Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                 

Gürcüstan Avropa yolunda Kiyev və Kişinyovdan geri qalır - GƏLİŞMƏ
Tarix: 7-09-2023, 11:21 | Çap et
Gürcüstan Avropa yolunda Kiyev və Kişinyovdan geri qalır
Gürcüstan prezidenti Salome Zurabişvili sentyabrın 1-də Avropa Dövlət və Hökumət Başçıları Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Bundan sonra hökumət ona qarşı impiçment təşəbbüsünə başlayıb və səbəb kimi prezidentin hökumətin icazəsi olmadan xarici ölkələrə səfər etməsini göstərib. Brüssel Gürcüstan hökumətinin bu hərəkətini şübhə ilə qarşılayıb. Gürcüstanın hökuməti və dövlət başçısı arasındakı bu gərginlik artıq uzun zamandan bəri ortadadır. Zurabişvilinin may ayında Avropa Parlamentində çıxış etmək üçün Brüsselə gəlişindən sonra da bənzər problemlər yaranmışdı.

Bir neçə diplomat anonimlik şərtilə danışaraq Avropa İttifaqına qoşulmaq istəyən ölkənin prezidentinin ölkəsinin xeyrinə lobbiçilik üçün öz hesabına səyahət etməsinin niyə pis şey kimi qəbul olunduğunu anlamadığını deyib. Zurabişvili Brüsseldə hörmətlə qarşılanır və müxtəlif üzv ölkələrə səfərləri "tamamilə normal", "təşviq olunan" və "gözlənilən" hərəkət kimi qəbul edilir.

Ukrayna və Moldova
İndi əsas sual baş verənlərin Gürcüstanın Aİ-yə qoşulmaq cəhdləri baxımından hansı nəticələri verəcəyidir. Oktyabrda Avropa Komissiyası özünün illik genişlənmə hesabatını dərc edəcək. Hesabatda Gürcüstan, Moldova və Ukrayna ilə bağlı tövsiyələr də əksini tapacaq. Dekabrda isə 27 üzv dövlət yekdilliklə bu tövsiyələri ya qəbul, ya da rədd edəcək. Hələlik, Brüsseldən gələn bütün siqnallar onu göstərir ki, artıq namizəd olan Ukrayna və Moldovanın növbəti fazaya keçirilməsi tövsiyə olunacaq. Növbəti mərhələ isə Aİ-yə qəbul haqda danışıqların aparılmasıdır. Hər iki ölkə 2022-ci ilin yayında irəli sürülən şərtlərin yerinə yetirilməsi ilə bağlı çox yaxşı irəliləyir. Ən vacibi isə odur ki, ortada siyasi iradə var.

Gürcüstana gəlincə, işlər həmişə bir qədər qeyri-müəyyən olub. Gürcüstan artıq indidən Kiyev və Kişinyovdan bir addım geridədir və, hələlik, namizədliyi qəbul edilməyib. Brüssel Tbilisidən Aİ-yə inteqrasiya məsələsində digər iki ölkədən gördüyü qədər entuziazm görməyib. Bu il ərzində xarici agent qanununun qəbul etdirilməsinə cəhd və Rusiyadan Gürcüstana uçuşların bərpası da Brüsseldə çoxlarını təəccübləndirib. Hökumət rəsmilərinin Rusiyanın Ukraynaya hücumunun NATO-nun genişlənmə siyasətinin nəticəsi olması haqda bəyanatları da bu qəbildəndir.

Gürcüstan pilləni niyə keçmir
Zurabişvili ətrafında yaradılmış drama isə əlavə suallar doğurur. Bir Aİ diplomatı demişdi ki, "Gürcüstanın namizədlik statusu alması üçün keçməli olduğu pillə bu qədər asandır, ancaq o yenə də …onu keçmir". Bu vaxta qədər Tbilisidə müxalifət güclərinin dilə gətirdiyi "hökumət namizədlik statusunun verilməməsini istəyir ki, seçicilərə Aİ-nin onsuz da Gürcüstanı heç vaxt istəmədiyini göstərsin və Brüsseli gühanlandırsın" fikri artıq Brüsseldə də ifadə edilməyə başlayıb.

Aİ xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin Gürcüstana 7-8 sentyabr tarixlərində baş tutacaq səfərindən çoxlu gözləntilər var. Adətən bu cür səfərlər, ən azı, bir həftə öncədən elan edilir. Ancaq Zurabişvili insidentindən sonra Brüssel səfəri birbaşa təsdiqləməkdən yayınıb. Bu tərəddüd çox şeyi deyir. Ancaq namizədlik statusu ilə bağlı arqumentlər qüvvədə qalır. Bu ilin sonunda Gürcüstana namizədlik statusu verilərsə, bu, hökumətin gələnilki seçkiləri udmasına kömək edə bilər. Ancaq müşahidəçilər Aİ-nin bu faktı nəzərə almayacağını deyirlər.

İddia olunur ki, Aİ-nin nə qədər böyümək istədiyi ilə bağlı ciddi düşündüyü nəzərə alınsa, bu, bir fürsətdir. Bu fürsət indi mövcud olsa da, gələn il olmaya bilər. Çünki gələn il Aİ-nin başı Avropa Parlamentinə seçkilər və Komissiya və Şura prezidentlərinin seçilməsinə qarışacaq.

Başqa bir məsələ isə namizədlik statusunun müəyyən mənada dəyərini itirməsidir. Ötən il Bosniya-Herseqovina hər hansı irəliləyiş etmədən, yaxud islahat keçirmədən namizədlik statusu alıb.

Gürcüstanın Anakliya limanının "Anakliya" otelinin damından görüntüsü. Mərkəzdən solda görünən baxış qülləsi ləzzətli yemək restoranı olmaq üçün nəzərdə tutulmuşdu, lakin struktur boş olaraq qalır.

12 şərtin qalan hissəsi
Üçüncü məsələ Gürcüstanın Moldova və Ukraynaya nisbətən daha da geriləməsinə imkan vermək riski ilə bağlıdır. Buna görə də Gürcüstana şərti namizədlik statusunun veriləcəyi ehtimalı böyükdür. Yəni, status veriləcək, ancaq növbəti mərhələyə keçməzdən öncə ondan müəyyən şərtləri yerinə yetirməsi tələb olunacaq.

Bu şərtlər ilkin olaraq irəli sürülən 12 şərtin qalan hissəsi ola bilər. Zurabişvili ilə görüşdən sonra Şarl Mişel X-də (keçmiş Twitter) ədalət, qütbsüzləşdirmə və oliqarxsızlaşdırmaya fokuslanmaya, habelə inklüziv siyasi mədəniyyət formalaşdırılmasına ehtiyac haqda yazıb.

Ancaq bu şərtlər qeyri-müəyyəndir, çünki onların nə zaman yerinə yetirildiyini ölçmək çətindir. Bu, Aİ-yə hərəkət azadlığı verir. Müxtəlif üzv dövlətlərin xahişi ilə əlavə şərtlər də irəli sürülsə, təəccüblü olmaz. Bu şərtlərdən biri 2024-cü ilin payızında yaxşı təşkil olunmuş parlament seçkiləri ola bilər. Polşa, yaxud Baltik ölkələri keçmiş prezident Mixeil Saakaşvilinin müalicə üçün azad edilməsi şərtini irəli sürə bilər. Bundan başqa, Aİ-nin xarici siyasəti məsələsi də var. Bu məsələ xüsusilə də Rusiyaya qarşı sanksiyalar fonunda daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Bir neçə Aİ hökuməti Gürcüstanın blokun Ümumi Xarici və Təhlükəsizlik Siyasəti çərçivəsində verdiyi qərarların cəmi 31 faizinə (daha öncə bu göstərici 44 faiz idi) əməl etməsindən qəzəblidir. Moldova Rusiya tərəfindən eyni siyasi təzyiqlərə məruz qalsa da, tamamilə başqa istiqamətə doğru gedir.

AzadlıqRadiosu ©










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru