Bakıda daha bir bankda özbaşınalıq... - NARAZILIQ VAR
Tarix: 3-06-2015, 10:42 | Çap et
Bu gün vətəndaşların əksəriyyətinin banklara borcu olduğunu və həmin borcları geri qaytarmaqda çətinlik çəkdiklərini hər birimiz bilirik. Günü-gündən banklara olan borcların portfelinin artması isə, həm əhalinin vəziyyətinin pisləşməsinə, həm də banklarda müəyyən qədər inkişafa mane olur. Əgər nəzərə alsaq ki ölkədə orta hesabla 2 milyon ailə var və banklara borclananlarınsa sayı 1 milyon 600 min nəfəri keçir onda əminliklə demək olar ki, ölkədəki ailələrin 75 faizi bankirlərin borc girovuna çevrilmiş vəziyyətdədirlər.
Banklara borclanmış hər hansı bir şəxs iş yerini itirəcəyi təqdirdə hansı fəlakətlə üzləşəcəyini yaxşı bilir və bu fəlakəti hər an yaxınlığında hiss edən insan heç vaxt siyasi cəhətdən azad və etirazçı ola bilməz. O, iş yerini saxlamaq müqabilində bütün təhqirləri həzm etməyə, ən ağır şərtlər çərçivəsində işləməyə məcbur və məhkumdur. Bəzən biz belə iradlar da eşidirik " günahkar vətəndaş özüdür, heç kəsə krediti zorla vermirlərki, ağlı var götürməsin". Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş vermişdi. Fərmana görə, Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır. MB artıq xeyli vaxtdır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də, reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi fərmanla gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir. Xatırladaq ki, ölkə Prezidenti son fərmanadək kredit faizlərinin aşağı salınması və bankların real sektora daha çox kredit ayırmasının təmin edilməsi barədə bir neçə dəfə MB rəhbərliyinə öz tapşırıqlarını vermişdi. Bu gün yenidən banklarla, kreditlərlə bağlı danışmağımızın səbəbi var. Belə ki, redaksiyamıza daxil olan şikayət əsasında bu mövzu barədə yenidən söhbət açmalı olduq. Sözü uzatmadan qeyd edək ki, daxil olan şikayət İnşaatçılar pr., 4a ünvanda yerləşən "AccessBank"ın Elmlər Akademiyası filialındandır. Yasamal rayonu ərazisində fəaliyyətdə olan, İnşaatçılar pr., 4a ünvanda yerləşən "AccessBank"ın Elmlər Akademiyası filialı vətəndaşların demək olar ki, ən çox şikayət etdiyi filialdır. Sözügedən filiala müraciət edən şəxslərin dediklərinə görə, bəlkə də paytaxtda ən aşağı xidmət burada göstərilir. Yeri gəlmişkən onu da diqqətinizə çatdıraq ki, sözügedən filialdan ilk dəfə deyil redaksiyamıza şikayət daxil olur. Bu isə onu göstərmiş olur ki, daxil olan şikayətlə əsassız deyil. Şikayətçinin sözlərinə görə, televiziya ekranlarında reklam edildiyi kimi, bankdan pul götürmək heç də asan məsələ deyil. Filialın əməkdaşları bir növ vətəndaşları süründürməliklə məşğuldurlar. İnsanlar işlərinin alınıb-alınmayacağını bilmədikləri halda, burada saatlarca növbə gözləməli olurlar. Bu da təbii ki, ilk olaraq vaxt itkisinə, daha sonra isə insanların əsəbi bahasına başa gəlir. Həmçinin şikayətdə müştərilərə kredit verən zaman onlardan yüksək məbləğdə "şapka" istənməsi də yer alır. Həmçinin vətəndaşlar təyin edilən gündə kredit borcunu qaytara bilmirlərsə, o zaman həmin məbləğin üzərinə hədsiz çox faiz gəlir. Bu isə təbii ki, haqlı olaraq vətəndaşların narazılıqları ilə qarşılanır. Göstərilən xidmətin aşağı olması ilə, vətəndaşların aldadılması yanaşı, bankın yerləşdiyi ərazi də çox bərbad vəziyyətdədir. Burdan da, belə nəticəyə gəlmək olar ki, bank müştərilərini yox, yalnız öz şəxsi mənfəətini və yalnız pul qazanmağı düşünür. Sözün qısası "AccessBank"ın Elmlər Akademiyası filialına bir dəfə müraciət edən şəxs, bir daha ora ayaq basmaq belə, istəmir. Sadəcə olaraq, bəzi vətəndaşlar məcburiyyət qarşısında qalıb bankın qoyduğu şərtlərə, işçilərin müştərilərə olan davranışına susmalı olurlar. Ümumiyyətlə, bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri məhz bank sektorudur. Xüsusilə kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla banklar və kredit təşkilatları arasında daim narazılıqlar yaranır. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə məhkəmələrin bu işləri yetərincə araşdırmaması səbəbindən insanlar çox vaxt əmlaklarını itirirlər. Bu nöqteyi-nəzərdən də, bankların təklif etdikləri kreditlərin faiz dərəcələrinin yüksək olması müxtəlif səviyyələrdə narazılıq və ciddi suallar doğurur. Bizlər bir daha daxil olan şikayət əsnasında bu mövzuya toxunduq. Ümid edirik ki, bu qədər şikayətlərdən sonra məsələ ilə bağlı bir əncam çəkiləcək. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|