"Möcüzəli Naftalan"da "möcüzə" qiymətlər... - "Yüksək xidmət" "yüksək qiymət" kimi başa düşüləndə...
Tarix: 23-06-2015, 11:00 | Çap et
Bildiyiniz kimi, son illərdə ölkə rəhbərliyi tərəfindən turizm sektorunun inkişafına böyük diqqət və qayğı göstərilməkdədir. Məhz bu diqqətin nəticəsidir ki, hazırda ölkəmizin turizm üçün əlverişli sayılan bölgələrində yeni istirahət mərkəzləri və otellər əhalinin xidmətindədir. Lakin turizm sahəsində də problemlər az deyil. Belə ki, ölkəmizdəki istirahət mərkəzlərinin yetərli hissəsində tariflər çox bahadır. Məsələn, 500 manatla qardaş Türkiyədə bir həftəlik istirahət etmək mümkündürsə, Azərbaycanda bu məbləğlə yalnız üç gün istirahət etmək olar. Mütəxəssislərin fikrincə, daxili turizmin, istirahətin baha olmasının səbəbləri rəqabət mühitinin zəifliyi və turizm obyektlərinin sayının azlığı ilə bağlıdır: Turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya lazımdır. Ancaq bu gün həmin lisenziyanı rəsmi qiymətinə əldə etmək mümkün olmur. Bunun üçün turizm obyekti açan sahibkar əlavə rüsum ödəməlidir. Son dövrlər fəaliyyətə başlayan turizm mərkəzləri, otellərdə qiymətlər başqa ölkələrlə müqayisədə çox bahadır". Məlum olduğu kimi, yerli və xarici turistlərin Naftalanda fəaliyyət göstərən sanatoriya, istirahət mərkəzlərinə marağı xeyli artıb. Bu, sözügedən şəhərin tarixən sanatoriya-kurort şəhəri kimi məşhurlaşması ilə əlaqələndirilir. Əfsus ki, Naftalanda yerləşən bəzi özəl sağlamlıq mərkəzləri qiymətlərinin bahalığı ilə fərqlənir. Belə müəssisələrdən biri də "Möcüzəli Naftalan" özəl sağlamlıq mərkəzidir. Burda cərəyan edən qanun pozuntuları, mərkəzin direktoru Elşən Əmiraslanovun törətdiyi özbaşınalıqlar və baş həkim Gültəkin Süleymanovanın işinin öhdəsindən gələ bilməməsi haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub. Əvvəlcə isə qısaca vurğulamaq istəyirik ki, adıçəkilən sağlamlıq mərkəzi 2007-ci ildə tikilib istifadəyə verilib. Məlumatlı mənbənin bildirdiyinə görə, "Möcüzəli Naftalan" 94 çarpayılıq korpus, yeməkxana, müalicə və idman zalı, neft vannaları otaqlarından ibarətdir: "Vətəndaşlar bura həm həmkarlar təşkilatları ilə bağlanan müqavilələr əsasında qəbul olunur, həm də başqa yollarla. Həmin "başqa yolları" direktor özü müəyyənləşdirir. Naftalanda qiymətlərinə görə ən bahalı istirahət mərkəzlərindən biri məhz Elşən Əmiraslanovun rəhbərlik etdiyi "Möcüzəli Naftalan"dır. Mərkəzdə qiymətlər otaqların kateqoriyalarından asılı olaraq dəyişir. 15 günlük kursun qiyməti 500-750 manat arasındadır. Məbləğə vətəndaşların burda qalması, 3 dəfə qidalanması, müayinə və müalicə daxildir. Amma özəl sağlamlıq mərkəzində insanlara göstərilən xidmət, onlara verilən yemək o qədər də yüksək keyfiyyətdə deyil. Yəni mərkəzə 15 gün üçün ödənilən məbləğlə göstərilən xidmət arasında böyük fərq var. Halbuki, həmin pulla Gürcüstan, Türkiyə və Ukraynada ürəyin istəyən kimi istirahət edə bilərsən. Dünəndən qalan yeməkləri bu gün yeni adı altında müştərilərə verirlər. Bu qanunsuzluğu elə ustalıqla həyata keçirirlər kİ, heç vətəndaşların ruhu belə incimir. Mərkəzdə xəstələrin normal istirahəti üçün lazımi şərait demək olar ki, yoxdur. Tibbi avadanlıqların bir çoxu köhnədir və istifadəyə yararsız haldadır. Həkimlər bu cür aparatlarla xəstələri müayinə edərək onlara səhv diaqnoz qoyurlar. "Möcüzəli Naftalan" bura müalicəyə və istirahətə gələnlərin yaddaşında xoş izlər buraxmır. İnsanların yetərli hissəsi özəl sağlamlıq mərkəzindən narazı halda gedirlər. Azad sahibkarlıq, səmərəli biznes mühiti üçün yaradılmış əlverişli şəraitdən istifadə edən obyektin sahibi Elşən müəllim müvafiq qanunvericiliyin tələblərini pozmaqla məşğuldur. İl ərzində istirahət mərkəzinə 2000-dən çox insan müraciət edir. Bu o deməkdir ki, ildə burdan külli miqdarda gəlir əldə olunur. Buna baxmayaraq, qazanılan vəsaitin az hissəsi dövlətin büdcəsinə keçirilir. Elşən Əmiraslanov kimlərəsə arxayın olaraq vergidən yayınır". Mənbənin sözlərinə görə, respublika vətəndaşlarından başqa, bura Əfqanıstandan, Özbəkistandan, Tacikistandan və başqa xarici ölkələrdən də müalicəyə və istirahətə gələnlər var: "Əcnəbi vətəndaşlar üçün tətbiq olunan qiymətlər dodaq uçuqladır. Onlar mərkəzdə 10 günlük kurs üçün yerli vətəndaşlarla müqayisədə iki-üç qat xərcə düşürlər. "Möcüzəli Naftalan" özəl sağlamlıq mərkəzinin əsas söz sahiblərindən biri də baş həkim Gültəkin Süleymanovadır. O mərkəz fəaliyyətə başlayandan baş həkim vəzifəsində işləyir. Mərkəzə bir gələn sevinir, bir də gedən. Çünki baş həkim öz mənafeyini hər şeydən üstün tutur. Onun yaxın qohumları özəl sağlamlıq mərkəzində pulsuz istirahət edir, müalicə alırlar. Lakin sadə vətəndaşlardan artıqlaması ilə pul alınır. Mərkəzə birinci dəfə gələn xəstələrə ödədikləri məbləğə bütün xidmətlərin daxil olduğu deyilsə də, sonradan vəziyyət dəyişir. Belə ki, vətəndaşlar tibbi müayinədən keçmək, habelə yemək üçün əlavə ödəniş etmək məcburiyyətindədir. Bir sözlə, "Möcüzəli Naftalan"da keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz. Mərkəzin sahibi və baş həkim ancaq öz maliyyə durumlarının yaxşılaşmasından ötrü çalışırlar, vəssalam". Deyilənə görə, sağlamlıq məkəzinin rəhbəri ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun çox yaxşı münasibəti var. Hətta "Möcüzəli Naftalan"ın əsl sahibinin icra başçısı olması haqda da məlumatlar dolaşmaqdadır. Bu barədə növbəti sayımızda ətraflı məlumat verəcək və baş həkimin fiziki qüsurlu insanlara kobud münasibəti haqda danışacağıq. Bizi izləyin. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|