Bakıda şok sələmçilik olayları - “qara rieltor”un arxasında hansı məmur dayanır?
Tarix: 11-02-2017, 10:24 | Çap et
Bir qrup Bakı sakini AFN-ə müraciət edərək “qara rieltor”un qurbanı olmaları, icra məmurları tərəfindən haqsızlıqla üzləşmələri haqda bildiriblər. Müraciətlərdə Rəşidov Rövşən Baba oğlu tərəfindən aldadıldıqlarını iddia edən sakinlər adıçəkilən şəxsin faizə pul verərək qazanc götürdüyünü, bunu isə qanunsuz edərək külli miqdarda vəsaiti vergidən yayındırdığını bildirirlər. Eyni zamanda şikayətçilər R.Rəşidovun hansısa gözəgörünməz qüvvə tərəfinfən himayə edildiyini, onunla bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlərin araşdırılmadığını, hətta məhkəmələrdə belə onun mənafeyinə uyğun qərarlar çıxarıldığını iddia edirlər.
Bir surəti ölkə prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə şikayətçi Sofiyev Elçin bildirir ki, Bakı sakini Rəşidov Rövşən Baba oğlu qanunsuz olaraq vətəndaşları özündən aslı vəziyyətə salır, onların evlərini əllərindən alır. Bunu isə “qara rieltor”luqla məşğul olaraq (faizə pul verməklə) edir: “Onun bu qanunsuz hərəkətlərinin qurbanı biz də olmuşuq. Ondan faizə pul götürmüşük, ikiqat artıqlaması ilə qaytarmışıq, lakin o, faiz üstə faiz yükləyərək bizi özünə borclu çıxarıb. Belə ki, biz R.Rəşidovdan götürdüyümüz puldan iki dəfə artıq faiz ödəmişik, o isə bizim hələ də ona götürdüyümüzdən də çox faiz borcumuzun olduğunu deyir. Vaxtilə pul müqabilində bağladığımız alqı-satqı müqaviləsini əsas tutaraq, bizi məhkəməyə verib ona olan borcumuzdan dəfələrlə baha olan evimizi əlimizdən alıb. Bu ev 50 il Bakı dövlət universitetində tarix fakultəsində kafedra müdiri işləmiş atam Sofiyev Məhəd Mahmud oğlunun evidir. Ümumilli lider təhsildə göstərdiyi nailiyyətlərə görə atamı sağlığında “Tərəqqi” ordeni ilə təltif etmişdi. Bizə haqlı olduğumuz və əlimizdəki mötəbər sübutlara əsasən kömək etməyinizi xahiş edirik. Prokurorluq heç bir araşdırma aparmadan Rəşidov Rövşən Baba oğlunun saxta müqavilələrlə vətəndaşların evlərini adına keçirməsi, həmin evləri sataraq qanunsuz gəlir əldə etməsi, vergidən yayınması faktlarını nəzərə almaq istəmir. Bu azmış kimi, həyat yoldaşımın Ali Məhkəməyə etdiyi müraciət baxılma mərhələsində olsa da, Yasamal rayon icra şöbəsi əvvəlki instansiyanın qərarını icra etdi Bu gün biz evdə olmadığımız halda icra məmurları gələrək qapımızı sındırıb icranı reallaşdırdılar. İcra zamanı evdə heç kim yox idi, heç qonşulardan şahid də çağırılmadı”.
Digər şikayətçi Kərimov Məmməd Abdulla oğlu da R.Rəşidovun dələduz əməlləri ilə üzləşdiyini yazır: “Rəşidov Rövşən Baba oğlundan sələmə pul qötürmüşdüm və aldığı pulun təminatı olaraq mənə məxsus olan mənzili müvəqqəti olaraq Rövşənin təşəbbüsü və tələbi ilə onun adına rəsmiləşdirmişdim. Dələduz Rövşən Rəşidov mənə söz verərək bildirmişdi ki, öz adına çıxarış almayacaq. Lakin o, mənə məxsus olan evi mənimsəyərək öz adına çıxarış alıb. Qeyd etmək istəyirəm ki, Rövşən Rəşidovdan götürdüyüm pulun uzun illərdir ki, külli miqdarda faizini vermişəm. Bu səbəbdən də, Rövşən tərəfindən 2016-cı ilə qədər mənim və ailə üzvlərimin həmin mənzildən çıxarılmamız barədə tələbləri olmayıb. Mən ona ödəməli olduğum əsas və faiz borcumu qaytarmağı və mənzilin tərkrar mənə alqı-satqı yolu ilə qaytarılmasını təklif etdikdə o, buna razılaşmadı. Mənzili tam olaraq əldə etmək üçün mənə qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma barədə məhkəmədə iddia qaldırdı və mənim ona qarşı iddia tələbimdən sonra onun tərəfindən qaldırılmış mülki işin icraatı dayandırıldı. Mübahisəli mənzilin alqı-satqı müqaviləsinin formal xarakter daşımasını həm alqı-satqı zamanı həmin mənzilin həmin dövr üçün real bazar qiymətindən dəfələrlə aşağı göstərilməsi, həm də mənim həmin mənzildən istifadəmdə heç bir məhdudiyyət qoyulmaması və s. kimi hallar təstiq edir. Mənə sonradan məlum olub ki, Rəşidov Rövşən Baba oğlu eyni üsullarla digər şəxsləri da aldadaraq mənzillərini dələduzluq yolu ilə ələ keçirib. Bununla bağlı biz kollektiv surətdə hüquq-mühafizə orqanlarına, millət vəkillərinə müraciət etmək məcburiyyətində qalmışıq”.
Başqa bir şikayətçi Səlimova Nüşabə Adil qızı ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 108, 58 №-li mənzilinin qanunsuz və dələduzluq yolu ilə R.Rəşidov tərəfindən ələ keçirildiyini deyir: “Belə ki, tənha qadın olduğumdan və qanunları bilmədiyimdən, mənim etibarımdan sui-istifadə edən Rəşidov Rövşən Baba oğlu “ƏmrahBank”ın VİP filialında işləyən Sənan adlı şəxslə əlbir olaraq evimi girova salmış və pulumu mənimsəmişlər. Onlar əlbir olaraq istənilən qanunsuz hərəkətlər edirlər. Mən tək olduğumdan və həyəcan içində yaşadığımdan tez bir zamanda banka olan borcumu bağlayacaq və yerdə qalan məbləği isə mənə verəcəkdilər ki, mən həmən pula özümə mənzil alım. Bu prosesslərin bir gün içində necə baş verdiyini mən hələ də anlaya bilmirəm. “ƏmrahBankın” əməkdaşı Ceyhun və sonradan tanıdığım Rəşidov Rövşən Baba oğlunun anası bizim evə gələrək evi boşaltağımı tələb etdilər: “Notariusda alqı-satqı müqaviləsini imza edərkən mənə onu oxumağıma imkan verməmişdilər. Ceyhun və Rəşidov Rövşən Baba oğlu bildirdilər ki, bu, formal bir müqavilədir. Həmçinin qeyd etmək istəyirəm ki, mən 4 ildir, kirayələrdə yaşayıram və dələduz Rəşidov Rövşən Baba oğlunun qurbanlarından birinə çevrilmişəm. Lakin o, dövlət idarələrini rüşvətlə şirnikləşdirərək insanların ailələrinin dağılmasına, onların evsiz qalmasına nail olur. Bu məsələ ictimailəşməli və haqqın bərqərar olması üçün çalışmalıyıq. Ümid edirik ki, şikayətimiz araşdırılmamış qalmayacaq. Cünki Sizə üz tutan biz ailələr respublikada qanunların işlənməsində və dələduzların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində vətəndaşların hüquq və azadlıqlarının qorunmasında Sizin təşəbbüsünüzü hər zaman görmüşük”.
Şikayətçilər həmçinin iddia edilir ki, R.Rəşidov özünün yüksək səviyyədə himayə edilməsi haqda xəbər yayıb.
Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.
P.S. AFN-ə R.Rəşidovun Bakı şəhərindəki notariuslarda bağladığı onlarla alqı-satqı müqaviləsinin surəti təqdim edilib. Həmin müqavilələrin reallığa və qanunauyğunluğu istiqamətində araşdırmalar aparırıq. Həmçinin müvafiq dövlət qurumlarına sorğu göndərərək R.Rəşidovun rieltor fəaliyyətinin qanuni olub-olmamasını aydınlaşdırmağa çalışacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|