Böyüklər razılaşmanı necə əldə ediblər? - İNCƏLƏMƏ...
Tarix: 11-09-2023, 12:14 | Çap et
Hindistanın paytaxtı Yeni Dehlidə “böyük iyirmilər”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı iki günlük sammitinin yekun bəyannaməsinin konsensus əsasında qəbulu toplantının uğuru sayıla bilər. Çünki Qərb ölkələri istənilən toplantıda Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya qarşı sərt sənədin qəbuluna çalışırlar. “Böyük iyirmilər”də Rusiya təmsil olunduğundan bu ölkəni sərt tənqid edən sənədin qəbulu mümkün deyil. Ona görə də toplantıya ev sahibliyi edən Dehli tərəfdaşlarıyla birgə yekun bəyannamədə elə bir formul tapmalıydı ki, onu həm Qərb ölkələri, həm də Rusiya qəbul etsin. Hindistan yekun bəyannamədə inkişaf və geosiyasət məsələləri üzrə konsensusun əldə edilməsinə nail olub. Liderlər Ukraynayla bağlı yekun bəyannamədə belə bir cümlənin qəbuluna razılaşıblar: “Böyük iyirmilərin” liderləri BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib”. Yekun bəyannamədə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi barədə cümlə yoxdur. Bunun əvəzinə sənəddə vurğulanıb ki, müharibə insanlara əzab gətirib. Kimsə bu cümləyə etiraz etməyib. Maraqlıdır ki, “böyük iyirmilərin” İndoneziyanın Bali adasında keçirilən bundan əvvəlki toplantısında Qərb ölkələri Rusiyaya qarşı sərt bəyanatın qəbuluna çalışmışdılar. Bu səbəbdən həmin toplantı gərgin şəraitdə keçmişdi. Bu dəfə isə Qərb ölkələri vaxt itirməmək üçün Ukrayna məsələsinin üzərində xüsusi dayanmayıblar. Əks halda BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri onsuz da buna imkan verməyəcəkdi. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Bali və Dehli bəyannamələri belə müqayisə edib: “Bali Balidir, Nyu-Dehli Nyu-Dehlidir. Bali bir il öncə olub, o zaman vəziyyət başqa olub. O zamandan çox şeylər baş verib”. “The Times of India” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub. Ümumilikdə isə ekspertlər Hindistan sammitini təşkilatın tarixində ən çətin sammitlərindən biri kimi qiymətləndiriblər, yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün çəkib. Hindistandakı toplantıda bir məsələyə də diqqət yetirilib və həmin yanaşma yekun bəyannamədə əksini tapıb: “G20 geosiyasi və təhlükəsizlik problemlərinin həlli üçün platforma deyil, hərçənd, bu problemlərin qlobal iqtisadiyyat üçün xeyli nəticələri ola bilər”. Bu cümləni Ukrayna ilə bağlı belə oxumaq olar: “Rusiya-Ukrayna müharibəsini müzakirə etməsək də, bu müharibə qlobal ərzaq və energetika təhlükəsizliyi, tədarüklər zənciri, makromaliyyə sabitliyi, inflyasiyalar üçün neqativ nəticələr yaradıb, bir sıra ölkələr üçün siyasi mühiti mürəkkəbləşdirib”. Bu səbəbdən “böyük iyirmilərin” toplantısında müharibə müzakirə edilmədən “taxıl sazişi” müzakirə predmeti olub. Bəyannamədə Ukrayna və Rusiyadan taxıl, ərzaq məhsulları və gübrələrin təhlükəsiz ixracı üzrə Qara dəniz təşəbbüsünün gerçəkləşdirilməsinə çağırış edilib. Sənəddə vurğulanıb ki, G20 liderləri Türkiyənin bununla bağlı təşəbbüsünü dəstəkləyir, həmçinin “Rusiya Federasiyası və Ukraynadan taxıl, ərzaq və gübrələrin dərhal və maneəsiz tədarükünü təmin etmək üçün tam, vaxtında və effektiv həyata keçirməyə” çağırırlar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsi çərçivəsində Rusiyanın tələblərini nəzərə almağa çağırıb. Geosiyasi məsələlərdə razılıq əldə etmək üçün günlər lazım olsa da, iqtisadi və ekoloji mövzularda razılıq əldə etmək çətin olmayıb. Bu mövzularda hamının qayğısı oxşardır. G20 ölkələri “qlobal ərzaq təhlükəsizliyini gücləndirmək” öhdəliyi barədə razılığa gəlib. “Böyük iyirmilər” açıq və ədalətli ticarəti təşviq etmək və ixrac qadağaları tətbiq etməməklə bağlı öhdəliklər götürüb. Bundan əlavə, G20 liderləri yekun sənəddə dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün etibarlı, yüksək keyfiyyətli vaksinlərə və dərmanlara bərabər çıxışın təmin edilməsinə çağırış ediblər, həmçinin müxtəlif ölkələrin səhiyyə sistemlərinin dayanıqlığının yüksəldilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin qadınların hüquqlarının müdafiəsi üzrə yeni işçi qrupunun yaradılması barədə də razılığa gəliblər. Dehlidəki sammit çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər də keçirilib. Misal üçün ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Sənədə əsasən, əsas məqsəd iqtisadi inkişafı stimullaşdırmaqdır. Bundan başqa bu ölkələr Çinin “Bir yol, bir kəmər” layihəsinə alternativ layihə həyata keçirmək istəyilər. Həmin istiqamətin başlanğıcı Hindistan olmalıdır. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
|