Bankir ailəsinə "pul yumağa" kimlər kömək edib? - Cahangir Hacıyevin 70 min dollarlıq maaşı və Zamirənin dəbdəbəli həyatı
Tarix: 1-08-2019, 10:09 | Çap et
“Bloomberq” agentliyi “Azərbaycan Beynəlxalq Bankının pulları necə yeyilib?” başlıqlı məqalə dərc edib.
Cebhe.info-nun məlumatına görə, məqalədə Beynəlxalq Bankın hazırda həbsdə olan sədri və onun həyat yoldaşı, Londonda korrupsiya ittihamı ilə saxlanılmış Zamirə Hacıyevanın maliyyə maxinasiyalarından bəhs edilir.
“Cahangir Hacıyev və onun həyat yoldaşı Zamirə Hacıyeva “çirkli pul”ların hesabına yaşayıblar. “2003-2015-ci illəri əhatə edən dövrdə Hacıyevlər Böyük Britaniyada böyük sərvət xərcləyib. Onlar Londonun dəbdəbəli Naytsbric rayonunda taunhausa 11,5 milyon funt- sterlinq, qolf meydanına, eyni zamanda məşhur Askot ippodromu yaxınlığındakı kluba daha 10,5 milyon funt- sterlinq ödəyiblər. Onlar 42,5 milyon dollara yeni “Gulfstream” təyyarəsi alıblar. Bununla yanaşı, 35 ədəd kredit kartına sahib olan Zamirə Londonun ən məşhur “Harrods” univermağında pulları sağa-sola xərcləyib. O, təkcə bir həftə ərzində zərgərlik məmulatlarına, dizayner geyimlərinə və başqa məhsullara təxminən 725 min funt- sterlinq xərcləyib. Halbuki, ərinin 2008-ci ildə Azərbaycan Beynəlxalq Bankında illik əməkhaqqı 70650 dollar təşkil edib, özünün isə ciddi gəlir mənbəyi olmayıb.
Lakin məxariclə mədaxil arasındakı böyük fərqə baxmayaraq, bir sıra vasitəçi - hüquqşünas, mühasib, investisiya məsləhətçisi və başqa mütəxəssislər cütlüyə sərvətini Böyük Britaniyada aktivlərə yatırmağa kömək edib”, - deyə “Bloomberq” yazıb.
Sözügedən agentlik Azərbaycandan “çirkli pul”ların yuyulmasında Cahangir Hacıyevə kömək edən şirkətlərin adlarını açıqlayıb. Onların arasında fidusiar xidmət göstərən “TridentTrust” və multiailə ofisi adlanan “WernerCapital” şirkətləri də olub. “NCA” (Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik) məlumat verir ki, bu müəssisələr qolf klubu almaq üçün Normand adaları və Böyük Britaniyada hüquqi şəxslərin yaradılmasına kömək ediblər.
Londonda yerləşən “Werner Capital” yüksək risk dərəcəsinə görə banklardan rədd cavabı alan ultrazəngin müştərilərə xidmət göstərən hibrid investisiya şirkətidir. Şirkət “Deutsche Bank AG” və “HSBC Holdings Plc” banklarının keçmiş rəhbəri Tomas Mateos Verner tərəfindən təsis edilib. “WernerCapital” iqamətgahların alınmasından tutmuş vizaların əldə edilməsi və uşaqların Böyük Britaniyanın ən yaxşı məktəblərinə düzəldilməsinə kimi bir çox məsələdə ailələrə yardım edir. Bu şirkət Zamirə Hacıyevanın işi ilə əlaqədar “NCA”-nın diqqət mərkəzinə düşüb. “Çirkli pul”ların yuyulması ilə ciddi mübarizəyə başlayan agentlik hesab edir ki, London bütün dünyadan qanunsuz yolla əldə edilmiş pulları cəlb edir.
Cahangir Hacıyev 2003-cü ildə Vircin adalarında yerləşən saxta şirkət vasitəsilə 2,5 milyon funt-sterlinqə Naytsbricdə ev alıb. Hərçənd həmin vaxt onun illik əməkhaqqı 36 min dollardan az olub.
Hacıyevlərin əldə etdiyi ikinci mülk elit Belqreyviya rayonunda 3,2 milyon funt- sterlinq dəyərindəki mənzil olub. 2006-cı ildə “Harrods” univermağının loyallıq proqramına qoşulan Zamirə Hacıyeva növbəti 90 gün ərzində “Louis Vuitton” və başqa brendlərin məhsullarına 15 min funt- sterlinqdən çox pul xərcləyib.
2011-ci ildə “WernerCapital” İsveçrənin “EFGInternational” bank qrupu üçün Cahangir Hacıyevin kapitalı haqqında hesabat hazırlayıb. Həmin sənədə əsasən, Hacıyevin aktivləri 72,6 milyon dollar təşkil edib. Bura İsveçrənin “Bordier & Cie” adlı başqa bir bankında saxlanılan 4,5 milyon dollar, həmçinin Azərbaycanda bir neçə iqamətgah və Sardiniyada 15 milyon dollar dəyərində villa daxildir.
Siyahıda həmçinin Londonun cənub-qərbindəki nüfuzlu Sent-Corcs-Hilldə yerləşən Uorreners adlı 1,5 akrlıq torpaq sahəsi yer alıb. Həmin torpaq sahəsi 3,7 milyon funt -sterlinq dəyərindədir.
2013-cü ildə “WernerCapital” Cahangir Hacıyevə daha mürəkkəb saziş həyata keçirməyə kömək edib. Sabiq bankir Berkşirin yaşıllıq kənd bölgəsində 170 akrlıq (1 akr 4046,86 м² -dir-red.) sahədə yerləşən “Mill Ride & Country Club” qolf klubunu alıb. Hacıyev buna görə 10,5 milyon funt sterlinq ödəyib.
Cahangir Hacıyev 2016-cı ildə həbs edildikdən sonra həyat yoldaşı Zamirə “Christie's” hərrac evi vasitəsilə özünün “Cartier”, “Boucheron” və “Van Cleef & Arpels” kolleksiyasından olan zinət əşyalarını satmağa başlayıb. O, 2016-cı ilin iyun ayınadək 1,5 milyon funt sterlinq toplaya bilib.
2016-cı ilin aprel ayında Böyük Britaniyada qəbul edilən qanuna əsasən, ölkədə fəaliyyət göstərən şirkətlər sxemə daxil olan vasitəçi şirkətlərin sayından asılı olmayaraq yekun sahibkarlar haqqında informasiya təqdim etməlidir.
Elə həmin il “MRGC” şirkətinin təqdim etdiyi altı səhifəlik sənəddə qeyd edilib ki, Zamirə Hacıyeva trast vasitəsilə şirkətin ən azı 75 faizinə nəzarət edir. Ancaq qanun qüvvəyə minən gün Zamirəni Kiprdə hüquq şirkətinin başçısı Andreas Georgiu adlı bir nəfər əvəzləyib. Zamanla Georgiu nəzarəti qardaşı qızı Yelena Georgiuya ötürəcək.
“Amma Zamirə Hacıyevanı ən çox Azərbaycana ekstradisiya edilə biləcəyi narahat edir. Belə olduğu təqdirdə onu da ərinin aqibəti gözləyəcək. İyunda baş tutan məhkəmə dinləmələrində Azərbaycanın maraqlarını təmsil edən vəkil Hacıyevanın mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olduğunu qeyd edib, onu “çirkli pul”ların yuyulmasında ittiham edib. Zamirə Naytsbricdəki evində məhkəmənin qərarını gözləyir”, - məqalənin sonunda deyilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
|