Ağdam RİH-dən narazı olanların yeri “dəlixana”dır? - İDDİA
Tarix: 24-12-2016, 10:34 | Çap et
Sovet vaxtı da məmurlar qanunsuzluğa yol verirdilər. O zaman məmur özbaşınlığından narazı qalanlara “ruhi xəstə” damğası vurulur və psixi klinikalara salınırdılar. Bu “xəstə”lərin saxlanması isə dustaqların saxlanma şəraitindən az fərqlənirdi. Dekabrın 20-də LEGİON-da “Ağdam RİH başçısının müavini 5 min manat pulumu aldı, özümü də kanala atdırdı” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Ağdam rayon Baharlı kənd sakini Fəridə Vəliyevanın şikayəti dərc olunmuşdu. “1988-ci ildən Baharlı Kənd Uşaq Bağçasında tərbiyəçi işləyirdim. Heç vaxt nə kollektivlə, nə uşaqlar və ya onların valideynləriylə, nə də başqa bir problemim olmayıb. Son illərdə Ağdam RİH-də bağçalara nəzarət edən Ağa Zeynalov biz tərbiyəçilərdən davamlı pul yığımına başlayıb və müxtəlif aylarda cürbəcür bəhanələrlə bizdən pul alıb. Üç-dörd aydan bir kurs adı ilə bizdən 500 manat alırdı. Bizim maaşımız isə 144 manat idi və bu pul elə Ağa Zeynalovun “yığım”larına gedirdi. 2015-ci ilin avqustunda Ağa Zeynalov mənə bildirdi ki, ixtisar olacaq, əgər işdə qalmaq istəyirsənsə 5 min manat gətirməlisən. Mən borc-xərclə bu pulu hazırladım və rayon mərkəzindən aralıda, artezian yaxınlığında ona 5 min manatı əlbəəl verdim. Ağa Zeynalov pulu almağa qara rəngli “Hundai Sonata” ilə gəlmişdi. Bir müddət sonra eşitdim ki, ixtisara düşmüşəm. Ağa Zeynalovun yanına gedib ondan pulumu geri istədim. O isə dedi ki, sənə bir qəpik də verməyəcəm. Başçı Raqub Məmmədovun qəbuluna düşmək istəsəm də, heç cür buna imkan vermədilər. Nəhayət, dekabr ayında növbəti dəfə pulumu tələb edib, yenə də evə kor-peşman qayıdarkən, “Niva”da olan iki şəxs yaxınlaşaraq, başıma torba keçirdilər. Məni Ağcabədi rayon ərazisinə aparıb, kanala atdılar. Həmin şəxslər mənə Ağcabədidən olduqlarını və Ağa Zeynalovun sifarişini pulla yerinə yetirdiklərini dedilər. Mən kanaldan necə xilas oldum, bir Allah bilir. Kanalın kənarındakı armaturlardan yapışıb birtəhər özümü kənara çıxara bildim. Ondan sonra köməyə çatan şəxslər məni xəstəxanaya apardılar, amma kimin etdiyini biləndə orda da məni qəbul etmək istəmədilər. Qolumda, qıçlarımda sınıq var idi. Nə Ağdam Rayon Xəstəxanası, nə də Ağdam RPŞ yaxın düşmədi. Özüm sınıqçıya getdim və evdə müalicə aldım. Hara müraciət etsəm də, heç bir nəticə hasil olmur. Ağa Zeynalov mənim guya qohumlarımın adından saxta imtina ərizələri hazırlayıb, haqqımda xoşagəlməz şayiələr yayır”, - deyə Fəridə Vəliyeva bildirib (legion.az). Dekabrın 22-də LEGİON əməkdaşı Ağdam RİH başçısının müavini Ağa Zeynalovla əlaqə saxladı. “Fəridə Vəliyeva psixi xəstədir. Mənim haqqımda yalan məlumatlar yayır. Onu məhkəməyə verməyə hazılaşıram”, - deyə Ağa Zeynalov LEGİON-a bildirdi. Fəridə Vəliyeva doğrudanmı ruhi xəstədir? Biz bu sualı Ağdam psixi dispanserinin baş həkimi Tofiq Qədimova vedik. “Mən sizin sualınıza dəqiq cavab verə bilmərəm. Amma deyə bilərəm ki, Fəridə Vəliyeva bizim dispanserdə qeydiyyatda olsaydı, bundan dəqiq xəbərim olardı”, - deyə T.Qədimov cavab verdi. Psixoloq Dəyanət Rzayev isə bu məsələni LEGİON-a belə şərh edib: “Qeyd etmək istərdim ki, Ağdam RİH başçısının müavinin kiməsə ruhi xəstə damğası vurmağa ixtiyarı yoxdur”. Onun sözlərinə görə, kiminsə ruhi xəstə olmasına ancaq psixiatrik ekspertiza rəy verə bilər. Və bu rəyi bir psixiatr yox, bütöv bir həkimlər konsiliumu verir”, - deyə psixoloq vurğulayıb. D.Rzayev qeyd edib ki, vətəndaşı psixi xəstəlikdə ittiham etmək böyük mənəvi zərbə sayılır: “Bu məmur məhkəməyə müraciət edərək, Fəridə Vəliyevanın tibbi müayinəsini tələb edə bilər”.
Hüquq müdafiəçisi, “Konstitusiya” Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirir ki, kimisə “psixi xəstə” adlandırmaq üçün məhkəmə qərarı və həkim rəyi olmalıdır: “Əks təqdirdə, bu, böhtan sayılır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|