Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                     Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... .....                     “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır .....                     Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir .....                     İcra başçısının keçmiş müavini vəfat etdi .....                     Xüsusi təyinatlılar Xocalıda: 1991 .....                     Ermənilərin xilas yolu... .....                     AMEA-da bir neçə institut ləğv olunub? .....                     Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ .....                     BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... .....                     Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir .....                     Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? .....                     Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? .....                     İrəvan terrorizmə haqq qazandırır .....                     Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... .....                     44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… .....                     "Mən də oturmaq, gəzmək istəyirəm" .....                     Goranboyun Statistika İdarəsini əslində kim təmir edib .....                     Trampın əlindəki qançırın sirri .....                     Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? .....                     "Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" .....                     VAR... amma YEYƏ BİLMİR... .....                     Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq .....                     “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… .....                     "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi .....                     "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." .....                     Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox .....                     İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                 

Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Tarix: Bu gün, 07:11 | Çap et
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı…
Ukrayna müharibəsinin üçüncü ilində ABŞ və Rusiyanın anlaşmaq istəyi üç il öncə bu savaşın niyə başlandığına yenidən diqqət çəkir. Nələr dəyişdi, həqiqətənmi hər şey qeyri-ənənəvi Trampın Ağ Evə gəlişi ilə bağlıdır, yoxsa müharibə məhz mövcud şərtlərin hazırlanması və geosiyasi müstəvidə mövqelərin bölüşdürülməsi üçün lazım idi?!

Müharibənin Rusiyanın istədiyi kimi getmədiyi, Ukrayna xalqının dirənişinin nəinki Moskvada, Qərbin özündə də düzgün hesablanmadığı həqiqətdir. Lakin baş verənlərdə ənənəvi “Rusiya niyə hücuma keçdi” sualı yox, “Rusiya bütün üstünlüyünə rəğmən niyə hücuma keçdi” sualı açar nöqtələrin ən vaciblərindəndir fikrimcə.

Müharibədən öncə Rusiyanın ABŞ/NATO-ya təqdim etdiyi təhlükəsizlik təminatlarına dair sazişin qəbul edilməsi mümkünsüz idi. Vaşinqton bundan imtina etsə də, Paris və Berlin Moskvanın istədiyini verməyə hazır idilər, hətta Makron və Şolts Putinin ayağına qədər gəldi, çünki başlaya biləcək müharibənin əsas hədəflərindən birinin Avropa olduğunu bilirdilər.

- Ukraynanın NATO-ya girişinə icazə vermirlər;

- Donbasda separatçıları yüksək statusla təmin edirlər;

- Rusiyanın iştirakı ilə Avropanın yeni təhlükəsizlik arxitekturasını qururlar.

Bu, Rusiyanın tələblərinin qəbul edilməsi demək idi və Moskva razılaşsaydı:

- təhlükəsizlik təminatını tam olmasa belə, müəyyən mənada Avropadan alır,

- genişlənməsini təhlükə kimi gördüyü NATO-nu daxildən parçalayır,

- enerji resurslarını ixrac etdiyi Avropa bazarını itirmirdi.

Putinin ABŞ/NATO qarşısında əli zəif deyildi, lakin üstünlüyündən imtina edərək, Ukraynaya hücum etdi. Bu müharibədə Rusiyanın iki əsas hədəfi vardı:

Birincisi, SSRİ-nin dağılmasından sonra üzləşdiyi beynəlxalq şərtlərin bir gün xeyrinə dəyişəcəyi gözləntisi;

İkincisi, qlobal güc kimi qəbul olunması, təsir zonalarının tanınması.

2020-ci ildən etibarən dünyanın dəyişməyə başlayan siyasi səhnəsində baş verənlər Rusiyanın “qlobal güc” kimi qəbul edilmək perspektivini sual altına saldı. Qərbdə Avropa güc mərkəzi olmaq yolunda irəliləyir, Şərqdə Çin yüksələn gücə çevrilirdi. Çinin dünyanın ikinci əsas qütbü olacağı qaçılmazdır. Pekinin genişlənməsi həm də Rusiya üçün coğrafi baxımdan da təhlükəli idi. Soyuq müharibədən sonra yaranmış mövcud şərtlərin dəyişdiyi vaxt Rusiyanı Çin və Avropa arasında sıxılmış – Pekinin qurduğu nəqliyyat şəbəkəsindəki dəhlizlərdən biri kimi “regional güc” perspektivi gözləyirdi.

Və ən mühüm detal odur ki, Rusiyanı gözləyən təhlükə ABŞ üçün də risklər təşkil edirdi:

1. Avropa üzərində təsiri zəifləyir: NATO-ya qarşı alternativ təhlükəsizlik sisteminin qurulması önə çıxır;

2. Yüksələn Çin ABŞ-ın əsas güc olduğu təkqütblü geosiyasi şərtlərin dəyişməsi, iki və daha çox güc mərkəzinin olacağı reallığını yaradır.

ABŞ-a Avropanın güc mərkəzi olmasına imkan verməmək – qitə üzərində təsirini yenidən gücləndirmək, Çinin önünü kəsmək – əsas güc olduğu sistemi qorumaq, Rusiyaya “qlobal güc” kimi qəbul edilmək – bu perspektivə təhlükə olan Çini dayandırmaq, yaxud ən azı onunla hesablaşmağa məcbur etmək lazım idi. Ukrayna müharibəsinin təməlində məhz bu amillərin – geosiyasi mübarizənin dayandığını deyə bilərik.

Müharibə Rusiyanın hesabladığı kimi baş tutmasa da, hücumun başlandığı ilk vaxtdan günümüzə qədərki dövrə qədər siyasi nəticələr gözlənildiyi kimi oldu:

- Avropa Rusiya təhlükəsinə (Bu, həm də NATO-nun yaranma fəlsəfəsinin yenidən aktuallaşdırılması idi) qarşı ABŞ-ın çətiri altına qayıtdı – köhnə təhlükəsizlik sistemi saxlanıldı, Çinlə əməkdaşlıq xəttini inkişaf etdirərək, “güc mərkəzi”nə çevrilməsinin yolu tıxandı;

- Rusiya Qərbi, Çini və regional oyunçuları onunla hesablaşmağa məcbur etdi.

Burada iki məqam xüsusilə önəmlidir:

Birincisi, müharibəyə görə Çinin Avropa bazarına uzanan və onu Avrasiyada əsas gücə çevirəcək “Bir kəmər bir yol” layihəsi problemlərlə üzləşdi, xüsusilə Qara dəniz habının dağılması fonunda: bununla Pekinin ikinci qütb kimi ABŞ-a alternativ güc olması ən azından müəyyən müddətə də olsa çətinləşib;

İkincisi, ABŞ üçün ikinci “qlobal güc”ün potensial təhlükə kimi gördüyü Çindən fərqli olaraq, daha zəif Rusiyanın olması sərfəlidir: Vaşinqton Moskvadan Pekinin genişlənməsi önündəki sədd kimi də istifadə etmək niyyətindədir; müharibə boyunca “ABŞ Rusiyanı dağıtmağı planlaşdırır” yanaşmasının doğru olmadığı görünür, çünki dağılmış Rusiya Avropa və Asiyadakı ölkələr üzərində Çinin təsirini genişləndirəcək amildir, bu baxımdan, nisbətən zəif və idarəolunan Rusiyanın mövcudluğu Vaşinqtona lazımdır.

Bütün bunların fonunda müharibənin daha dərin səbəblərinin olduğu – Ukraynanın geosiyasi mübarizədə meydan – poliqon kimi istifadə edildiyi görünür.

Üç il sonra Trampın Putinlə anlaşması da Ağ Evə qeyri-ənənəvi siyasətçinin gəlişindən daha çox, Ukrayna müharibəsində hədəflərin başa çatması – Avropa və Çinin qarşısının alınması, 2022-ci ildə Baydenin də dediyi “yeni dünya nizamında ABŞ-ın liderliyini qorumaq” planında ilk mərhələnin icra edilməsindən qaynaqlanır. Yeni mərhələdə qarşıdurma coğrafiyaları dəyişəcək. Bu kontekstdə Rusiyanın ABŞ üçün Ukrayna müharibəsindən sonra hansı xidməti göstərəcəyi xüsusilə önəmlidir.

Müəllif: Asif Nərimanlı - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31
Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28
İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25
Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15
44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11
"Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05
Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
Bu gün, 10:01
Trampın əlindəki qançırın sirri - Ağ Ev səbəbini AÇIQLADI
Bu gün, 09:54
Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52
"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41
Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39
“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru