Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                 

"ELƏ BİL Kİ, MƏN KİŞİ ACIYAM, NƏYƏM"
Tarix: 15-04-2012, 11:59 | Çap et
"ELƏ BİL Kİ, MƏN KİŞİ ACIYAM, NƏYƏM"

“AZƏRBAYCAN DİLİNDƏ ELƏ DƏ SƏRBƏST DANIŞMIRAM”

Həyat olumdan ölümə doğru yüksələn bir pillədir. İnsan anadan olduğu andan bəri bu pillələrlə özü də bilmədiyi istiqamətə doğru irəliləməyə başlayır. Bu uzun yolda zaman-zaman çiyinlərimizə ağır yüklər qoyulur və biz yüksəldikcə öz yükümüzü də daşımalı oluruq. Kiminin qismətinə kələ-kötür, kirli-paslı pillələr düşür, kimininsə hamar və parlaq dayanacaqlar. Xoşbəxt o kəsdir ki, hər bir dayanacaqda ayaq saxlayaraq, geriyə boylana və nəticə çıxara bilsin. Eyni zamanda qarşıdakı pillələri təmizləyə-təmizləyə, badalaqları adlayaraq yüksəkliyə doğru irəliləsin. Onda yükümüz yüngül olar, yolumuz hamar və yüksəkliyə çatdıqda başımız hərlənməz.

Bugünkü qonağım adı da özü qədər gözəl olan, "Lider" televiziyasının "Qızıl pillə" verilişinin aparıcısı Adıgözəlova Zemfiradır.

- Təqdimata ehtiyaca olmayan Zemfira xanım özünü oxucularımıza necə təqdim edərdi?

- Sadəcə «Qızıl pillə»nin aparıcısı Zemfira.

- Necə oldu ki, televiziya sahəsində çalışmağa başladınız?

- Mən hələ İncəsənət Universitetinin 2-ci kursunda oxuyanda işləməyə başladım. O vaxt «Sara» radio-televiziyası var idi. Ora təcrübə toplamağa getdim. Sonralar AzTV-də rejissor kimi çalışdım. Daha sonra isə hal-hazırda çalışdığım «Lider» TV-yə keçdim. Elə sənətim də rejissordur. Həm də bir veriliş var idi - «Rəqs atlası», onun aparıcısı idim. «Lider» TV-yə rejissor kimi gəlmişdim. Öncə digər verilişlərdə rejissor, sonra «Qızıl pillə»nin ideya müəllifi və rejissoru kimi birinci ili, ikinci ili artıq həm rejissor, həm aparıcısı kimi fəaliyyətimə davam etdim.

- Bu gün yetərincə populyar aparıcı olan Zemfira xanım inanırdımı ki, nə vaxtsa populyar aparıcı olacaq?

- İnanırdı deyəndə ki, əslində, populyar aktrisa olmaq fikrimdən daha çox keçirdi, nəinki aparıcı. Çünki mən teatr rejissorluğunu bitirmişəm və tələbəlik illərində tamaşalarda oynamışam. Çox da uğurlu olurdu. Rəhmətlik Firdovsi müəllim deyərdi ki, sən televiziyaya getmə, çünki o balaca qutu sənin imkanlarını məhdudlaşdıracaq, teatra, kinoya get.

- Zemfira xanımın o biri həmkarları ilə oxşar və fərqli cəhətləri nədir?

- Məni fərqləndirən bir çox şeylər var. Ən birincisi, mənə məxsus saçlarım, sonra ürəkli olmağım, riski sevməyim, özünəməxsus və belə deyək də, standartlardan kənar cazibəm var. Çox təriflədim, deyəsən, özümü, amma düz deyirəm də. Oxşar cəhət isə görmürəm. Əksinə, bir çoxları artıq məni təkrarlayır geyimimdə, danışıq tərzimdə. Çox adam zəng vurur mənə. Deyir bunları, özüm də görürəm ki, düz deyirlər.

- Nəyə görə bir çox kanallar içində «Lider» kanalını seçdiniz?

- Hələ «Lider» TV-yə gəlməmişdən öncə bu kanala simpatiyam var idi. Mən AzTV-dən gedəndən sonra bir neçə yerdən təklif gəlmişdi, getmədim, «Lider»i gözlədim və o kanala gəldim. Əslində, mən bu TV-yə o məqsədlə gəlməmişəm ki, burda nə isə sərbəst mövzular edim, heç bu fikir başımdan belə keçmirdi. Nə bilim, məncə, yox, başqalarında alınmazdı. Bilmirəm, necə alındı.

- Bir çoxları sizi seksi Zema adlandırırlar. Hətta verilişin musiqi tərtibatında da bu sözlər səslənir. Buna münasibətiniz necədir?

- Seksi Zema deyəndə əvvəllər bir az birtəhər olurdum, səksəkəli gəlirdi mənə. Nəsə öyrəşməmişdim, sonra öyrəşdim. Daha sonra isə dedilər ki, sən demə, o adı qazanmağı bir neçə aparıcı istəyib.

- Özündənrazı həmkarlarınıza sözünüz varmı?

- Yox, mənim heç kimlə işim yoxdur. Özündənrazı olmaq üçün ən azı böyük işlər görməlisən. Gərək ölkədən kənar ölkən üçün nə isə edəsən, onda hardasa bunu başa düşmək olar. Bilirsiniz, kimsə özündənrazı ola bilər, amma qədərində. Biz balaca bir şəhərdə yaşayırıq, burada çox da göylərlə uçmaq olmur, çünki hamı hər şeyi görür.

- Bəzi telekanallarda aparıcılarımızın danışığında çoxlu nitq qüsurları olur. Bu, sizi bir peşəkar aparıcı kimi narahat edirmi?

- Oyyy, aparıcılarda nitq qüsurları da var, nə bilim, zövq qüsurları da var. İntellektual səviyyənin ümumiyyətlə olmaması faciəsi var, nə bilim. Bir çox şeylər var. Amma düzünü deyim sizə, bunu ilk dəfədir etiraf edirəm, mənim heç haqqım yoxdur ki, kimdəsə qüsur tutam, çünki özümdə, danışıq tərzimdə o qədər qüsur var ki. Mən rusdilli olduğum üçün, yəni rus dilində təhsil aldığım üçün ən böyük qüsur məndə var. Çoxları elə bilir ki, mənim asta danışmağımda yalnız naz eləmək, incəlik nümayişi var. Amma bilən yoxdur ki, mən Azərbaycan dilində elə də sərbəst, tez-tez danışmıram. Çünki bir az ehtiyat edirəm ki, söz ehtiyatım olmaz. Düşünərək və beynimdən rus dilindən Azərbaycan dilinə çevirərək danışıram. Oyy, bundan heç tamaşaçıların xəbəri yoxdur. Hə, bəlkə də, oxucular deyəcək ki, bu niyə özündən heç danışmır ki? Amma məni həyatda kim görür, çox təəccüblənir. Çünki mən həyatda elə deyiləm. Arığam, sadəcə, efirdə niyə o boyda düşürəm, hələ də anlamıram.

- Bu gün sizinlə rəqabətə girmək istəyən aparıcı varmı?

- Rəqabət istəyən kolleqam? Bəlkə kolleqalarınız desəydiniz, daha doğru olardı. Hə, var, özü də bir çoxları. Məclisdə də olub, tədbirdə-filanda da. Düzdür, şou-biznes aləmi elədir ki, üzünə gülürlər, «canım-gözüm» deyib, öpüb-qucaqlayırlar, amma səmimiyyətdən uzaq, kənarda mənimlə bir məclisdə olmağı və yaxud ümumiyyətlə, mənim bu aləmdə olmağımı istəməyənlər çoxdur. Sizə deyim ki, qısqanclıq tək həmkarlarımdan gəlmir, elə adi insanlardan, tamaşaçılardan da gəlir. Bir də görürsən ki, bir mağazada hansısa paltara baxıram, mənə olan baxışları hiss edirəm. Qadın öz həyat yoldaşının əlindən tutub bayıra çıxarır ki, nə var e, burda, burda bir şey yoxdur, gəl, gəl, çıxaq, Tez-tələsik onu çıxardır, çönüb yoldaşına baxıram ki, heç arvadını eşitmir, kişi elə donub mənə baxır. Qadın məni elə bil ki, parçalayacaq, baxışları ilə, hirslə kişinin qolunu qolundan çıxardır. Belə hallar çox olub. Elə bil ki, mən kişilərin acıyam, nəyiyəm. Bu cür hallar çox olub. Adətən mən müxbirimizlə harasa gedirəm. O da hiss edib ki, Zema, elə bil indi bu qadın üstünə cumub səni döyəcək.

- Tənqid etməyi sevirsiniz, yoxsa tənqid edilməyi?

- Düzünü desəm ki, tənqid etməyi sevirəm. Tənqid olunmağı da. Amma məni o qədər tənqid ediblər, vay-vay.

- Mənə maraqlıdır, «Qızıl pillə» verilişi necə yarandı?

- «Qızıl pillə» 2009-cu ilin yaz aylarında yarandı. Yay aylarında çəkilişə başladıq. Sentyabrın 9-u artıq «Qızıl pillə»nin birinci efiri yayımlanmağa başladı və inanılmaz şok bir reytinq qazandı. Bu ideya məndə çoxdan var idi. Sadəcə, məqamı, vaxtı deyildi. Nəhayət ki, Allahın köməkliyi ilə reallaşdı.

- Bəs necə oldu ki, verilişi «Qızıl pillə» adlandırdınız?

- İş otağımızda bir neçə versiya dedim, uşaqlarla müzakirə edirdik. Şərti olaraq efirə qədər adını «Qızıl pillə» qoyduq. Elə oldu ki, heç başqa variantları düşünməyə vaxtımız olmadı. Həm də hamı dedi ki, yaxşıdır da adı, digər adı neyləyirik? Elə adı belə də qaldı. Birinci mövsümdə aparıcısız, yalnız kadr-arxası səsləndirmə ilə oldu veriliş, ikinci mövsümdə yalnız mənimlə, üçüncüdə isə mən +qonaq «Qızıl pillə»də çalışmışam. «Qızıl pillə»yə layiq olan adamları çəkirəm, düzdür. Amma hərdən olub ki, məyus olmuşam, çəkdiyim şəxsi verilişimə layiq bildiyim üçün. O ki qaldı özümə, mən də çalışıram qızıl pillələrlə addımlayım. Amma qızıl pillənin özünə çatmağıma hələ çox var.

- Sevdiyiniz müğənni, sevdiyiniz mahnı, sevdiyiniz fəsil, sevdiyiniz gül hansıdır?

- Sevdiyim bir müğənni, yaxud aktrisa-filan yoxdur. Hər il o siyahı çoxala və ya azala bilər. Konkret adın üstündə heç vaxt dayanmamışam. Öz zövqüm və simpatiyam var. Sevdiyim gül isə firuzəyi qızılgüllərdir. Bütün fəsillər özünə görə gözəldir, amma yaz mənə daha yaxındır.

- Zema xanım, sonda hansı sualı eşitmək istərdiniz ki, o sualı mən sizə vermədim?

- Suallarınız normaldır, sözün düzü, elə bilirdim ki, şəxsi həyatımdan daha çox sual verəcəksiniz, sevgi-filan, amma yaxşı etdiniz ki, o sualları vermədiniz. Çünki sevmirəm bu haqda danışmağı. Mənim daxilimə aid olan elə mənim daxilimdədir. Təşəkkür sizə də, uğurlar. Çalışın, qızıl pillələrlə addımlayın.

Məncə, həyat pillələrini qızıl edən qızıl kimi insanlardır. Odur ki, mən də hamımıza qızıl pillələrlə addımlamağı arzu edirəm...

Şair-jurnalist Fuad Biləsuvarlı

O.M.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru