Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                     "İran Suriya itkisinin "ağrı-acı"sını .....                     Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir .....                     Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! .....                     Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi .....                     "Bakıya giriş ödənişli olsun" .....                     Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? .....                     "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" .....                     Nazirlik eyni adama milyonluq tender verdi .....                     Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib .....                     Ermənistan Minsk qrupundan imtina edir, ya yox? .....                     “Elə zəhrimar sifət göstərirəm ki, .....                     Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... .....                     Burun əməliyyatından sonra vəfat edən qızın atası: .....                     Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib .....                     “Qarabağ” Juninyonun yerinə onu alır? .....                     3 evi olduğunu deyən AYSUN: .....                     Hüseynbala Mirələmovun oğlu da namizəd oldu .....                     Başqasının maşınına girib, özünü yandırdı .....                     “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” .....                     Bəxtiyar Hacıyevə hökm oxunub .....                     Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı .....                     "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə .....                     Samir Şərifov niyə işdən çıxarıldı? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR .....                     Nazir Kəpəzə polis rəisi təyin etdi .....                     Paşinyan Ermənistan "Titanik"ini batırır .....                     Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır .....                     Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? .....                     Zəngəzura Ermənistan nəzarət edəcək .....                     2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə .....                     Naxçıvanda “dədə-baba” qaydası təyinatlar .....                     Naxçıvan Ali Məclisində yeni təyinat .....                     Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub .....                     Naxçıvanda təhsilin evini elə yıxıblar ki... .....                 

Türkiyədə NƏ BAŞ VERDİ... NİYƏ BAŞ VERDİ? - GƏLİŞMƏ
Tarix: 2-04-2024, 09:44 | Çap et
Türkiyədə NƏ BAŞ VERDİ... NİYƏ BAŞ VERDİ?
Türkiyədə keçirilən bələdiyyə seçkilərində seçki qutularının 99.81 faizi açılıb. İlkin nəticələrə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,49 faiz səslə müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) gerisində qalır. CHP-nin topladığı səs faizi 37.74-dür. Üçüncü yerdə isə 6.19 faizlə Yenidən Refah Partiyası qərarlaşıb.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88 faiz səviyyədə olub. Gözlənildiyi kimi, əksər böyükşəhər bələdiyyələrində CHP-nin namizədləri qalib gəlib. İstanbulun bələdiyiyyə sədrliyi postunda Əkrəm İmamoğlu, Ankaranın bələdiyyə sədrliyi postunda isə Mansur Yavaş qalıb.

Nəticələrə əsasən demək olar ki, bu bələdiyyə seçkilərinin qalibi müxalif CHP-dir. Hakim AKP-nin sədri, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında partiyasının yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə məğlub olduğunu etiraf edib və bildirib ki, səhvlərdən nəticə çıxarılacaq. Bununla yanaşı, Ərdoğan Türkiyə demokratiyasının qazandığını söyləyib.

Müxalif CHP-nin sədri Özgür Özəl seçkilərlə bağlı çıxışında partiyalarını dəstəklədiyi üçün xalqa təşəkkür edib, daha çox çalışacaqlarına, xalqa xidmət edəcəklərinə söz verib.

Bu bələdiyyə seçkilərinin Türkiyə tarixində önəmli rol oynayacağını bildirən analitiklər hesab edirlər ki, hakim AKP CHP-yə məğlub olmaqla “qan itirmiş” oldu və bu nəticələr gələcək parlament və prezident seçkilərinə də öz təsirlərini göstərəcək. Ekspertlər hesab edirlər ki, bələdiyyə seçkilərində uğur qazanan CHP-nin gələn seçkilərdə Türkiyə iqtidarı olacağına inam çoxdur.

CHP-nin mətbu orqanı “Cumhuriyyet” qəzetinin analitiki Orxan Bursalı seçkiləri şərh edən məqaləsində yazıb ki, ölkədə böyük bir dəyişiklik yaşanır: “Ölkəni, cəmiyyəti hər mənada iflasa sürükləmiş iqtidarın yaratdığı vəziyyətə vətəndaşlar etiraz etdilər. Bu seçkilər xalqın CHP-ni birinci partiya postuna yüksəltməkdə olduğunu göstərir. “Millət İttifaqı”nın parçalanmış olmasına baxmayaraq, seçicilər ağıllı davrandı, hazırkı iqtidara dərs vermək məqsədilə CHP-ni seçdilər”.

