Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                 

DÖNƏMİN ƏN KASIB SEÇKİSİ: Doğru-dürüst təbliğat aparmırlar... - AXI NİYƏ?
Tarix: 16-08-2024, 11:12 | Çap et
DÖNƏMİN ƏN KASIB SEÇKİSİ: Doğru-dürüst təbliğat aparmırlar...
Məlum olduğu kimi, avqustun 9-da növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi başlayıb. Sentyabrın 1-də keçiriləcək seçkiyə 25 partiyanın təmsilçiləri və partiyasız iddiaçılar qatılıb. Rəsmi məlumata görə, 1052 namizəd qeydə alınıb. Seçkidə qələbə üçün nisbi səs çoxluğu kifayət edir .

Namizədlərin yerli KİV-də ödənişli təbliğat kampaniyası üçün şərait də yaradılıb. Amma deputatlığa namizədlər mediada ödənişli təşviqata hələ meyl etmir. Bəzi ekspertlər bunu “xəsisliklə”, bəziləri isə televiziyanın tələb etdiyi ödənişin yüksək olması ilə izah edirlər.

AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, bir çox media qurumlarının təbliğat-təşviqat müddətində reklam xarakterli yayımlarının qiymətlərinə baxıb: “Kifayət qədər çox maliyyə tələb edilir. Məlum olur ki, televiziyalarda reklam xarakterli yayımların saniyəsi 25-30 manatdır. Bu baxımdan təbii olaraq namizədlər əsasən sosial mediaya yönəlirlər, çünki orada xidmətlər demək olar ki, pulsuzdur. Hətta kiçik məbləğlərlə reklam yerləşdirə bilirlər, bu məbləğ medianın tələb etdiyi məbləğdən xeyli aşağıdır, üstəlik, çatımlılığı daha genişdir”.

Mövzu ilə bağlı professor Qulu Məhərrəmli bildirib ki, deputatlığa namizədlərin təşviqat kampaniyası əvvəlki illərlə müqayisədə aktiv hiss olunmur: “Namizədlərin ödənişli olaraq televiziya təbliğat-təşviqatlı ilə bağlı məsələsinə gəldikdə, bəli, burada problemlər var. İlk problem təbii ki, qiymətlərlə bağlıdır. İkinci məsələ televiziyaların nə qədər effektli olması ilə bağlıdır. Üçüncü isə namizədlərin özləri ilə bağlı məsələdir. Çünki namizədlərin siyahısına baxdıqda heç tanınmayan, ictimai arenada görünməyən, öz çevrəsindən başqa digər yerlərdə tanınmayan xeyli namizəd gözə dəyir. Ona görə də onların bu məsələdə marağı da yoxdur. Ola bilər ki, dairə çərçivəsində başqa maraqları olsun, çünki bu seçkidə mənim eşitdiyim bir tendensiya da ondan ibarətdir ki, bəzi namizədlər bir qədər imkanlı namizədlərin olduğu dairələrdən öz namizədliyini verir və oradan müəyyən "alver" işi aparır. Bunu eşitdikcə həm adamın gülməyi gəlir, həm də məyus olursan ki, bu cür ciddi kampaniyadan bu cür bəhrələnmək istəyənlər var.

O da doğrudur ki, hazırda kampaniya daha çox sosial şəbəkələrdə müşahidə olunur. Sadəcə, şəkillərin qoyuluşu, çağırışlar, bunlar sosial şəbəkədə müəyyən qədər fayda verə bilir. Məsələn, Amerikanın seçki tarixində ilk dəfə olaraq Donald Tramp sosial şəbəkələrdə çox güclü kampaniya apardı və ölkənin konstitusiya əsaslarına müəyyən dərəcədə təsir edə, insanları bir araya yığa bildi və sairə. Yəni bunlar da bir tarixdir. Lakin bütövlükdə götürəndə sosial şəbəkə sferası ictimai cəhətdən fəal olanlar üçün çox da cazibəli məkan deyil. Burada seçki kontingentinin daha çox harada olmasına diqqət etmək lazımdır. Məsələn, aydınlaşdıraq ki, bölgələrdə internet, sosial şəbəkələr nə qədər aktivdir, nə qədər çatımlıdır... Bəli, paytaxt Bakıda internet, sosial şəbəkələr aktivdir. Lakin bölgələr üçün bunu demək çətindir".

Qulu Məhərrəmlinin fikrincə, ən yaxşı təbliğat seçicilərlə birbaşa görüş, namizədlərin platformasıdır: “Bütün bunların hamısı birbaşa seçicilərlə üzbəüz görüşdə görünür. Əgər o seçicilər görüşə həvəslə gəlirlərsə, deməli, orada aktiv elektorat var, yox, əgər görüşlərə insanlar zorla gəlirsə - hətta bəzən olur ki, say çoxluğu görünsün deyə başqa dairəyə aid seçicilər gəlir - bu o deməkdir ki, orada aktiv seçki kampaniyası yoxdur.

Daha bir məsələ, dairələrdə namizədlərin sayı həddindən artıq çoxdur. Hətta bir çox adamların namizədliyi qeyri-ciddi görünür. Hər dairədən 2-3 aktiv, sözün əsl mənasında deputatlığa namizəd olduqda, bu zaman mübarizə daha aydın gedə bilir. Lakin qeyd etdiyim kimi, “kölgədə” qalan çox sayda namizədlər var ki, onların təbliğatı, platformaları heç bir əhəmiyyət kəsb etmir".

Təşviqatla bağlı daha bir mövzunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində gündəmə gətirib. A.Quliyev deputatlığa namizəd olan bəzi şəxslərin son davranışları, qazi və şəhid ailələrinin üzərindən təbliğat qurmaq kimi qüsurlu hərəkətləri barədə tənqidi paylaşım edib. O yazır: “Prezident İlham Əliyev bu yaxınlarda Şuşada demişdi ki, Zəfər mövzusunu çox da istismar etmək olmaz və irəlidəki məsələlərə daha çox diqqət göstərməliyik. Sadə deyilmiş fikrin çox sadə də açmaları var. Prezident demək istədi ki, Zəfərin qədrini- qiymətini tam bilək, Zəfər Ali Baş Komandanın, ordunun və xalqımızın Zəfəridir, qazilərə və şəhid ailələrinə həssas olun, etdiklərinizi üzlərə vurmayın, Vətən üçün canını və övladını vermiş insanlara nə versək də azdır, lakin onları verdiklərimizin müqabilində aşağılamayaq, elə etməyək ki, verdiklərimizin, etdiklərimizin əvəzində onlardan hansısa təmənna güddüyümüzü düşünsünlər....

Bəs bir sıra namizədlər nə edir, bu sözlərdən hansısa dərsi götürürlərmi?

Seçki dairəsində qazinin, şəhid ailəsinin qapısını əlində bir şirniyyatla açır, bir fincan çayını içir, foto çəkdirir və sonra da bu məzmunsuz jesti “böyük xəbərə” çevirərək ictimailəşdirir. Ən pisi də odur ki, “qazi və ya şəhid ailəsi sentyabrın 1-də filankəsə səs verəcəyinə söz verdi” deyə öyünürlər. Ayıbdır, vallah...

Əvvəla, Prezidentin “Zəfər mövzusunu çox istismar etmək olmaz” fikrini unutmaq bu məqamda böyük qəbahətdir.

İkinci, təşviqata qədər bu həssas ailələrə gedib baş çəkmək daha doğrusu olmazdımı?

Üçüncü, seçki təşviqatı günlərində bu həssas insanların qapısını imza və ya səs üçün döymək onlara hörmətsizlik, duyğularını istismar etmək deyilmi?"

Televiziya aparıcısı Amil Xəlil də bu məsələ ilə bağlı bəzi namizədləri tənqid atəşinə tutub. “İndiyə kimi qapılarını tanımırdınız, şəhid anaları indi yadınıza düşdü?”, - deyə aparıcı qeyd edib.

Deputatlığa namizəd, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa mövzu ilə bağlı bu cür şərh verib: “Hesab edirəm ki, bu, doğru iraddır. Seçki kampaniyasında bu mövzuda hər hansı bir bu cür sui-istifadə davranışlarına yol vermirəm və verilməsinin də tərəfdarı deyiləm. Yəni şəhid və qazı ailələrini müəyyən dərəcədə sui-istismar edərək, onların adından, duyğularından özlərinin hansısa işlərinə yarayan formada istifadə etməklə onları incitmək doğru deyil. Hər kəs öz şəxsiyyəti, mövqeyi, sözü ilə cəmiyyətin qarşısına çıxmalıdır. Əsas obraz, fiqur deputatlığa namizədin özü olmalıdır. Sən özün kimsən və nə deyirsən, cəmiyyətə nəyi söyləyirsən, nəyi etməyi özün üçün əsas prinsip olaraq qəbul edirsən - yəni seçki kampaniyası daha çox bunun üzərində aparılmalıdır. Amma indi taktikalar fərqlidir və başqalarını da buna görə qınamıram, qınamaq da doğru deyil. Lakin prinsip olaraq mən də Aydın Quliyevin yanaşmasını məqbul və doğru hesab edirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru