Bu rayonda sakinlər xəstələnməkdən qorxurlar... - səhiyyə problemi
Tarix: 29-05-2015, 10:40 | Çap et
Səhiyyə naziri Oqtay Şirəliyev mətbuata verdiyi açıqlamalarında dəfələrlə, özü də birmənalı şəkildə bəyan edib ki, Səhiyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən bütün dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Lakin bu gün səhiyyə nazirinin dediklərinin əksinə olaraq, əksər xəstəxanalarda özbaşınalıq, rüşvət və korrupsiya, məsuliyyətsizlik kimi neqativ hallara rast gəlinir.
Bu barədə dəfələrlə məlumat versək də, heç bir faydası yoxdur. Dövlət hesabına maliyyələşən tibb ocaqlarının bir çoxunda qanunsuzluq davam etməkdədir. Bu baxımdan bölgələrdə yerləşən səhiyyə müəssisələrində vəziyyət daha acınacaqlıdır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında (RMX) tibbi xidmətlərin keyfiyyəti olduqca aşağıdır. Mənbəmiz deyir ki, rayonun səhiyyə sisteminin yarıtmaz hala düşməsinin səbəbkarı RMX-nin baş həkimi Aftandil Rəhimovdur: "İsmayıllı rayonunun səhiyyə şəbəkəsinin inkişafı üçün dövlət tərəfindən hər cür qayğı göstərilir. Son illər rayon ərazisində fəaliyyət göstərən bir sıra xəstəxana və tibb məntəqələri əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Buna baxmayaraq, baş həkim Aftandil Rəhimov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir. Bildiyiniz kimi, son illər İsmayıllıda həkim səhvi ucbatından ana və uşaq ölümlərinin sayı xeyli artıb. Məsələn, keçən il xəstəxananın doğum şöbəsində qeydə alınan ana və uşaq ölümü faktı bütün rayonu bir-birinə qatdı. Rayon sakini Ağabalayeva Şəhla Aydın qızının və körpəsinin əməliyyat zamanı dünyasını dəyişməsi mərhumun yaxınlarının narazılığına səbəb olub. Lahıc qəsəbə sakinləri ana və uşağın həkimin səriştəsizliyi ucbatından öldüyünü iddia edərək xəstəxanaya hücum çəkiblər. Xəstəxanadan isə bildiriblər ki, mərhum xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlər əllərindən gələni etsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Amma əslində ananın və uşağının dünyasını dəyişməsində həkimlərin günahı var idi. Əgər bu hal bir dəfə qeydə alınsa, bunu həkim məsuliyyətsizliyi kimi başa düşmək olardı. Dərd orasındadır ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında bu cür neqativ hallar tez-tez qeydə alınır". Xatırlatma üçün bildirək ki, növbəti bədbəxt hadisə bu ilin noyabr ayında baş vermişdi. İsmayıllı rayon Prokurorluğunun böyük müstəntiqi İlkin Mustafayevin mətbuata verdiyi məlumata görə, hadisə noyabrın 23-də saat 23:00-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanaya daxil olan 1982-ci il təvəllüdlü Afət Balaqardaş qızı Ağayevanın doğuşdan sonra halı pisləşib. Qadın dünyasını dəyişib. Onun dünyaya gətirdiyi qız uşağı isə sağdır. Səhhətində müəyyən problemlər olduğu üçün Bakıya göndərilib. "Doğuşu xəstəxanın həkimi Məlahət Süleymanova qəbul edib. Bu Afət Ağayevanın 4-cü uşağı olub. Hazırda ölüm hadisəsi ilə bağlı araşdırma aparılır. İstintaqdan və meyitin müayinəsindən sonra ölümün dəqiq səbəbləri bilinəcək. Buna görə, indidən nəsə demək düzgün olmaz", deyə İlkin Mustafayev bildirib. Rayonda yayılan söz-söhbətlərdən isə belə başa düşmək olar ki, Afət Ağayevanın doğuşdan sonra dünyasını dəyişməsinə əməliyyatı həyata keçirən həkimin və doğuşda iştirak edən digər tibb işçilərinin səhlənkarlığı səbəb olub. Bu faktlar İsmayıllı RMX-də işlərin düzgün qurulmadığını göstərir. Məlumatlı mənbənin iddiasına görə isə baş həkim Aftandil Rəhimov vəzifəyə təyin olunan gündən rayonun səhiyyə sistemində yadda qalacaq müsbət işlərə imza atmayıb: "Aftandil müəllim 90 min nəfərə yaxın əhalisi olan rayonun səhiyyə sistemini yaman günə salıb. Rayonda fəaliyyət göstərən səhiyyə ocaqlarında tibbi xidmətin təşkili istənilən səviyyədə deyil. Məhz bu səbəbdən yerli sakinlərin bir çoxu səhhətlərində hansısa problemlər yarananda paytaxta üz tutmaq məcburiyyətində qalırlar. Vətəndaşların İsmayıllı səhiyyəsinə inamı qalmayıb. Burda qeydiyyatda olan imtiyazlı xəstələrə qarşı da münasibət birmənalı deyil. Məlum olduğu kimi, dövlət tərəfindən şəkərli diabet, vərəmli və digər güzəştli kateqoriyadan olan xəstələr üçün pulsuz dərman preparatları, həmçinin tibbi ləvazimatlar ayrılır. Əfsus ki, Aftandil Rəhimov həmin dərmanların sahiblərinə çatmasına imkan vermir. Onun tapşırığını yerinə yetirən bəzi həkimlər güzəştli xəstələrdən nəysə almamış pulsuz dərmanları onlara vermirlər". Hörmətli Oqtay Şirəliyev sizin rəhbəri olduğunuz səhiyyə sisteminin durumu bax budur. İsmayıllı camaatı baş həkimin qanunsuz əməllərindən boğaza yığılıblar. Yerli əhali sizin baş həkim Aftandil Rəhimovu vəzifədən azad edəcəyiniz günü səbirsizliklə gözləyirlər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərsək də, buna nail ola bilmədik. Buna baxmayaraq, Aftandil Rəhimovun da fikirlərini dərc etməyə hazırıq. \\ vertikal.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|