Məmur və deputat korpusunda misli görünməmiş təşviş - Kimlər yola salınır?
Tarix: 6-06-2015, 10:51 | Çap et
Manatın devalvasiyasının ardından Binəqədi rayonunda binanın yanması və iş adamlarının dövlət büdcəsi hesabına götürdükləri kreditlərlə bağlı baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial, siyasi gerçəklikdən doğan çağırışlara adekvat cavab verilməsi hakimiyyət üçün çox yaxın gələcəkdə qarşıda duran ən əsas vəzifədir!
Bəs, nədir bu yeni gerçəkliklər və çağrışlar? İlk növbədə, bu, aydın nəzərə çarpır ki, ötən ilin sentyabrından başlayaraq neftin qiymətinin aşağı düşməsi və 21 fevralda baş verən manatın devalvasiyası ilə ölkə iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə artıq əvvəlki iş, tənzimləmə, idarəetmə metodları, resursların bölüşdürülməsi ilə bağlı yanaşma özünü doğrultmur. Yeni vəziyyət, təbii olaraq, yeni yanaşmalar, dəyişikliklər, adaptasiya addımları tələb edir. Əgər böyük neft gəlirlərinin ölkəyə daxil olduğu vaxt hökumət üçün yaradıcı yanaşma yox, mövcud resursların bölüşdürülməsi, yönəldilməsi prioritet idisə, yeni mərhələdə əksinə - rasional yanaşma, dövlət xərclərinin optimallaşdırılması, qeyri-neft sektorunun inkişafı üçün əlavə səylər göstərilməsi aktual olacaq. Artıq qrup, korporativ maraqlardan çıxış edərək resursların idarəolunması, bölüşdürülməsi, monopolist qrupların dominantlığı praktikasının tətbiqi qeyri-mümkün işə çevriləcək. Yeni iqtisadi və sosial reallıq daxili siyasətlə bağlı da adekvat addımların atılmasını şərtləndirməkdədir. Cəmiyyətin qənaət tədbirlərinə hazırlanması, iqtisadi islahatlar üçün münbit ictimai-siyasi mühitin formalaşdırılması, islahatlara ictimai etimadın təmin edilməsi üçün çevik, cəmiyyətlə işləməyi bacaran siyasi komanda formalaşdırılması çox vacibdir. Bu komanda daha çox “ideoloji qvardiya” rolunu oynamalıdir ki, qeyd olunan vəzifələrin öhdəsindən gələ, mümkün islahatlara ictimai dəstəyi təmin edə bilsin. Artıq hakimiyyətin Avropa oyunlarından sonra islahatlara start verəcəyi ilə bağlı aydın siqnallar verilməkdədir. İlk növbədə, o amil qabarıq nəzərə çarpır ki, Prezident İlham Əliyev öz çıxış və mesajları ilə cəmiyyəti dəyişikliklərə və islahatlara hazırlayır. Dövlət başçısının son aylardakı mesajlarının təhlili göstərir ki, hakimiyyət artıq ən üst səviyyədə dəyişikliklər üçün münbit şəraitin yarandığının fərqindədir. Həmçinin hakimiyyət bu prosesdə cəmiyyətin dəstəyinin də vacib olduğunu diqqətə çatdırır. Dövlət başçısı qəti addımalara hazır olduğunu və zərurət yarandıqda sərt addımlar atılacağının anonsunu verib artıq. “İndi Azərbaycan ictimaiyyəti görür ki, ölkədə toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifəsindən asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir”, - deməklə, Prezident İlham Əliyev cəmiyyət və komandası üçün ən mühüm mesajını çatdırdı. Şərti olaraq, dövlət başçısı son çıxışlarıyla “Prezident islahatları”nın anonsunu vermiş oldu. Bu çıxışların ardınca hakim Yeni Azərbaycan Partiyasının 2015-ci il parlament seçkiləri ilə bağlı hazırlıqları barədə sızan xəbərlər və verilən mesajlar deməyə əsas verir ki, mümkün dəyişikliklər, ilk növbədə, parlamentin yeni tərkibində özünü büruzə verəcək. Əslində, ən ağıllı yol da budur: parlamentin yeni tərkibi məhz yeni mərhələnin spesifikasına uyğun qurulmalıdır ki, mümkün islahatlar prosesinin əsas dayaqlarından birinə çevrilsin. Çünki yalnız bu yanaşma ilə yeni gerçəkliklər və çağrışlara adekvat cavab verilə, islahatlar üçün ictima dəstək daha effektiv təmin edilə bilər. Görünür, artıq bu yanaşmanın zəruriliyi hakim dairələrdə də ön plana çıxmaqdadır. Tarixi təcrübə göstərir ki, istənilən hakimiyyət mühafizəkardır və yaxud sonunda mühafizəkar yanaşmanı tətbiq edir. Bu, hakimiyyətlərin təbiətindən və məsuliyyətindən irəli gəlir. İstənilən hakimiyyət, xüsusən islahatlara başlamaq istəyən iqtidarlar üçün ilk vəzifə sabitliyin qorunması, proseslərin nəzarətdən çıxmamasıdır. Bu baxımdan, Azərbaycan hakimiyyətinin islahatlara yanaşması və cəmiyyətin gözləntiləri hansısa məqamlarda üst-üstə düşməyə də bilər. Lakin cəmiyyətin tezliklə repressiv tədbirlər görülməsi istəyi ilə, mümkün riskləri sığortalamaqla tədricən dəyişikliklər yolu seçilməsi yanaşması fərqlənsə də, sabitliyin qorunmasının vacibliyi məsələsində mövqelər üst-üstə düşür. Əvvəlki təhlillərimizdə qeyd etdiyimiz kimi, insanlar üçün hakimiyyəti islahatlara təşviq etmək yanaşması sabitlik prioritetindən doğan əsas davranış formasına çevrilib. Cəmiyyət proletar tələblər irəli sürmür - o, hakimiyyətin getməsini deyil, daha səmərli işləməsini tələb edir. Obrazlı ifadə etsək, insanların əksəriyyəti sosial tolerantlıq nümayiş etdirir. Proletar düşüncənin alternativi olaraq sosial tolerantlıq yanaşması sistem daxilində sonradan sistemin keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq islahatlar aparılmasını dəstəkləməyə hazırdır. Bəs hakimiyyət, ilk növbədə, hansı istiqamətlərdə islahatlara başlaya bilər? Əslində, ilk islahatlar üçün zəminlər hazırlanıb: “Rəqabət Məcəlləsi” layihəsi və “Maraqlar toqquşması haqqında” qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib. Bu qanunların qəbul edilməsi və praktikada gərəkən formada tətbiqi, islahatlar üçün uğurlu start ola bilər. Digər tərəfdən, 2005-ci ildən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qanun da qüvvəyə minib. Sadəcə, bu qanuna uyğun olaraq vəzifəli şəxslərin öz gəlirləri haqqında təqdim edəcəyi bəyannamənin formasını və təqdim edilmə qaydalarını Nazirlər Kabineti müəyyən etməlidir. Gömrük sistemində liberallaşma və monopoliyanın götürülməsi isə cəmiyyətin əsas gözləntilərindəndir. Gömrük sistemi ilə bağlı mümkün dəyişikliklərlə bağlı anons və xəbərlərə cəmiyyətin hədsiz marağı və həssaslığı bunu sübut edən ən yaxşı dəlillərdəndir... Qeyd etdiyimiz qanunların qəbulu və onların tətbiqi üçünsə işlək mexanizmlərin yaradılması, gömrükdə liberallaşma yönündə addımlar atılması, sonrakı islahat və dəyişikliklər üçün çox əhəmiyyətli impuls verə və uğurlu başlanğıc ola bilər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|