«KHAZAR İSLAND»IN YENİ ŞOK GİZLİNLƏRİ
Tarix: 2-03-2012, 11:17 | Çap et
HACI İBRAHİM NEHRƏMLİ İLƏ TELMAN İSMAYILOVUN ORTAQLIĞI ÜZƏ ÇIXIR
DİA.AZ: - Ölkəmizdə ayrı-ayrı vəzifələrdə çalışan bir sıra məmurlar arasındakı gizli çəkişmələr artıq torpaq sferasından suya, dənizə qədəm qoyub. Belə ki, Azərbaycanın yüksək çinli bəzi oliqarxları Xəzər dənizinin respublikamıza aid olan hissəsinin sahilyanı ərazilərini, xüsusən də çimərlikləri, habelə ən yaxşı sahələri bölüşdürməklə bağlı mübarizəyə başlayıblar. Bununla bağlı redaksiyamıza daxil olan xəbərlərdə qeyd olunur ki, «Avesta» konserninin «Khazar İsland» layihəsi Azərbaycanın bir neçə nazirinin qısqanclığına səbəb olub.
İlk öncə qeyd edək ki, 2008-ci ildən həyata keçirilən «Khazar İsland» layihəsi dənizdə 50-dək süni adanın yaradılmasını özündə ehtiva edir. Belə ki, «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli 60 milyard sərmayə yatırmaqla dünyanın ən böyük gölündə yeni şəhərcik salmağı planlaşdırır. Bununla bağlı həyata keçiriləcək proqramın birinci hissəsində 12 milyard, ikinci hissəsində 18 milyard, üçüncü hissəsində isə 30 milyard pulun xərclənəcəyi planlaşdırılır. Xəzərdə salınacaq yeni şəhərcik 1100 mənzildən, ümumiilikdə isə 1 milyon sakindən ibarət olacaq. Şəhərciyin ərazisi 2 min hektardan ibarət olacaq və dənizin içinə doğru 8 kilometr uzanacaq. Süni şəhərcikdə 60 ada yaradılacaq və 20-dək körpü inşa olunacaq. Bununla yanaşı ərazidə əyləncə, istirahət kompleksləri də yaradılacaq.
Azərbaycanlı iş adamının Xəzərdə həyata keçirdiyi bu layihənin təfərrüatları artıq dünyanın ən aparıcı kütləvi informasiya vasitələri - «The Vashington Post», «The New-York Times», «The Financial Times» qəzetlərinin, «Forbes» jurnalının, «Bloomberq» informasiya agentliyinin diqqətini cəlb edib. Həmin media orqanları azərbaycanlı iş adamı, Hacı İbrahim Nehrəmlinin Xəzərdə yaratdığı yeni meqa layihəyə diqqət çəkərək bunun üçün külli miqdarda vəsaitin xərclənəcəyini qeyd ediblər. rusiyanın «NTV» kanalı isə hesablamalar apararaq, «Xhazar Island» layihəsinin 60 milyard deyil, 125 milyard manata başa gələcəyini qeyd edib.
Hacı İbharim Nehrəmlinin 2008-ci ildə başladığı yeni layihə Qaradağ rayonunun Xəzər dənizinin sahilindəki qəsəbəsində ilk olaraq reallaşdırılıb. Elə həmin ildən başlayaraq dənizin sahilində palma ağaclarının əkilməsinə, hasarın çəkilməsinə start verilib. Ərazidə əkilən ağaclar əsasən 100 yaşlı xurma, palma ağaclarıdır. Ərazinin Bakı-Astara magistralının yaxınlığındakı hissəsində asfalt yolun abadlaşdırılması başa çatdırılıb.
DİA.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, martın ortalarında Azərbaycana Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, habelə digər ölkələrdən sərmayədarlar dəvət olunacaq. Çox güman ki, layihənin həyata keçirilməsində həmin ölkələrin iş adamlarının da sərmayələrindən istifadə olunacaq. Qəzetimiz bu arada bir sıra maraqlı faktları da əldə edib. Aldığımız xəbərlərdə bildirilir ki, Hacı İbrahim Nehrəmli Dubay şəhərində dünyanın ən böyük göydələni sayılan «Burc Xəlifə»ni görərək, «Khazar İsland» adalar qrupunda «Azerbaijan Tower» göydələnini ucaltmağı qərara alıb. O, ilkin mərhələdə həmin göydələnin uzunluğunun 600 metr olmasını planlaşdırsa da, sonradan onun 1150 metrədək ucaldılmasını qərara alıb. Deməli, dünyanın ən böyük göydələni də məhz «Khazar İsland»da reallaşdırılacaq. Burada hər mənzilin bir kvadratmetri 3500 manata satılacaq. «Khazar İsland» layihəsinin 2016-cı ildə tam olaraq başa çatdırılacağı gözlənilir.
Bu arada əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, hazırda Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovla «AST Telman» bir araya gələn azərbaycanlı məmurlardan biri onun diqqətini Xəzər rayonunun Buzovna, Mərdəkan, Şağan, habelə Suraxanı rayonunun Türkan və Hövsan qəsəbələrindəki çimərliklərə yönəldə bilib. «AST Telman»la şənlik mərasimlərində iştirak edən məmur onunla yeni layihəsi barədə danışıb və bu, Rusiyada yaşayan biznesmenin xoşuna gəlib. O, çimərlklərin özəlləşdirilərək, bu ərazilərdə əyləncə-istirahət komplekslərinin yaradılması ideyasını dəstəkləyib. Həmin səbəbdən də Telman İsmayılovun mayın ortalarında Azərbaycana səfəri planlaşdırılır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32 |
|
|
|
• "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27 |
|
|
|
• "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24 |
|
|
|
• "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22 |
|
|
|
• Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12 |
|
|
|
• Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08 |
|
|
|
• Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05 |
|
|
|
• Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56 |
|
|
|
• Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53 |
|
|
|
• Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45 |
|
|
|
• Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39 |
|
|
|
• Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
• "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30 |
|
|
|
• Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00 |
|
|
|
• “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52 |
|
|
|
• Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50 |
|
|
|
• “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47 |
|
|
|
• GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35 |
|
|
|
• Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28 |
|
|
|
• Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23 |
|
|
|
• "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17 |
|
|
|
• İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13 |
|
|
|
• Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03 |
|
|
|
• ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57 |
|
|
|
• Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48 |
|
|
|
• Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06 |
|
|
|
• Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03 |
|
|
|
• "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30 |
|
|
|
• “Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23 |
|
|
|
• Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19 |
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
|