Azərbaycan Sahibkarlar Konfederasiyası sədrinin elmi işində ciddi qüsurlar aşkarlanıb - İTTİHAM VAR
Tarix: 6-12-2016, 08:26 | Çap et
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) və bir sıra qurumlara rəhbərlik edən Məmməd Musayev elm sahəsində də nailiyyətlər qazanmaq istəyir. Ancaq onun bu yolda atdığı addımlarda ciddi nöqsanlar üzə çıxıb.
Gəncədən "Reytinq"ə daxil olan məlumata görə, biznes və digər sahələrdə zəngin karyera sahibi olan ASK sədri Məmməd Qurban oğlu Musayev elmi işinin müdafiəsinə hazırlaşır.
Məlumatda bildirilir ki, "Aqrar sahədə intensiv inkişafın iqtisadi problemləri" mövzusunda "İqtisad üzrə elmlər doktoru" elmi dərəcəsi almaq istəyən Məmməd Musayev bu məqsədlə 5312.01-"Sahə iqtisadiyyatı" üzrə yazdığı avtoreferantında ciddi qüsur və səhvlərə yol verib.
"Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin onlarla yetirməsi aylarla müdafiə növbəsi gözləyir. Uzun müddət Dissertasiya Şurasında elmi katib olan Vahid Əmrahovu doktorluq dissertasiyasını müdafiəetməyə imkan vermirlər. Amma bir bines adamının qarşısına qaçır, ona "yaşıl işıq" yandırırlar",-deyə Gəncədən bildiriblər.
Onu da qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev biznes adamlarının elm sahəsinə gəlməsini kəskin şəkildə tənqid etsə də, bu tənqidlər də Məmməd Musayevi elmi dərəcə almaq istəyindən çəkindirməyib.
Aqrar Universitetdə elmi iş müdafiəsi üçün növbə gözləyənləri ən çox narahat edən isə Məmməd Musayevin müdafiəsini dakabrın 12-nə - Ümummilli liderimiz Heydər Əliyevin vəfatı gününə salmasıdır:
"Təsəvvür edin, həmin tarixdə hamı Ümummilli liderimizi anacaq, amma Məmməd Musayev dəbdəbəli müdafiəyə hazırlaşır. Ona gül dəstəsi vərəcək, əl çalıb təbrik edəcəklər. Daha sonra isə müdafiənin şərəfinə ziyafət təşkil olunacaq. Bəli, bunların hamısı 12 dekabr tarixinə planlaşdırılıb. Buna etiraz edənləri isə susdurmağa çalışırlar".
Məlumatda qeyd edilir ki, dekabrın 12-də Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında yazdığı dissertasiyanın müdafiəsinə hazırlıq görən Məmməd Musayev AAK-ın qaydalarını da kobud surətdə pozur:
"Çox dərinliklərə getmirik. Təkcə bir faktı xatırlatmaq və göstərməklə demək istəyirik ki, o, Aqrar Universitetdə fəaliyyət göstərən FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasına təqdim etdiyi avtoreferantında bu günədək elmi jurnallarda dərc etdirdiyi elmi məqalələrinin toplusu haqqında məlumatda ciddi yanlışlıqlara yol verib. Təkcə buna görə onu müdafiəyə buraxmaq olmazdı. Ancaq hansısa səbəbdən bu və ya digər qanunsuzluqlara göz yumulub. Elmi jurnallarda dissertasiya işinin mövzusuna uyğun olaraq elmi məqalələr yazılmalı olduğu halda, Məmməd Musayev avtoreferantında elmi məqalələr siyahısında müxtəlif jurnallara verdiyi müsahibələri və konfranslarda edilən çıxışlarını göstərib. Məsələn, "Sahibkarlar Konfederasiyasının prezidenti: "25 apreli "Sahibkarlar günü" kimi təklif edirik" ("Biznes həyatı". N8, 2014-cü il, s.6-8), "Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətidir" ("Biznes həyatı". N9 2015-ci il, səhifə 6-11), "Sahibkarlar səmərəli fəaliyyət ücün bütün imkanları əldə ediblər" ("Maliyyə və uçot" jurnalı. N10, 2015-ci il, s. 25-31), "Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti M.Musayevlə müsahibə" ("Analiz" jurnalı, Azərbaycan iş dünyası dərgisi), "Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti M.Musayevlə müsahibə" ("Bankinq Baku", N1, 2016-sı il, s.16-18) vəsairlərin adından görünür ki, Məmməd Musayev ayrı-ayrı mətbu orqanlara verdiyi müsahibə və açıqlamalarını elmi iş kimi təqdim edib. Yəni belə anlaşılır ki, Məmməd Musayev həmin müsahibələrini də elmi məqalə sayır. Təkrar edirik, bu, müvafiq qaydalara ziddir".
Onu da qeyd edək ki, Məmməd Musayevin elmi işinin rəsmi opponentləri AMEA-nın müxbir üzvi, iqtisad elmləri doktoru, professor Əli Xudu oğlu Nuriyev, iqtisad elmlər doktoru, professor Məhiş Alış oğlu Əhmədov, iqtisad elmləri doktoru, dosent Natiq Əli oğlu Cavadovdur.
Xatırladaq ki, M.Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. O, 1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci il-dən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin sədri, 2001-ci ildən hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri vəzifəsində çalışır.
M.Q.Musayevin rəhbərliyi altında Kredit Təşkilatında "Kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri və qaydaları" hazırlanıb, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir. Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılıb. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan "Başak" Sığorta Şirkəti ilə birgə "Başak-İnam" Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılıb. Hazırda onun rəhbərlik etdiyi "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı, "Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya" (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro-Maliyyə Assosiasiyası, "Bakı Banklararası Valyuta Birjası", Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.
M.Q.Musayev "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
M.Q.Musayev 1987-ci ildə "Dövlət Bankı əlaçısı" fəxri adına, 1998-ci ildə isə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına layiq görülüb.
Maraqlıdır, bu qədər zəngin karyerası olan M.Musayev niyə avtoreferantında belə səhvlər buraxıb?
Məsələ ilə bağlı onunla danışmaq cəhdlərimiz mümkün olmadı. M.Musayevi dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|