Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                 

“YEDDİ GÖZƏL” ŞƏLALƏSİ PULLU OLACAQ?
Tarix: 18-04-2012, 13:01 | Çap et
“YEDDİ GÖZƏL” ŞƏLALƏSİ PULLU OLACAQ?

VƏ YA QƏBƏLƏLİ KAKADUNUN TARİXÇƏSİ

Tarixi və təbii yerlərin özəlləşdirilməsi qanunla qadağandır. Lakin Azərbaycanda bir çox digər qanunlar kimi, bu qanun da işləmir.
Bu acı həqiqətlər Euronews və CNN-də saysız-hesabsız reklamları, turizm ili, ekologiya ili elan edilməsi və ölkədə istirahət üçün cəlbedici və geniş imkanlar haqqında digər şüarları məhv edir.
Bunu yəqin etmək üçün turizm sahəsində ən uğurlu layihələrdən biri kimi təqdim edilən hakimiyyətin sevimli məskəni - Qəbələdəki vəziyyətlə tanış olmaq kifayətdir.
Bu rayonda qiymətlər nəinki xəyaldan keçmir, heç xəyal belə gəlməz. Deyək ki, ürəyiniz zoğal və ya böyürtkən mürəbbəsi ilə (yerli meşələrdə bu bitkilərdən boldur) çay istədi, yerinə görə sizdən 20-25 manat alacaqlar. Bakıda nüfuzlu bir restoranda bu qiymət insanı təəccübləndirməyə bilər, amma burada, meşənin və dağların arasında isə?...
Həm də bu müəssisələrin adları ya Karib ekzotikasını, ya Kuba qumarxanalarını xatırladır – “Kakadu”. “Fil”, “Qırmızı əjdaha”, “Qu quşu” və s. Lakin bütün xidmətlərin qiyməti Karib adalarında olduğundan dəfələrlə bahadır (hələ sosialist Kubasını demirəm). Məsələn, sıradan olan otellərdə birnəfərlik nömrənin qiyməti 70 manatdan başlayır. Hakimiyyətin və bu rayonun hamisi FHN rəhbərinin qurur mənbəyi olan “Qafqaz Resort” və “Riversayd” otellərinə gəlincə, burada otaqların qiyməti 2-3 dəfə bahadır, hətta günü 1000 manata olan kotteclər var.
Bu qiymətlər Manhettendə və ya London sitidə, yaxud Parisdə mümkün
ola bilər, amma Qəbələdə...
Başçılarımızın bənzəməyə çalışdıqları İsveçrə ilə müqayisə aparsaq, bu ölkədə bütün kateqoriyadan olan insanlar – zənginlər və orta imkanlılar üçün turizm var. Məsələn, elə vaxtlar olur ki, turistləri bilərəkdən aşağı qiymətlərlə cəlb edirlər ki, otel boş qalmasın. Bu dövrdə İsveçrənin dağ kurortunda istirahət bizim üçün gülməli qiymətə - adambaşına bir həftəlik yaşayış 170-200 avroya başa gələ bilər. Britaniyalı tanışım ötən qışda bir ailə üzvü üçün məhz bu qədər ödəyib. Qəbələdəki 4 ulduzlu oteldə bir günü 25-30 avroya qalmaq olar?...
Yarım saat gözləmək məcburiyyətində qalmağını, kənd uşaqlarının servis səviyyəsini də nəzərə alsaq, daha adamda iştah qalmaz.
Yerli restoranlarda nahar və ya şam yeməyi yeməyə risk etsəniz sizə müxtəliflik olaraq ayı, qaban əti, habelə dağkeçisi, cüyür və s. kimi nadir heyvanların ətini təklif edə bilərlər. Ancaq bu ekzotikanın qiyməti ayrı bir məsələdir. Amma hətta hansısa yerli ədviyyatlarla hazırlanmış adi kabab belə qiymətinə görə fua-qra kimi məzəyə bənzəyəcək.
Bütün bu qiymət ekstremizmi sıravi vətəndaşlardan yan keçmir. Belə ki, “Vedrə bazarı” adlı ilk bazarda yerli alma və armudları sizə Bakıdakından 30% baha sırıyacaqlar. Mürəbbə, şirə və ya bunun kimi başqa bir şey almaq istəsəniz, qiymət Təzə Bazardakından 50-100% baha olacaq. (Məsələn, məşhur Qızıl Əhməd almasını Bakıda daha ucuz ala bilərsiniz).
Bu zaman satıcılar uşaqlarının canına and içəcəklər ki, almaları və armudları öz həyətlərindən yeni toplayıblar və plastmas vedrəni sizə hədiyyə edirlər.
Lakin evə gəldiyinizdə vedrənin altındakı meyvələrin yarısının çürük, çəkisinə görə isə çəki ilə ala biləcəyinizdən çox-çox baha olduğunu anlayacaqsınız.
Burada başqa hər şeyin qiyməti də analojidir, hətta paytaxtda olduğundan bahalıdır.
Belə bir fikir yarana bilər ki, bu, güclü iqtisadi inkişafın göstəricisi və bazarın təsiridir, yəni, qiymətlər yüksək tələbatın nəticəsidir. Təəssüf ki, səbəb bu deyil. Artıq bir neçə ildir rayona FHN rəhbərinin özəl investisiyaları ilə “Qəbələ klassik musiqi festivalı”, Oğuz-Qəbələ-Bakı su kəməri tikintisi, beynəlxalq hava limanının və ya növbəti dağ-xizək kurortunun tikintisi kimi iri məbləğdə pullar axır.
Hətta “iqtisadiyyatın belə güclü inkişafı” ilk baxışdan anlaşılmaz olan bəzi qəribəliklər aşkara çıxarıb. Belə ki, bu yaxınlarda tikilmiş meyvə şirəsi zavodu (məşhur Jalə) yerli olmayan meyvələrdən məhsul istehsal edir. Daha doğrusu istehsal edir, amma məhdud miqdarda.
Əsas məhsul İndoneziyada alınan meyvə konsentratlarıdır. Niyə deyə
Soruşacaqsınız? Özünüz hesablayın: 1 litr alma şirəsi hazırlamaq üçün ən azı 2-2,5 kq alma lazımdır. 1 kq yerli almanın topdan qiyməti 70-80 qəpik, bəzilərinki isə 1 manatdır. Belə olan halda bir litr alma şirəsinin maya dəyəri 1,5 manat olar, o isə 90 qəpiyə satılır!
Nar, armud və bütün digər şirələr də eynilə. Doğrudur, Qəbələ festivalı günlərində London simfonik orkestri və digər mühüm qonaqlar beşulduzlu otellərdə qalarkən bu otellərin restoranlarına təbii şirələr verilir...
Turizm sahəsini “dəstəkləmək” və investisiyaları doğrultmaq, yay mövsümündə turizmin uğurla inkişaf etdiyini sübut etmək üçün gömrük, vergi orqanları, FHN əməkdaşları mütləq ailələri ilə rayondakı ən bahalı otellərə getmək, əslində isə Qəbələnin əlverişli və məşhur olduğunu təsdiq etmək göstərişi alırlar.
Hətta bir dəfə sözügedən otellərə yol çəkilişini vaxtında tamamlamaq üçün gömrük xidmətinin hər bir əməkdaşına Qəbələyə bir yük maşını asfalt
göndərilməsini ödəmək tapşırılmışdı.
Bu “bolluğu” görən yerli əhali başını və gerçəklik hissini itirir. İndi də icra hakimiyyətinin Vandam qəsəbəsindəki nümayəndəsinin şəxsində bir yerli xadimin ağlına təbii obyekt olan “Yeddi gözəl” şəlaləsini özəlləşdirmək kimi “dahi ideya” gəlib.
Bu ildən etibarən şəlalənin girişində kordon qoyulub. Burada bir neçə gənc turistlərdən keçib şəlaləyə baxmaq üçün ödəniş tələb edir! Ölkə qanunvericiliyinə əsasən, təbiət obyektləri özəlləşdirilə bilməz və ümumi və sərbəst istifadə obyektidir. Amma, görünür, bütün bunlar Qəbələyə aid deyil.
Brakonyerlərin, restoranların qəfəslərində vəhşi heyvanların qanunsuz
saxlanması haqda məruzə etməyi sevən Ekologiya Naziri nədənsə bu
əcaib qanun pozuntusunu və təbii obyektdən hüquqazidd istifadəni görmür.
Milyonlarla qiyməti olan villaların abadlaşdırılmasına və tikintisinə böyük pullar xərcləyən rayon sahibləri bu nadir şəlalənin turistlər üçün əlçatan olmasına, səliqə-sahmana salınmasına özləri də vəsait ayıra bilərdilər. Amma, görünür, onların daha vacib işləri var.
Bu sətirlərin müəllifi bir həftə əvvəl bu şəlaləyə çıxaraq, onun şəklini çəkməyə müvəffəq olub.
Qarların əriməsilə yeddiqayalı şəlalədə (şəlalənin adı bununla bağlıdır) suyun güclənməsi bu günlərdə mənzərə xüsusilə xoş təsir bağışlayır. Şəlalənin ümumi yüksəkliyi 60-70 metrdir, hər pilləsi isə 5-12 metr arasında dəyişir.
Lakin bütün bu gözəllik də rayonun özü kimi, Batumi, Krım və hətta Türkiyədə istirahəti daha ucuz və rahat sayan turistlərin əksəriyyəti üçün əlçatmaz ola bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru