Adil Vəliyev sakinlərdə narazılıq yaradır - FOTOLAR
Tarix: 25-02-2017, 09:33 | Çap et
Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/2 ünvanında yerləşən binanın sakinləri fevralın 24-də rayonun icra hakimiyyətinin qarşısında aksiya keçiriblər. Sakinlər yaşadıqları binanın həyətində icra hakimiyyəti tərəfindən aparılan tikinti işlərindən narazıdırlar. Onlar bildiriblər ki, aparılan tikinti işlərinin nəticəsində yolları bağlanıb, uşaqlarının oynaması üçün həyətdə heç bir yer qalmayıb.
Problemi işıqlandırmaq üçün yuxarıda qeyd etdiyimiz ünvanda olub, sakinlərin narazılıqlarını dinlədik. Biz orada olduğumuz zaman binanın demək olar ki, bütün sakinləri tikinti aparılan yerin ətrafına toplaşıb, buna mane olmağa çalışırdılar.
Sakin Fəridə Əliyeva bildirdi ki, 1978-ci ildən Sülh küçəsi 14/2 ünvanında yerləşən binada yaşayır:
“Bu ərazidə 1987-ci ildə mərasim evi tikdilər. Bəzən burada hətta toy da edirdilər. Sonra isə baxımsızlıqda tikili dağıldı. İndi isə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri binanın həyətini tamamilə dəmir hasara alıb, tikinti işləri aparırlar. Binanın qarşısı avtomobil yoludur və günün hər saatı buradan avtomobillər keçir. Sakinlər indi tikinti aparıldığı yerdə istirahət edirdilər, uşaqlarımız orada oynayırdılar. Eyni zamanda buradan keçib, uşaqları məktəbə aparırdıq. Hazırda isə hər tərəfi hasara alıblar və tərpənməyə yerimiz yoxdur. Deyirlər ki, burada mərasim evi tikiləcək. Bizə mərasim evi lazım deyil. Kiminsə də yaxını rəhmətə gedəndə, çadır kirayələyib, məclisini qurur. Bütün bu məsələlərlə bağlı Sabunçu rayon İcra hakimiyyətinin qarşısında aksiya keçirdik. Aksiyadan qayıdanda icra başçısı Adil Vəliyev qarşımıza çıxdı. Ona dərdimizi dedik. İcra başçısı bizə bildirdi ki, orada mərasim evi tikilir. Biz də bildirdik ki, bizə mərasim evi lazım deyil. Ora iki binanın həyətidir. Hər tərəf də maşın yoludur. Bu ərazidə park, uşaqların oynaması üçün yer olmalıdır. Bəs bu uşaqlar harada oynasınlar. İcra başçısı da bizə bildirdi ki, tikinti işləri dayandırılacaq və hasar dərhal söküləcək. Ancaq tikinti aparan şəxslər söylədilər ki, bizə işin dayandırılması ilə bağlı tapşırıq verilməyib. Ona görə də heç bir işi dayandırmırıq”.
Sakinlər bildirdilər ki, burada mərasim evini tikib, pullu formada başqalarına icarəyə verməyi düşünürlər. Buna görə də tikinti dayanmayana qədər mübarizələrindən çəkinməyəcəklər.
Sakin Zülfiyyə İbrahimova da bildirdi ki, ailəsində xəstə var və yolu hasarladıqları üçün xeyli əziyyət çəkirlər: “Bacımın uşağı xəstədir. Bunlar da pilləkəni hasara alıblar. Bəs bu uşağı necə aşağı endirək? Binada ürək əməliyyatı keçirən, səhhətində problemi olan şəxslər var. Onlar həyətə düşüb hara getsinlər? Harada otursunlar? Binanın hər tərəfi yoldur. Bəyəm iki binanın heç olmasa bir həyəti olmalıdır, yoxsa yox?”
Sakinlər söylədilər ki, tikinti işləri dayanmasa yolu kəsib, qurulan hasarı söküb, aksiyalarına davam edəcəklər. Məsələ ilə bağlı binanın Mənzil İstismar Sahəsinin müdiri Əlixan Məmmədovun da mövqeyini aldıq. Ə. Məmmədov “Yeni Müsavat”a bildirdi ki, sakinlərin istəkləri icra hakimiyyəti tərəfindən nəzərə alınacaq və onların istəklərinə uyğun şəkildə qərar veriləcək:
“Burada əvvəl bərbad şəkildə mərasim evi olub. İndi isə ərazidə 14/1 və 14/2 binalarının sakinləri üçün mərasim evinin tikilməsi nəzərdə tutulub. Burada yaşayan sakinlər üçün həmin mərasim evi pulsuz olacaqdı. Bunu da binanın sakinləri istəmirlər və iradlarını bildirirlər. Onların iradları nəzərə alınıb və icra başçısı tərəfindən müvafiq tapşırıq verilib ki, camaatın haqlı şikayətlərinə baxılsın. Artıq ərazidə tikinti işləri də dayandırılıb”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|