Ermənistan Minsk qrupundan imtina edir, ya yox? .....                     “Elə zəhrimar sifət göstərirəm ki, .....                     Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... .....                     Burun əməliyyatından sonra vəfat edən qızın atası: .....                     Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib .....                     “Qarabağ” Juninyonun yerinə onu alır? .....                     3 evi olduğunu deyən AYSUN: .....                     Hüseynbala Mirələmovun oğlu da namizəd oldu .....                     Başqasının maşınına girib, özünü yandırdı .....                     “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” .....                     Bəxtiyar Hacıyevə hökm oxunub .....                     Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı .....                     "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə .....                     Samir Şərifov niyə işdən çıxarıldı? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR .....                     Nazir Kəpəzə polis rəisi təyin etdi .....                     Paşinyan Ermənistan "Titanik"ini batırır .....                     Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır .....                     Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? .....                     Zəngəzura Ermənistan nəzarət edəcək .....                     2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə .....                     Naxçıvanda “dədə-baba” qaydası təyinatlar .....                     Naxçıvan Ali Məclisində yeni təyinat .....                     Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub .....                     Naxçıvanda təhsilin evini elə yıxıblar ki... .....                     "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" .....                     Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... .....                     "Bu münasibətlər zamanın sınağından keçib" .....                     Palata UNEC-də yoxlama apardı .....                     İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... .....                     KAPİTAL BANK-dan total narazılıq olsa da... .....                     Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub .....                     Prokuror gənc sevgilisini öldürən qadına .....                     Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... .....                     “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi .....                     Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb .....                     Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. .....                     ADNSU ilə bağlı qalmaqal davam edir .....                     İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi .....                 

Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... - NƏLƏR BAŞ VERİR?
Tarix: 31-10-2022, 09:59 | Çap et
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR...
Naxçıvan MR Səhiyyə Nazirliyinin qapısı ağzında müfəttişlər peyda olar-olmaz nazir Niyazi Novruzovun "xəstəliyi" tutub. Dərhal əlinə qələm alıb ərizə yazmağa başlayıb. Ərizəsində bildirib ki, səhhətində meydana gələn problemlərlə əlaqədar işdən çıxmaq istəyir.

DİA.AZ bildirir ki, Ovqat.com-a bu barədə məlumatı Naxçıvan Respublika Xəstəxanasındakı mənbə verib.

Mənbənin iddiasına görə, müfəttişlər Niyazi həkimə «xəstələnməyə» hələ tələsməməsini və yoxlamaların nəticəsini gözləməsini məsləhət görüblər: «Əgər o, bu təftişdən "salamat" çıxa bilsə, istefa ərizəsini yazıb-yazmamağa özü qərar verə bilər. İşdir, şayət, şər deməsən, xeyir gəlməz, bu yoxlamalardan "salamat" çıxmasa, ərizə yox, izahat və ya ifadə yazmalı olacaq.

Deyilənlərə inansaq, yoxlamaların ilkin nəticəsi Niyazi həkimin vəziyyətinin ərizəlik olmadığını göstərir. Onun rəhbərlik etdiyi sahədə inanılmayacaq səviyyədə qanunsuzluqlar aşkarlanıb. Ən çox şübhə doğuran məqam isə sağlamlıq sığortası ilə bağlı olub.

Digər bənzər hadisə isə Naxçıvan MR Maliyyə Nazirliyində yaşanıb. Amma Niyazi həkimdən fərqli olaraq, Rafael Əliyevin ürəyi həqiqətən də sözünə baxmayıb.

İddialara görə, Naxçıvan Maliyyə Nazirliyində aparılan yoxlamalar zamanı məlum olub ki, nazir Rafael Əliyev korrupsiyada iştirak edib. Bunu binəva nazirin özünə də deyiblər. «Korrupsiya» sözünü eşidər-eşitməz, Rafael Əliyevin səhhəti pisləşib. Dərd burasındadır ki, onun bəxti Naxçıvan MR DGK-da aparılan yoxlamalarda da gətirməyib. Yoxlamalar zamanı müəyyənləşdirilib ki, Rafael Əliyev bu komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışarkən də korrupsiya ilə məşğul imiş. Qeyd edək ki, Rafael Əliyev 2020-ci ilin avqust ayına qədər Naxçıvan DGK-da işləyirdi. Bu dövrdə Rafael müəllim MR Dövlət Gömrük Komitəsinin xüsusi vəsaiti hesabına yığılan pulları elə həzmi-rabedən keçirirmiş ki, barəsində yayılan müxtəlif əfasanələr indiyədək köhnə iş yoldaşlarının dillərində dolaşır. Bu söz-söhbətə inansaq, Rafael müəllim öz ev əşyalarını belə Naxçıvan MR DGK-nin hesabına rəsmiləşdiribmiş. Hətta bu gün evində istifadə etdiyi unitazı da. Özü də unitazı neçəyə rəsmiləşdirsə yaxşıdır? - 1800 manata. Hər gün dövlətin 1800 manatlıq vəsaitini ən azı bir dəfə murdarlayan şəxsin indi «korrupsiya» adını eşidən kimi ürəktutmasına düşməsi bu mənada təəccüblü olmasa gərək. Görünür, onun gömrük sistemindəki korrupsioner bacarığı Ali Məclis sədri Vasif Talıbovu elə məftun edib ki, bu qabiliyyətdə olan bir təbərrük kadrın kiçik vəzifədə zay olmasını istəməyən «xan» həzrətləri Rafael Əliyevi 2020-ci ilin 19 avqustunda imzaladığı fərmanla Maliyyə naziri vəzifəsinə gətirib.

Vasif Talıbovun digər təbərrük kadrı, daha doğrusu, baş təbərrükü Azər Zeynalov barəsində də «ürəkağrıdıcı» məlumatlar gəlməkdədir. İddialara görə, həmkarı arasında «xan həzrətlərinin boz kardinalı» ünüylə məşhur olan Azər Zeynalovun sələhiyyətləri dondurulub. Onun ürəktutma krizisinə girib-girmədiyi barədə heç bir məlumat yoxdur. Amma «baş təbərrük»ün ya sərəncama göndəriləcəyi, ya da «öz xoşuyla» istefa verəcəyi gözlənilir.

Bu hələ Azər Zeynalov üçün sonun başlanğıcı da ola bilər. «Boz kardinal»ın qoluna qandal vurulması ehtimalı da masadadır. Naxçıvanda bütün korrupsiya və rüşvət mexanizminin başında dayanan, bir kəlməsi ilə iş adamlarından tutmuş xalq artistlərinə qədər hər kəsin taleyini dəyişdirən Azər Zeynalovun hətta ifadə verməsi üçün Bakıya dəvət olunduğu da gələn iddialar arasındadır. Niyə məhz Bakıya? Mənbəmizin bildirdiyinə görə, bu sualın bir neçə cavabı var. Ən inandırıcı cavab isə Azər Zeynalovdan Bakıda «xan» əleyhinə ifadə almaq ehtimalıdır. Görünür, bu adamın barəsində hələ də son qərarın verilməməsi Bakıdakı istintaqa nə dərəcədə doğru məlumat verib-verməməsinin araşdırılması ilə bağlıdır. «Boz kardinal»ın «xan» həzrətlərini Bakıda satıb-satmadığı, yəqin ki, yaxın zamanlarda aydınlaşacaq. Amma su boğazına çıxanda meymunların öz balalarını ayaqlarının altına aldığını nəzərə alsaq, «Boz kardinal»ın meymundan daha ağılsız olmadığını düşünmək üçün kifayət qədər əsas var. Üstəlik, «xan» onun balası da deyil.

Digər bir məlumata görə, yoxlamalar artıq Naxçıvanın mərkəzindən rayonlara keçib. Yoxlamalardan sonra Naxçıvandakı bütün strukturlarda ciddi dəyişikliklərin aparılması gözlənilir. Dəyişikliklər yalnız Əlinin papağının Vəlinin başına qoymaqla da tamamlanmayacaq. Bütün dövlət qurumlarında struktur dəyişikliklərinin aparılması planlaşdırılıb. Deyilənlərə görə, əsas dəyişikliklər bütün qurumların mərkəzi hakimiyyətə bağlanması ilə əlaqədar olacaq. Artıq Dövlət Təhlükəsizlik Xidmətində bu struktur dəyişikliyi baş verib. Naxçıvan MR DTX-sı ləğv olunub, yerində Azərbaycan DTX-nın Naxçıvandakı Bas İdarəsi yaradılıb. Hətta Baş İdarənin yeni adının lövhəsinin hazırlandığı, tezliklə onun qapısına yapışdırılacağı iddia olunur.

Digər güc strukturları, o cümlədən DİN, Miqrasiya və Ədliyyə sistemində də yoxlamalar aparılır və tezliklə Naxçıvan DTX-nın başına gələnlərin həmin qurumlarda da yaşanacağı bildirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04
“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59
Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56
Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44
Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33
Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27
Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10
Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08
Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08
Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04
2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54
Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50
ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45
Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41
Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37
Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15
Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11
Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09
DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru