Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                 

Hədəf Krımdır, yoxsa ordudakı “yağlı tikə” - Alekseyin əvəzinə Rustem
Tarix: 12-09-2023, 11:01 | Çap et
Hədəf Krımdır, yoxsa ordudakı “yağlı tikə”
Ukrayna Prezidenti Volodimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edildiyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, Müdafiə Nazirliyinə Rustem Umerov rəhbərlik etməlidir və o, artıq parlament tərəfindən təsdiqlənib.

Müdafiə naziri Rustem Umerovun əvvəllər ölkənin Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsini tutduğu, Ali Radanın “Qolos” fraksiyasından deputatı, Krım Tatar Məclisinin fəal iştirakçısı olduğu məlum olub. Ukraynalı antikorrupsiyaçılar arasında da müsbət reputasiyası var. Qalmaqallara qarışmayan, əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda iştirak edən, çox müsbət bir insan kimi xarakterizə olunur.

Bununla belə, hərbi idarənin nazirinin dəyişməsi aktiv döyüş əməliyyatları, Ukrayna qoşunlarının davam edən əks-hücumları fonunda baş verir. Bu an nə üçün lazım idi? Nazir Reznikov məhz nəyə görə uzaqlaşdırılıb? Hərbi komissarlıq sistemində korrupsiyadan söhbət gedirdi, yoxsa başqa səbəb var? Onun varisi Umerovdan nə gözlənilir? Krım tatarının belə bir vəzifəyə təyin olunması Moskvaya onun Krımı azad etmək əzminə işarədirmi?

DİA.AZ bildirir ki, AYNA-nın suallarını ukraynalı ekspertlər cavablandırıblar.

Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko:

“Ukrayna Müdafiə Nazirliyi hərbi əməliyyatların idarə olunmasına təsir göstərmir. Hərbi əməliyyatlara Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi nəzarət edir. Ukrayna Müdafiə Nazirliyi büdcənin planlaşdırılmasına, hərbi idarə üçün dövlət satınalınmasına, müdafiə məsələləri üzrə siyasi nümayəndəliyə və hərbi sektora siyasi (mülki) nəzarətə cavabdehdir.

Ukraynanın müdafiə naziri ancaq mülki şəxs ola bilər. Hətta Poroşenkonun prezidentliyi dövründə biz (Avroatlantik inteqrasiya prosesinin bir hissəsi kimi) Müdafiə Nazirliyinin siyasi funksiyaları ilə hərbi komandanlıq - Ukrayna Silahlı Qüvvələri və Baş Qərargahın funksiyalarını bir-birindən ayıran islahat keçirdik.

Ukrayna müdafiə nazirinin istefası xəbərləri ilin əvvəlində, hərbçilər üçün ərzaq alış qiymətlərinin külli miqdarda həddən artıq şişirdilməsi ilə bağlı korrupsiya qalmaqalı yarananda yayılmışdı. Bundan sonra müdafiə nazirinin müavinini və Müdafiə Nazirliyinin dövlət satınalmaları üzrə idarə rəisini işdən çıxarıb, saxlayıblar. İndi bu adamlar həbsdədir.

Eyni zamanda, müdafiə nazirinin dəyişdirilməsi planı da yaranıb. Hərbi kəşfiyyatın rəhbəri Kirill Budanovun müdafiə naziri olacağı planlaşdırılırdı. Amma hərbi sahədən getmək istəmədiyi üçün bundan imtina etdi. Nəticədə Reznikov müdafiə naziri vəzifəsində qaldı.

Hərbi komissarlarla korrupsiyanın Müdafiə Nazirliyi ilə əlaqəsi yoxdur. Hərbi xidmətə çağırış və səfərbərlik prosessinə cəlb olunan hərbi komissarlar Müdafiə Nazirliyinə deyil, Silahlı Qüvvələrin rəhbərliyinə tabedirlər.

Lakin yayda yeni qalmaqal yaranıb - Türkiyədən hərbçilər üçün alınan gödəkçələrin baha qiyməti ilə bağlı. Bu vəziyyət ötən il baş verib. Və buna hazırda həbsdə olan keçmiş Müdafiə Nazirliyinin idarə rəisləri də qarışıb. Lakin bu yeni qalmaqal yenidən müdafiə naziri Aleksey Reznikovun reputasiyasına zərbə vurub. Onun nazirlikdə baş verən sui-istifadə hallarında əli olmadığı görünür, lakin bu qanun pozuntularına görə siyasi məsuliyyət daşıyır.

Eyni zamanda, iyul ayında Aleksey Reznikov “Ramştayn platforması”nda təmaslarda çox yaxşı danışıqçı olduğunu sübut etdiyi üçün Reznikovu Böyük Britaniyaya səfir göndərmək planı ortaya çıxdı. Lakin nazir postuna yeni namizəd axtarışları avqustun sonuna qədər uzanıb.

Müdafiə naziri ilk növbədə adıçəkilən korrupsiya qalmaqalları ilə əlaqədar nazirlik ətrafında yaranmış həddindən artıq münaqişə gərginliyini aradan qaldırmaq üçün dəyişdirilir. Yeni nazirin əsas vəzifəsi nazirlik vasitəsilə dövlət satınalmalarında nizam-intizam yaratmaqdır. Həmçinin Reznikovun “Ramştayn platforması”nda Ukraynaya silah tədarükü sahəsində uğurlu işini davam etdirmək lazımdır.

Umerov yaxşı danışıq aparan olduğunu sübut etdi. O, “Taxıl Sazişi”nin hazırlanmasında, əsirlərin mübadiləsinə dair danışıqlarda, eləcə də qeyri-Qərb ölkələrindən Ukraynaya silah alınmasında iştirak edib. Umerov Ukraynanın müsəlman ölkələri, xüsusən də Türkiyə ilə əsas danışıqçılarından biri hesab olunur.

O, Səudiyyə Ərəbistanında da danışıqlarda iştirak edib. Onun ABŞ-da təcrübəsi var. Dövlət Əmlak Fondunun rəhbəri kimi idarəsində korrupsiyaya qarşı mübarizə bacarığını nümayiş etdirib. Ümumiyyətlə, onun yaxşı siyasi reputasiyası var.

Umerov Ukraynadakı Krım tatar icmasının liderlərindən biridir. Ona görə də onun müdafiə naziri vəzifəsinə təyin olunması da Krımın Ukraynaya qaytarılmasının Kiyev üçün əsas prioritetlərdən biri olaraq qaldığını təsdiqləyir”.

Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov:

“Əslində, bu, daha çox daxili mübarizəyə bənzəyir, burada korrupsiya ittihamları sadəcə bəhanə və üsuldur. Niyə ittihamlar? Çünki strukturun günahı tam sübuta yetirilməyib, məhkəmə olmayıb. Belə ki, yumurta alqı-satqısı ilə bağlı məlum qalmaqalın saxta olduğu üzə çıxıb, çünki nəticədə qeyd olunan qiymətə alış olmayıb, bazar qiymətinə bərabər və ya ondan aşağı qiymətə alınıb. Qış gödəkçəsi qalmaqalı ilə eynidir.

Ona görə də söhbət daha çox müəyyən qrupların belə mühüm sahəyə nəzarət uğrunda daxili mübarizəsindən gedir. Burada təkcə nazirin özünün fiquru deyil, müavinlərin kim olacağı da önəmlidir. Hazırda ən məhsuldarlar istefa verib və onların yerini kimin tutacağı məlum deyil.

Bəli, Umerovun Krım tatarı olması və Ərdoğanla şəxsən ünsiyyət qurmaq imkanının olması təbii ki, hərbi-siyasi əməkdaşlığa da öz təsirini göstərəcək. Ona görə də ruslar hansısa yolla əməkdaşlığa mane olmaq ümidi ilə Umerovun guya ki, Gülənçi keçmişi ilə bağlı təbliğat aparırlar. Qalanını zaman göstərəcək, mühakimə etmək hələ tezdir, çünki ona təsirli bir etibar krediti veriblər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru