Etibar Pirverdiyevlə Marlen Əsgərov bir-birinə savaş elan edib - Çəkişmə
Tarix: 18-05-2016, 10:01 | Çap et
11 ilə yaxındır ki, «Azərenerji» ASC-nin vitse-prezidenti postunda təmsil olunan Marlen Əsgərov deyəsən, artıq Etibar Pirverdiyevin yerinə iddialıdır. Belə ki, vitse-prezidentin son dövrlər qurum daxilində mövqelərini kifayət qədər möhkəmləndirdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, Marlen Əsgərovun çoxdan təqaüd yaşının çatmasına baxmayaraq, hələ də «Azərenerji» ASC-nin rəhbərliyində təmsil olunması bir sıra maraqlı məqamlardan xəbər verir. Marlen Əsgərovun Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə sıx münasibətdə olduğunu qeyd edən mənbə bildirir ki, «Azərenerji» ASC-nin vitse-prezidenti bundan özünü müdafiə məqsədilə istifadə edir: «Deyilənlərə görə, təqaüd yaşı çoxdan çatmış Marlen Əsgərov məhz Xoşbəxt Yusifzadə ilə yaxınlığını önə sürərək indiyədək «Azərenerji» ASC-nin vitse-prezidenti postunda qalmağı bacarıb. Qeyd olunur ki, o, bu yaxınlıqdan yararlanaraq Etibar Pirverdiyevin yerinə gəlməyi planlaşdırır». Əldə etdiyimiz bilgilərdə o da vurğulanır ki, «Azərenerji»də yer alan davamlı yanacaq, yəni qaz və mazut əməliyyatları hələ ki, Marlen Əsgərovun nəzarətindədir: «Söhbət ölkənin qazla və mazutla işləyən istilik elektrik stansiyalarına ayrılan xammal kvotalarının təyinatı üzrə və düzgün istifadəsindən gedir. Deyilənlərə görə, «Azərenerji» ASC-nin vitse-prezidenti hər il bu tip əməliyyatlardan külli miqdarda gəlir əldə edir. İş o yerə çatıb ki, sahib olduğu kapitalın həcminə görə, Marlen Əsgərov Etibar Pirverdiyevi belə, arxada qoyub. Ümumiyyətlə, Marlen Əsgərovun adı son zamanlar bir sıra xoşagəlməz məqamlarla hallanır. Bildirilir ki, ASC-də cərəyan edən problemlərin səbəbkarı kimi əsasən Etibar Pirverdiyevin adı çəkilsə də, Marlen Əsgərov müxtəlif yollara baş vuraraq kənarda qalmağa, özünü sığortalamağa müvəffəq olub». Bu arada, «Azərenerji» ASC-nin daxili imkanları hesabına Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birində 10 aqreqat olmaqla, hər birinin gücü 87 meqavat olmaqla, Bakıda isə 12 aqreqatdan ibarət 104 MVt gücündə, ümumilikdə isə qoyuluş gücü 452 MVt təşkil edən 52 aqreqatdan ibarət elektrik stansiyalarının tikintisinin məhz Marlen Əsgərovun nəzarəti altında həyata keçirildiyini deyən məlumatlı şəxsin sözlərinə görə, məhz bu layihələrin hesabına Marlen Əsgərov xeyli vəsait əldə edib: «Deyilənlərə görə, «Azərenerji»nin vitse-prezidenti bir müddət əvvələ kimi rayonlarda milyon metrlərlə elektrik naqilinin dəyişdirilməsi işindən xeyli qabağa düşüb. Ümumiyyətlə, əvvəllər elektrik şəbəkələri müdirlərinin özbaşına əməllərinə nəzarət Marlen Əsgərovda olub. Lakin «Azərenerji»nin səlahiyyətlərinin bir hissəsi «Azərişıq» ASC-yə verildikdən sonra Marlen Əsgərov gəlirlərinin böyük bir hissəsindən məhrum olub. Məhz elə bu səbəbdən də o, əldə olunan gəlirləri Etibar Pirverdiyevlə bölməmək üçün onun yerinə təyinat almağa çalışır. Halbuki bir müddət öncəyə kimi, onların arasından su keçmirdi. İndi isə maraqları toqquşduğundan artıq Etibar Pirverdiyevlə Marlen Əsgərov bir-birinə savaş elan edib. Bunun nə ilə nəticələnəyini demək çətin olsa da, görünən odur ki, «Azərenerji»nin prezidenti bu savaşdan məğlub ayrılmaq niyyətində deyil. Odur ki, o, əlaqələrini işə salaraq yaşlı kadrın – Marlen Əsgərovun təqaüdə göndərilməsinə çalışır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|