“Məlumdur ki, əvvəlki dövrdə İmamoğlu ve Yavaş böyük işlər gördülər, bacarıqlı bələdiyyəçilik ortaya qoydular. Keçən seçkilərdə qalib olan CHP-li digər böyükşəhər bələdiyyə başqanları, rayon və qəsəbə bələdiyyə sədrləri də yaxşı fəaliyyətləri ilə seçicidə özlərinə qarşı etibar yaratdılar. Eyni zamanda, CHP içindəki dəyişiklik, partiyanın sədri Özgür Özəlin uğurlu seçki fəaliyyəti, kütlə arasında etibar qazanması da bu seçkilərdə qalib olmağa səbəb oldu. Sonunda seçici “CHP idarə edə bilər” dedi”, - deyə Bursalı qeyd edib.

Analitik hesab edir ki, bugünkü tablo hakim AKP-nin yıxılan, yıxılmaqda olan bir partiya görüntüsünü yaradır: “Bu seçkidə AKP sədri, Prezident Ərdoğan, AKP-dən olan nazirlər uduzmuş oldular. Demək olar ki, CHP 2028-ə doğru “yürüş məşəlini” yandırdı. Bələdiyyə seçkilərini qazanan CHP qarşıdakı dörd ildə yaxşı fəaliyyət göstərərək iqtidara gəlmək şanslarını çox artırdı. İndi CHP rəhbərliyinin üzərinə bu yöndə böyük iş düşür. Əslində Özəl və silahdaşları bu “yürüş məşəlinin” bayraqdarlığını edə biləcəklərini sübut etdilər. Hesab edirəm ki, Özəl, İmamoğlu və Yavaş daxil, CHP yaxın gələcəyi müəyyənləşdirəcək”.

“AKP-nin taleyinə gəlincə, Ərdoğan müəmmalı siyasətçidir, tam proqnozlaşdırmaq çətindir. İndiki çətin iqtisadi vəziyyətdən ölkəni çıxarmaları çox çətindir. Seçki nəticələrinə əsasən demək olar ki, Ərdoğanın yeni Anayasa müzakirəsi ideyası da arxivə getdi. Hər halda AKP-nin gördüyü “qırmızı kartı” necə dəyərləndirəcəyi maraqla gözlənilir”, - analitik məqaləsini yekunlaşdırıb.

Hakim AKP-yə yaxınlığı ilə seçilən “Sabah” qəzetinin köşə yazarı Yavuz Donat isə seçki ilə bağlı yazısında qeyd edib ki, bu seçkidə Türkiyə demokratiyası qazanmış oldu: “Tərtəmiz, hiyləsiz, davasız bir seçki oldu. 61 milyondan çox seçici səs verdi ki, bu, hər zamankı kimi yüksək göstəricidir. Seçkini qazanan da var, məğlub olan da, bu da təbii seçki nəticəsidir. Tabloya baxarkən tək şey demək olar – qazanan demokratiyadır”.

“Həftələrlə hər kəs danışdı, ağır seçki kampanyası oldu. Nəzərə almaq lazımdır ki, bir il tamam olmadan ölkəmizdə üç dəfə seçki keçirildi – 14 may 2023-də prezident və parlament seçkiləri, 28 may 2023-dı prezident seçkilərinin ikinci turu və 31 mart 2024-ce ildə bələdiyyə seçkiləri. Türkiyə seçki yorğunudur. İndi siyasətin qılınclarını toprağa basdırmaq zamanıdır, görüləcək çox iş var. Bu işlərə konsantrasiya olmaq lazımdır”, - yazar qeyd edib.

Y.Donat deyib ki, məğlubiyyət yetimdir: “Qüsuru gəlin etmək istəyiblər, kimsə onunla evlənmək istəməyib. Seçki nəticələri bəlli olduqdan sonra kimsə “bu nəticələrdə mənim də günahım var” demədi, deməyəcək də... Hər zaman belədir, hər kəs qalibiyyətə ortaq olur, məğlubiyyət zamanı qüsuru başqasında axtarır. Məşhur atalar sözündə deyildiyi kimi – “Qələbənin yüz atası var, məğlubiyyət isə yetimdir”. Məğlub olanlar günahı özlərində axtarmalıdırlar”.

“Dünən dünəndə qaldı, artıq yeni şeyler deməyin zamanıdır. Həftələrdir ki hər şey danışıldı, bitdi. Dünəni dünəndə qoyub gələcəyə baxmaq lazımdır. Çoxlu problemlər var, həm içəridə, həm xaricdə. Məncə, didişməyi bir kənara qoyub problemləri həll etmək üçün fəaliyyətə başlamaq lazımdır. Bundan sonra Türkiyənin qarşısında seçkisiz 4 il var. İqtisadi çətinlik, işsizlik, bahalıq, xarici siyasətdə gərginliklər, ətrafımızda od çəmbəri mövcuddur. Artıq söz yarışına son vermək, problemlərin həlli üçün yarışa başlamaq lazımdır”, - deyə “Sabah”ın yazarı vurğulayıb.

ayna.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04
“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59
Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56
Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44
Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33
Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27
Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10
Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08
Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08
Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04
2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru