“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                 

Hər kəs “Gürcü Arzusu”na qarşı: müxalifət də, Avropa da, şərabçılar da - NƏ BAŞ VERİR?
Tarix: 13-12-2024, 08:44 | Çap et
Hər kəs “Gürcü Arzusu”na qarşı: müxalifət də, Avropa da, şərabçılar da
Gürcüstanda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının siyasətinə qarşı, eyni zamanda, ölkədə yeni parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyaları genişlənməkdədir. Bu dəfə Gürcüstan şərabçıları, şərab tənqidçiləri və gidləri, şərab barları və mağazalarının işçiləri işlərini dayandırdıqlarını və sabah etiraz aksiyasına çıxacaqlarını bildiriblər. Aksiyanın şüarı isə belədir: “Gürcü şərabının yeri Avropadır!”.

“Biz həmkarlarımıza və onların ailələrinə qarşı vətəndaş mövqelərinə görə fiziki zorakılığı və qeyri-insani rəftarı qəti şəkildə pisləyirik. Biz rejimin artıq açıq elan edilmiş siyasətinə etiraz edirik. Bu siyasətin nəticəsində Gürcüstan Avroatlantik məkana inteqrasiya imkanını itirir. Bu, həm üzümçülük və şərabçılıq sənayesi, həm də bütövlükdə dövlətçiliyimiz və mədəni kimliyimiz üçün ekzistensial təhlükə yaradır. Gürcü şərabı, min illər əvvəl olduğu kimi, yenidən öz sivilizasiya mühitinə - Avropa ailəsinə yol tapmalıdır!", - deyə şərabçıların bəyanatında deyilir.

Ekspertlər hesab edirlər ki, şərabçıların dəstəyini itirmək Gürcüstan hökuməti üçün yaxşı siqnal deyil. Bununla yanaşı, siyasi strateqlərin qənaətincə, hakim “Gürcü Arzusu” zorakılıq tədbirləri ilə nə xalqın etirazlarının qarşısını ala biləcək, nə də Avropa ilə danışıqlarda müsbət nəticələr əldə edə biləcək.

Məsələn, bu gün Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski Aİ təsisatlarının yeni rəhbərlərinin “sözdən əmələ keçmək” əzmində olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstandakı vəziyyət dekabrın 16-da Aİ xarici işlər nazirlərinin görüşündə, daha sonra isə Aİ Şurasının iclasında müzakirə olunacaq.

“Biz Gürcüstandakı hadisələrdən çox narahatıq. Aİ təsisatlarının yeni rəhbərliyi altında danışmağı dayandırmaq və fəaliyyətə başlamaq üçün güclü öhdəlik var”, Qerçinski vurğulayıb.

Diplomat deyib ki, Brüsseldə Gürcüstanla bağlı müxtəlif tədbirlərin razılaşdırılması üçün danışıqlar aparılır: “Ümid edirəm ki, 27 üzv dövlət konkret tədbirlər haqqında razılığa gələ bilər. Bütün variantlar masanın üstündədir. Bazar ertəsinə qədər gözləyək. Bütün variantlar, o cümlədən konkret pasport sahibləri üçün vizasız rejimin dayandırılması və ən əsası sanksiyalar nəzərdən keçiriləcək”.

Eyni zamanda, diplomatın sözlərinə görə, onlar “gürcü xalqına zərər vermək və onları cəzalandırmaq istəmirlər”.

“Bu insanlar hər axşam küçələrə çıxaraq Gürcüstan və Aİ bayraqlarını dalğalandırırlar. Məqsədimiz onları cəzalandırmaq deyil, bizim məqsədimiz hakimiyyətə güclü siqnal verməkdir ki, onların son aylarda seçdikləri yolun, xüsusən də son günlər etirazçılara qarşı amansız rəftarın qəbuledilməz olduğunu bildirək”.

Səfir Tiflisdə Avropayönlü mitinqlərin zorla dağıdılmasını pisləyib. Qerçinski haqsız yerə həbs edilənlərin azadlığa buraxılmasına və etirazçılara hücumlara görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırıb.

Xatırladaq ki, Gürcüstanda 15-ci gündür ki, genişmiqyaslı etiraz aksiyaları keçirilir. Paytaxt Tiflisdə və ölkənin digər şəhərlərində insanlar hakimiyyətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarına etiraz edirlər. Səlahiyyətlilərin məlumatına görə, son iki həftə ərzində 400-dən çox adam saxlanılıb. Onlardan üç nəfərə qarşı cinayət işi başlanıb.

Tiflisdə hökumət əleyhinə keçirilən çoxminlik aksiyalar dəfələrlə xüsusi təyinatlılar tərəfindən dağıdılıb. Etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edilib. Polis xaotik həbslər həyata keçirib. Hüquq müdafiəçiləri bildirirlər ki, təhlükəsizlik qüvvələri əsasən dinc nümayişçiləri döyüb və həbs ediblər. İctimai müdafiəçilərin sözlərinə görə, həbs olunanların 65 faizə qədəri polis tərəfindən pis rəftar edildiyini bildirib. İstintaq təcridxanalarına və xəstəxanalara baş çəkən 352 nəfərdən 157-si xəsarət alıb. Bütün bunlara ötən həftə hakimiyyətlə əlaqəli olduğu iddia edilən aqressiv qruplar da əlavə edilib. Qoluzorlu şəxslər parkların qaranlıq hissələrində jurnalistləri və nümayişçiləri döyüblər. Hakimiyyətin əleyhdarları faktlarla bağlı aparılan araşdırmaların formal xarakter daşıdığını bildirirlər. Hələ də saxlanılan təhlükəsizlik qüvvələri əməkdaşı yoxdur.

Gürcü müxalifəti isə Gürcüstanda yeni prezident seçkilərini boykot etdiyini bəyan edib. Onlar bu yaxınlarda toplanmış parlamenti qeyri-legitim hesab edirlər. Hakimiyyətin əleyhdarları Salome Zurabişvilini yeganə legitim dövlət başçısı elan ediblər.

“Yeganə legitim dövlət qurumu Gürcüstan Prezidentidir... Biz qondarma qurumu tanımırıq. Dekabrın 14-nə təyin edilmiş sözdə prezident seçkiləri Bidzina İvanişvili tərəfindən oğurluq səslərlə qazandığı parlamentin nə beynəlxalq aləmdə, nə də ölkəmizdə ictimai-siyasi legitimlik qazanıb. Qeyri-legitim parlamentin Prezident seçmək səlahiyyəti yoxdur. Ona görə də Salome Zurabişvili Gürcüstanın Prezidenti, Gürcüstan ordusunun Ali Baş Komandanıdır. Xanım Zurabişvili həmçinin ölkənin xarici əlaqələr üzrə ali nümayəndəsi olaraq qalır”, - müxalifət partiyalarının birgə bəyanatında qeyd olunub.

Müxaliflər hesab edirlər ki, bu vəziyyətdən yeganə çıxış yolu yeni parlament seçkilərinin təyin edilməsidir. Müxalifət həmçinin son iki həftə ərzində Avropayönlü mitinqlərdə saxlanılan bütün vətəndaşların azad edilməsini tələb ediblər.

Bəyanatı “Birlik - Milli Hərəkat”, “Dəyişiklik və Güclü Gürcüstan üçün Koalisiya” imzalayıb. Oktyabrın 26-da keçirilən seçkilərdən sonra parlamentə daxil olan dördüncü siyasi qüvvə olan “Gürcüstan üçün Qaxariya” Partiyası ayrıca bəyanat yayıb. Partiya həmçinin yeni prezidentin “qeyri-qanuni seçilməsi prosesində iştirak etmədiklərini” və “de-fakto qeyri-legitim parlamentin qərarlarını tanımadıqlarını” vurğulayıb.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də parlamentdə keçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiya vasitəsilə seçiləcək. Yeganə namizəd hakim “Gürcü Arzusu” tərəfindən irəli sürülən sabiq futbolçu Mixail Kavelaşvili olub.

Seçki günü müxalifət partiyaları parlament qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) etirazçıların seçkiləri pozmağa çalışacaqlarını iddia edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru