İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                 

“KAMAZ” SÜRÜCÜSÜ İŞDƏN ÇIXARILDI
Tarix: 15-04-2012, 12:52 | Çap et
“KAMAZ” SÜRÜCÜSÜ İŞDƏN ÇIXARILDI

O, SAATLIDA PEŞƏ LİTSEYİNİ YÖNƏLDİRMİŞ

Saatlı peşə lseyinin direktoru Şahin Rəşidovun ixtisasca "Kamaz" sürücüsü və sonradan hansı yollarlasa saxta diplom alaraq guya Azərbaycan dili və ədəbiyyatı müəllimi olmasını iddia etməsi barədə məqalə dərc olunmuşdu.

Bu günlərdə redaksiyaya daxil olmuş şikayət məktubunu araşdırmaq qərarına gəldik. Saatlı peşə liseyində çalışan və hələki adının çəkilməsini istəməyən mənbəmiz israrla xahiş edirdi ki, bu şikayəti yalnız araşdırdıqdan sonra dərc etməyə də razıdır. O, məktubunda Ş.Rəşidovun hədsiz dərəcədə savadsız olmasını qeyd edərək, həm də bunun onun diplomunun saxta olmasını təsdiqlədiyini bildirirdi: "...Bir də ki, Saatlıda onu yaxından tanıyanlar da çox yaxşı bilirlər ki, Şahin Rəşidov heç bir ali məktəbdə təhsil almayıb. Hətta ondan hansı İnstitutu və ya Universiteti bitirdiyini soruşduqda heç bir cavab vermirdi. Maraqlıdır ki, nə Şahin Rəşidovu bu vəzifəyə təqdim edən rayon rəhbərliyi, Azərbaycan Təhsil Nazirliyi onun diplomunun saxta olduğunu "bilməyiblər". Sonradan Ş.Rəşidov bu "görməməzliyin" səbəbini özü açıqlamışdı. Hər yerdə deyirdi ki, bu vəzifəyə təyin olunan zaman nə az, nə çox, düz altımış min manat xərci çıxıb. özünün deməsinə görə, guya bu məbləğin 40 min manatını rayon rəhbərliyinə, 20 min manatını isə Təhsil Nazirliyinin peşə təhsilinə nəzarət edən idarə rəisinə çatdırılıb. Onun diplomunun saxta olmasının görməməzliyə vurulması isə dediklərində həqiqət nə dərəcədə olmasından xəbər verirdi..."

Saatlı Təhsil Şöbəsininmüdiri Şamil Nurəliyev görüşdən niyə qaçırdı?

Məsələ ilə bağlı əvvəlcə Saatlı rayon TŞ-nin müdiri Şamil Nurəliyevin telefonuna zəng etdim. Məqsədim bu idi ki, onunla görüşərək məktubdakı çoxsaylı problemlərə birlikdə aydınlıq gətirək. Dəfələrlə etdiyim zəngə Şamil Nurəliyev cavab vermədi. Nəhayət, bağlı telefon nömrəsindən ona zəng etdim. Bu dəfə deyəsən, "yalançı tamahkarı aldatmışdı". Şamil müəllim telefonunu açdı (Maraqlıdır ki, o, telefonunu elə mesaj xidmətinə yönəldib ki, nə vaxt zəng edirsən, telefonun çağırdığı hiss olunmur. Amma zəng edən nabələd abonent elə bilir ki, telefona dalğa çatmır, ona görə də susur). Şamil müəllim salamlaşıb mətləbə keçdi:

- Kimdir?

Adımı deyirəm və jurnalist olduğumu bildirirəm... Redaksiyaya daxil olmuş şikayət məktubu ilə bağlı rayona gəlmək istədiyimi onun diqqətinə çatdırıram... O, isə tələm-tələsik: - İndi rayona komissiya gəlib, olimpiada keçirilir, odur ki, vəziyyət belədir... özün bil, gəlsən, ola bilər ki, məni tapa bilməyəcəksən...

- Narahat olmayın, harada olsanız, taparam, sadəcə, mobil telefonunuzu açıq saxlayıb mənim nömrəmə cavab verin...

- Baxarıq... Gözləyirəm...

Şöbə müdirinin dilxor səsini hiss edirəm. Amma məktub müəllifinin israrlı xahişi də gözümün qabağına gəlir.

Təsadüfən həmin günlərdə Saatlının mərkəzində bir qanunsuz lotoxana mövcudluğu barədə də şikayət məktubu dərc olunmuşdu və Saatlı RPŞ-dən zəng edərək əməkdaşımızı rayona dəvət etmişdilər. Odur ki, "bir gülləyə iki dovşan" məsəlini xatırlayıb rayona ezam edildim...

Qurbanəli bəy və Şamil Nurəliyevin yoxa çıxması...

Təbii ki, Saatlıya çatan kimi əvvəlcə lotoxanadan yazan şikayətçi-Saatlı Veteranlar Şurasının sədri Əlağa Qurbanovla görüşdüm, sonra Saatlı RPŞ-nin rəis müavini ilə danışdım, daha sonra isə digər aidiyyəti şəxslərlə birgə adı çəkilən lotoxanaya baş çəkdim. Fakt təsdiqinii tapmışdı və dərhal da tədbir də görülmüşdü.

Sonra vaxtdan səmərəli istifadə edərək, Şamil Nurəliyevi axtarmağa başladım. Şamil müəllim etdiyim onlarla zənglərə cavab vermədi. Nəhayət, kor-peşiman Bakıya qayıtdım. Düşündük ki, yəqin başı çox qarışıq olub. Amma sonradan öyrəndim ki, mən hər dəfə zəng edəndə o, yanındakılara deyirmiş ki, hə, zəng elə, bu saat cavab verəcəm, deyib gülürmüş.

Amma, əslində, biz gülüş hədəfi deyildik, onun hərəkəti gülüş doğuracaq qədər qeyri-ciddi hərəkət idi. Sonra da deyirlər ki, qəzet "Jurnalistlərin peşə kodeksinə" əməl etməlidir. Əgər barəsində şikayət ediləndə adamlıq yoxdursa və o, özünü məmur kimi aparmırsa, yalan danışırsa, vəd verib jurnalisti rayona dəvət edirsə və sonra Qurbənəli bəy kimi yoxa çıxırsa, bu binəva jurnalist neyləsin? Hansı ki, həmin gün Saatlıya redaksiyanın hesabına ezam edilmişdim və bir vacib tədbirimi təxirə salmışdım.

Şamil Nurəliyev hələ də telefona cavab vermir

Sonradan yenə də Şamil Nurəliyevə zəng etdim. Onun susmağı razılıq əlaməti kimi qəbul edilmirmi? Odur ki, bu dəfə Saatlıya gedərək mədəniyyət sahəsindən, xüsusən də Saatlı Mədəniyyət və Turizm İdarəsinin, Saatlı Mədəniyyət Sarayının direktorunun, rayondakı kənd klubları və mədəniyyət evləri, kitabxanaların vəziyyəti barədə daxil olmuş şikayətləri araşdırmaqdan əlavə, həm də Şamil Nurəliyevin rəhbəri olduğu rayon təhsil şöbəsinin fəaliyyətinə aid bəzi məsələləri yenidən araşdırmalı oldum.

Rayon sakinləri və məlumatlı mənbə ilə apardığımız söhbətlərdən maraqlı faktlar aşkarladıq.

Saxta diplomun sonu

Beləliklə, əvvəlcə başlayaq Saatlı peşə liseyinin direktoru Ş.Rəşidovun peşə liseyinə vurduğu ağır zərbə barədə. Söhbət etdiyimiz rayon sakinləri və peşə liseyinin məlumatlı nümayəndəsi bildirdi ki, direktorun liseyə vurduğu zərbə heç vaxt sağalmayacaq: "...O, liseyin nadir texniki avadnlıqlarını, bu gün heç bir yerdə tapılmayan dəzgahlarını şökdürüb metaləritmə zavodlarına göndərdi. Onun bu söküntüsünə etiraz edənlərə isə deyirdi ki. direktor təyin olunanda bir ətək pul vermişəm. Bəs onu necə çıxarmalıyam? Məni təsdiq edəndə dedilər ki, sənə pulunu çıxarmağa şərait yardacağıq. Bu gün Azərbaycanda təhsilin inkişafından ağızdolusu danışan Təhsil Nazirliyinin rəhbərliyi buyurub gəlsin Saatlı rayonuna və görsünlər ki, "Kamaz" srücüsü peşə liseyini nə günə qoyub. Məktəbin satılmamış quru divarları qalıb. Hətta peşə liseynin bütün texnikası da satılıb. Görəsən şagirdlər peşələrə necə yiyələnirlər? Biz kimi aldadırıq? Təəccüblüdür ki, peşə liseyinin bu kökə salınmasına şərait yaradan Təhsil Nazirliyinin məsul işçisi haqqında bu vaxta tədbir görülməyib? Həmçinin Saatlı təhsil şöbəsinin müdiri Şamil Nurəliyevin barəsində də. Qəzetinizi izləyirik və görürük ki, yazınıza hətta Respublikanın Baş Prokurorluğu da reaksiya verir. Bu məsələni Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi səviyyəsində qaldırın, qoy tədbir görsünlər...".

"Təzadlar"ın yazısı təsdiqini tapdı

Həmsöhbətimiz olan rayon sakinləri daha bir maraqlı məsələyə toxundular: "Sağ olun ki, məhz "Təzadlar"da dərc olunan məqalədən sonra Saatlı peşə liseyinin direktoru Şahin Rəşidovun diplomunun saxta olduğu üzə çıxdı və o, tutduğu vəzifəsindən azad edildi. Ş.Rəşidovun deməsinə görə, bu yovxamalarda külli miqdarda xərci çıxıb. Yoxlamaya gələnlər deyiblər ki, sənin diplomunun saxta olmasının üstünü açsaq, haqqında cinayət işi açılacaq. Ona görə də bu işin üstünu açıb-ağartmırıq... Get başını aşağı salıb işinlə məşğul ol..."

Şahin Rəşidov saxta diplomu haradan almışdır?

Sən demə, bu "ali təhsil müəssisəsinin" ünvanını da Şahin "müəllim" özü açıqlayıb: "O, liseydə dəfələrlə özü deyirdi ki, bu diplomun alınmasında Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin rolu və vasitəçiliyi böyük olub. Şamil müəllim diplomu adını açıqlamadığı Təhsil Nazirliyinin vəzifəli işçilərindən birinin köməkliyi ilə aldığını deyib... Saxta diplomu Şahin Rəşidova verəndə deyib ki, qorxma, bunun arxasında Təhsil Nazirliyinin filan vəzifəli şəxsi dayanıb (Biz həmin məmurun adını açıqlaya bilmədik. çünki özünün buna münasibətini öyrənmək lazım gəldi. Red.). Onu da deyib ki, Saatlıda təkcə səndə deyil ki! Bu işin üstü açılanda isə Şahin Rəşidov diplom alarkən Şamil müəllimə verdiyi şirinliyi ala bilib. "Yenidənhazırlanma və İxtisasartırma" adı ilə Saatlıda xeyli müəllimə belə diplomlar verilib. Qiyməti də 2 min manata. İndi Şamil müəllimin "Yenidənhazırlanma və İxtisasartırma" "İnstitutunun" müəllimlərinə rayonun əksər məktəblərində rast gəlmək mümkündür. Rus dili müəllimi çönüb olub ingilis dili müəllimi. Həmin ingilis dili "müəllimi" bu dildə 10-15 söz bilə, ya bilməyə. Onları da qol-qabırğasını qıra-qıra deyir. Hələ digər fənlərdən Azərbaycan dili və ədəbiyyatı müəlliminə çönənlərini demirik. Belə müəllimlər Azərbaycan dili və ədəbiyyatdan ən sadə sualların cavablarını belə bilmirlər. Görəsən onlar şagirdlərə nə öyrədirlər? Xülasə, Şamil müəllimin diplom satdığı müəllimlər "təhsil aldıqları" ali məktəbin harada yerləşdiyini də bilmirlər. çünki oxumayıblar. Onlar deyirlər ki, bizim təhsil aldığımız universitet Saatlı rayonunda yerləşir, rektoru da Şamil Nurəliyevdir..."

Şamil Nurəliyev Misir Mərdanovun qərarının əleyhinə

Rayonda olarkən daha bir maraqlı məsələni də bizə bildirdilər. Məlum olur ki, Şamil Nurəliyev Təhsil Nazirliyindən xəbərsiz direktor və müəllim təyin edir... Məsələn, Saatlının Əzizbəyov adına şəhər orta məktəbinin direktoru neçə illərdir ki, Şamil müəllimin əmri ilə işləyir. Rayonun Qara Nuru kənd tam orta, Dədə Qorqud və digər kəndlərində diplomu olmayanlar, heç bir təhsil müəssisəsini bitirməyənlər pedaqoji kollektivin üzvləridir. Bunun səbəbini yalnız təhsil şöbəsinin müdiri Şamil Nurəliyev bilir. Belə "müəllimlər" nəyin hesabına işə girib, bunu müdirin özü yaxşı bilir... Buna görə də Saatlı təhsilində özbaşınalıq barədə nə yazmısınızsa, hamısı doğrudur...".

***

Rayonda olanda şikayət məktubundakı digər məsələlərə də aydınlıq gətirdim, bəzi araşdırmalarımı davam etdirdim... Bu barədə növbəti yazılarımda bəhs ediləcək.

Nəhayət, Bakıya qayıtmaq məqamında yenə də ürəyim dözmədi, vicdanımın səsi ilə Şamil Nurəliyevlə görüşmək üçün bir daha Saatlı Təhsil Şöbəsinə baş çəkdim. Düzdür, jurnalist olduğumu gizlətdim, çünki jurnalist deyəndə ağına-bozuna, kimliyinə baxmadan elə bil "qutuda ilan" görürlər. Odur ki, Şamil müəllimin katibəsindən Qara Nuru kəndindən gəldiyimi deyib xəbər aldım. Dedilər ki, sabah gəlin, guya yanında nazirlikdən adam var... Və guya mən adam deyildim... Sonra yenidən sonuncu addımı da atdım və Şamil müəllimin hər iki mobil nömrəsinə zəng etdim. Yenə də daşdan səs çıxdı, bu telefonlardan yox...

Mövzuya qayıdacağam. / “Tezadlar” /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru