oqtay bəyi saxlamışdılar.
Nəsrulla, Aqil ağsaqqalları Bakıya yola saldım. Saat 19:10-a qədər Oqtay müəllimin maşınında gözlədim. 19:15-də Saatlıdan gələn şəxslər məni əvəzlədilər, səhərdən dilimizə heç nə dəyməmişdi, yalnız Şirvanda çay içmişdik.
Biz Oqtayın saxlandığına əmin olanda sonra, maşının açarını istədik, vermədilər. Gecə saat 00:30-da İmişlidə idim.
Minbaşı kəndində də, Qaragüney polisində də təhqir, təhdid olunan bizik. Oqtay Gülalıyev onların əməllərini ifşa etdiyi üçün ya öldürülməli, ya həbs edilməli idi ki, onu da etdilər”.
Güləliyevi təqib edən belə üsullarla şərləyənlərdən biri də Çingiz Qənizadədir.
Ç. Qənizadə 15 mart 2012-ci il saat 16 ərəfələri O. Gülalıyevin mobil telefonuna zəng edəndə ikimiz də maşın arxasında oturmuşduq: ”Oqtay müəllim, eşitdim İmişlidənsiz, o, iki qardaşlar Davud, Məhbub Zülfüqarlıdan uzaq gəz, o, (ünvanımıza ağlagəlməz təhqir işlədir) qardaşlar Əbülfəz müəllimdən prezidentə şikayət edib. Əbülfəz müəllim ziyalı, yaxşı insandır. O, (təhqir işlədir) qardaşlar unudur ki, prezident İmişliyə daha pis başçı göndərəcək. İndi Gürcüstandayam. Qayıdıb o qardaşların ağzını (təhqir) cıracağam, sən onlardan aralan, biz dostuq” – dedi.
O. Gülalıyev ona təhqir etməməyi, yanıldığını bildirdi. 19 mart 2012-ci il Ç. Qənizadə KİV-lərə O. Güləliyevi İmişliləri üsyana çağırışda ittiham etdi, müxalifətçilərlə oturub durmaqda şərlədi. O, unutdu ki, qardaşım Davud BAXCP rəsmisidir, mən siyasətlə artıq məşğul olmuram. O. Gülalıyev aclıq aksiyası keçirən şəhid ailələri, müharibə veteranları və YAP-çıları aksiyaları dayandırması xahişini İmişli RİH-nın əməkdaş, aparıcı fiqurlarının yanında Şahin Əzizov, Mirzə müəllim, Çingiz Balayev, Fəxrəddin müəllimin yanında edib, o aclıq aksiyası edənlərin ictimai vəkilliyini “Kür”ün üzərinə götürüb, bunu 22 noyabr 1992-ci ildə Heydər Əliyevlə 20 il əvvəl Naxçıvanda görüşmüş, YAP-çı fiqur Zeynəb xanım Həsənova YAP-çı Xudaş, YAP fəalı, şəhid ailəsi Bəxtiyar Qəhrəmanov təsdiq edə bilərlər, Oqtay müəllimin həbsini pisləyən bəyanat da yayıblar.
Sonda yalnız bir cümləni deyirəm: Oqtay Gülalıyev həbs olunmalı deyil, mükafatlandırılmalıdır”.
Bütün tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|