“Rayonda özbaşınalıq baş alıb gedir” - NARAZILIQ...
Tarix: 8-01-2020, 09:50 | Çap et
Cəlilabad rayon sakini Nahid Abdullayev AYNA-nın redaksiyasına müraciət edib. Onun sözlərinə görə, 7 nəfərdən ibarət olan ailəsində yaşlı ata və anası işləmək qabiliyyətində deyil, 3 azyaşlı övladı var və onlara qulluq etdiyi üçün həyat yoldaşı da işləmir.
“Özüm də illərdir ki, işləmirəm, iş tapa bilmirəm. Bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə, Məşğulluq Mərkəzinə dəfələrlə müraciət etmişəm, lakin səsimə səs verən olmayıb. Təsərrüfat üçün dəfələrlə müraciət etmişəm, heç bir nəticə yoxdur. Burada özbaşınalıq baş alıb gedir. Sanki rayon məmurlara məxsusdur”, - deyə şikayətçi bildirir.
Abdullayevin problemi bununla da bitmir: “Mənim Ədliyyə Nazirliyində təsdiq olunmuş çıxarışlı, nizamnaməli, möhürlü “Ceyrankeçməz” kiçik müəssisəmi əlimdən alıblar. İcra hakimiyyətinin başçısı Namiq Zeynalov mənim şəxsi torpaq sahəmi kimlərəsə icarəyə verib. Öz torpaq sahəmdən özüm istifadə edə bilmirəm”.
Şikayətçi problemlərini sadalamaqda davam edir: “Cəlilabad rayon Heydər Əliyev prospektində yerləşən küçəmizdə, 2011-ci ildə sakinlər tərəfindən qaz xətti çəkilib, sonradan “Azəriqaz” həmin xətti öz balansına keçirsə də, yararsız halda olan xətti bərpa etmirlər ki, “vəsait yoxdur”. Küçənin elektrik xəttini də vaxtilə sakinlər öz vəsaitləri hesabına çəkdiriblər, transformator qoydurublar. Lakin Cəlilabad işıq idarəsinin rəisi, baş mühəndis vəzifəsini icra edən Əbdülhəsən adlı şəxs gecə ilə həmin transformatoru oğurlayaraq satıb. Mən idarəyə gedərək transformatorun hara yoxa çıxdığını öyrənmək istədim, həmin şəxs mənə “Transformatoru mən satmışam və yaxşı etmişəm, get hara və kimə şikayət edirsən, et” cavabını verdi”.
“Ümumiyyətlə, Cəlilabad rayonunda özbaşınalıq baş alıb gedir və buradakı məmurlara biri “dur!” deyə bilmir. Xahiş edirəm, bütün dediklərimi olduğu kimi işıqlandırın ki, burda baş verənlərdən hamının xəbəri olsun. Mən artıq bezmişəm. Son əlacım odur ki, ailəmi də götürüb, sərhədi keçib İrana üz tutam və Azərbaycanın vətəndaşlığından imtina edəm. Mən və ailəm artıq çıxılmaz vəziyyətdə qalmışıq”, - deyə şikayətçi vurğulayır.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən AYNA-ya çox qısa cavab verməklə kifayətləndilər. Məsələn, sakinin torpaq sahəsinin mənimsənilməsi barədə şikayətinə belə cavab aldıq: “O məsələ ilə bağlı araşdırma aparılır”.
Digər problemlərə gəlincə, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov da qaz xəttinin yararsız olması məsələsinin araşdırılacağını dedi.
“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanırverdi Mustafayev isə AYNA-ya bildirdi ki, şikayətçinin iddia etdiyi həmin transformatoru heç kim oğurlaya bilməz: “Bu, mümkünsüz olan bir şeydir. Orda yüksək gərginlikli xətlər keçir. Uşaq oyuncağı deyil, kimsə götürüb aparsın. Həm transformator ordan götürülübsə, belə çıxır ki, həmin ərazi işıqsız qalıb? Bu, inandırıcı deyil. Kimsə kiminləsə şəxsi qərəzinə görə belə iddialar səsləndirir”.
Şikayətçi isə deyir ki, həmin ərazidə üç küçə var və hər bir küçə üçün də üç ayrı transformator olub: “Bizim küçənin transformatorunu öz hesabımıza yerləşdirmişdik. Onlar isə üç küçənin elektrik enerjisini bir transformatora birləşdirərək, qalan ikisini yoxa çıxarıblar ki, o ikisindən biri də bizim öz hesabımıza aldığımız transformator idi. Öz hesabımıza alınan transformatoru niyə kimsə aparıb satmalıdır?”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
|