“Yardım”, yoxsa dövləti gözdənsalma kampaniyası... — Vətəndaşları hökumətə qarşı qaldıranlar kimlərdir?!
Tarix: 14-04-2020, 12:14 | Çap et
İnsanların köməyə ehtiyacı olduğu zamanlarda, istər zəlzələ, istər də daşqın olsun, yaxud da indi dünyanın bəlasına çevrilən koronavirus, həmişə özünü reklam edənlər, vətəndaşın çətin günündən xal tutanlar olur. Biz bütün fəlakətləri, hətta, pandemiyanı da geridə qoya bilərik. Təəssüf ki, sağalmaz yaramız olan bu bəla Azərbaycan cəmiyyətinin arxasınca sürünməkdədir.
Bu koronavirus da kimlərin üçünsə reklam fürsətinə çevrilib. Bütün dünyada olduğu kimi Azərbaycanda da virusun yayılmasının qarşısını almaq üçün karantin rejimi tətbiq olunub və iş yerləri müvəqqəti olaraq bağlanıb. Hərçənd ki, bir çox ölkədən fərqli olaraq, Azərbaycanda hökumət vətəndaşın sosial çətinliklə üzləşməməsi üçün ciddi tədbirlər görür. Dövlət dəstəyi paketi qəbul edilib və bu istiqamətdə 2,5 milyard manat vəsait ayrılıb, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əmək haqqısının böyük hissəsi karantin müddətində dövlət tərəfindən ödəniləcək.
Bununla yanaşı, dövlət sektorunda 900 min, qeyri-dövlət sektorunda isə 690 min işçinin əmək haqqısı saxlanılmaqla məşğulluğu təmin olunub. Qeydiyyata düşmüş işsizlərə iki ay müddətində birdəfəlik ödəmələr verilir, buna paralel olaraq, yeni iş yerlərinin yaradılması da nəzərdə tutulur. Vətəndaşların kommunal ödəmələrinə güzəştlər edilir.
Bütün dünyada pandemiya əsasən sahibkarlara zərbə vurub, Azərbaycanda dövlət məhz bunu nəzərə alaraq, sahibkarlara kreditlərindən tutmuş, dəymiş ziyanın ödənilməsinə qədər köməklik göstərir. Dövlət gördüyü işlər çoxsaylıdır. Bu baxımdan, Azərbaycanda bu karantin dövründə insanların çox da əziyyət çəkməyəcəyini deyə bilərik. Amma dövlətin gördüyü bu qədər iş kənarda qalıb, özlərini şou-biznesin “çıraq tutanları” kimi aparanlar, kimlərinsə haralardan tapıb gətirdiyi və mədəniyyətimizə dürtdükləri bir qrup adam ortaya düşüb.
“Bu gün filan qədər insana yardım etdim, o gün filan qədər insana bunu etdim, aldım, verdim...” kimi reklam kampaniyaları aparırlar. Məşhur filmdə deyildiyi kimi, kontrabasda Ata Abdullayev, Bayram Nurlu, Rəqsanə, Kamil Zeynallı, Tolik və digərləri...
Yanlarına əlində telefon olan birini salıb, qapıları döyür, “vətəndaşlara kömək edirik” görüntüləri çəkir, həm də dövlətin vətəndaşı üçün etdiklərini sabotaj etməyə cəhd edirlər.
Əvvəlcə köməklik məsələsinə toxunaq. Kiminsə kiməsə kömək etməyi normaldır, hətta alqışlanan haldır. Adıçəkilən bu şəxsləri də alqışlamaq istəyərdik, amma onların səmimi olmadığı ortadadır. Əgər həqiqətən də kömək etmək istəyirlərsə, o zaman, bunu niyə videolentə alırlar?! Axı bununla onlar tək özlərini reklam etmirlər, həm də qapısını döydüyü vətəndaşları çətin vəziyyətə salırlar. Görüntülərə baxanda yardımı qəbul edən vətəndaşların sıxıldığını görməmək üçün kor olmaq lazımdır. Amma bu yardımı edənlər verdiklərini cəmiyyətin gözünə soxa-soxa reklam edir, bundan xal tuturlar.
Hər şey bununla bitsəydi, onların “reklamlarını” ciddiyə almamaq olardı. Amma bu reklamların altında dövlətin vətəndaşa xidmətinin sabotajı yatır. “Reklamlı yardım” edənlərin dilindən “görün camaat nə gündə yaşayır” fikirləri, “xalq pis gündədir”, “acından ölür” kimi ibarələr də əskik olmur. Burada iki ehtimal önə çıxır:
Birincisi, onlar özlərini “yaxşı” göstərmək üçün belə kampaniyalar aparır,
İkincisi, prosesin arxasında hansısa əl var.
Hər iki ehtimalda dövlətə qarşı təxribat hiss olunur. Burada bəzi detallar da diqqətdən qaçmır. Misal üçün, Rəqsanə Rusiyada yaşayır, Kamil Zeynallı deyir ki, Almaniyada və Rusiyada yaşayan azərbaycanlılar “yardım kampaniyası” üçün ona maliyyə göndərirlər, Bayram Nurlu və Tolikin arxasında da hansısa qüvvənin olması da şübhəsizdir.
Bu və digərləri “reklamlı yardımlar”da dövlətə qarşı çağırışlar edirlərsə, kimsə zəmanət verə bilməz ki, prosesin arxasında idarəçilər var. Əgər bir tanınmış şəxs yardımlarla özünü reklam edirsə, həm də “camaat acından ölür” tipli kampaniyalar aparmaqla Azərbaycan dövlətinə qarşı bəlli dairələrin iddialarını təkrarlayırsa, bu, “dövlətə qarşı sabotaj oyunu oynanılır?” sualının yaranmasına səbəb olur.
“Reklamlı yardım” edənlər və dövlətə qarşı kampaniya aparanlar haqda “siz kimsiniz, bu qədər sərvəti necə qazanmısınız?” sualı da ünvanlanmalıdır. Axı Rəqsandən tutmuş Tolikə qədər “reklamlı yardım” edən bu şəxslər indiyə qədər Azərbaycan dövlətinin yaratdığı şərait hesabına varlanıb, başqalarına yardım edəcək qədər sərvət toplayıb və bu yardımı reklam edərək, dövləti sabotaj edəcək qədər özlərinə güvəniblər. Necə olur, sən bu ölkədə qazandığın pulnan bu ölkənin vətəndaşına yardım edə bilirsən, həm də bu ölkəni bəyənmirsən? Axı onlara kim bu qədər toxunulmazlıq verib ki, qeyri-müəyyən yollarla qazandığı pullarla anti-dövlət təbliğatı aparsın?
Bu sualların cavabı verilməsə, prosesin təhlükəli məcralara doğru gedəcəyi istisna deyil. Çünki prosesin əsas istiqaməti bilərəkdən, yaxud bilməyərəkdən vətəndaşın dövlətə qarşı qaldırılması, həmçinin, vətəndaşın problemini həll etmək üçün dövlətə yox, onlara üz tutmasıdır. Təcrübə göstərir ki, belə hallar sonrakı təhlükələrin başlanğıcı olur.
Burada cəmiyyət və dövlət birgə hərəkət etməlidir. Xalq bu cür “reklamlı yardımları”na yox deməli, kimlərinsə onlar üzərindən xal qazanmasına imkan verməməli, əvəzində isə dövlətin müvafiq qurumları həmin imkansız vətəndaşlara təcili yardım göstərməli, eyni zamanda dövlətin müvafiq orqanları da yarana biləcək mümkün təhlükələri indidən düşünməlidirlər...
P.S. Bilirəm ki, bu yazıdan sonra məni qınayan adamlar da tapılacaq. Ancaq nəzərə almalıyıq ki, Azərbaycan xalqı 1 milyona yaxın qaçqın və məcburi köçkünə səbəb olan I Qarabağ müharibəsinə şahidlik edib. O zaman da Azərbaycan xalqının birliyi, həmrəyliyi və imkansız ailələrə yardım etmək kimi xeyrxah əməlləri var idi. Ancaq o dövrdə əl tutan insanlarımız imkansızlara 1-2 kiloqram kartof, makaron payı verərək, özlərini reklam etmirdilər. Bəs bu gün müharibə şəraitində yaşayan bir xalqı dünyaya belə rəzil və aciz formada təqdim etmək kimlərin marağındadır? Zaur Hacılı Demokrat.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
|