Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                 

Xurafat eyni, siyasət fərqli… - Tehranın “Taliban” dərdi
Tarix: 13-08-2023, 06:50 | Çap et
Xurafat eyni, siyasət fərqli…
Əfqanıstandakı “Taliban” hökuməti ilə İrandakı rejim mahiyyət və davranış baxımından bir-birindən o qədər də fərqlənmir.

İranda teokratik rejim 44 ildən çoxdur mövcuddur. Çoxsaylı etirazlara və sanksiyalara baxmayaraq, bu rejim hərbi-polis qüvvələrinin, Rusiya və Çinin dəstəyi sayəsində mövcudluğunu saxlayır. Heç şübhəsiz, bura Avropa İttifaqı ölkələrinin İrandakı hakimiyyətə loyal münasibətinin də əlavə etmək olar.

“Taliban”ı isə Əfqanıstana ikinci dəfədir gətirirlər. Qeyd edək ki, birinci dəfə 1996-cı ildən 2001-ci ilədək hakimiyyətdə olublar. 2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror hadisəsindən sonra onları hakimiyyətdən qovdular. İkinci dəf isə 2021-ci il avqustun 15-də hökuməti ələ keçirdilər.

Elə zənn edilirdi ki, bu dəfə onlar daha mütərəqqi olacaqlar. Ancaq qadağaları və davranışları ilə dəyişmədikləri məlum olub. Bunu onların tətbiq etdikləri qadağalar da təsdiqləyir. “Taliban”ın qadınlara qarşı 30 maddəlik qadağaları Tehran hakimiyyətinin tətbiq etdiyi yasaqların az qala eynisidir. Məsələn, kollektiv təhlükəsizlik və həyatı vacib məsələlər baxımından Əfqanıstan İnqilabının Qadınlar Birliyi qadınlar üçün yasaqlanan məsələlərin siyahısını tərtib edib. “Taliban” iddia edir ki, qadınların təhlükəsizliyi üçün mühit yaratmağa cəhd göstərirlər. Həmin qadağalardan bəzilərini diqqətinizə çatdırmaqla, Tehran rejimi ilə uyğunluqlarını göstərmək istərdik: Qadınların ayağından tutmuş saçınadək heç bir yeri görünməməlidir;

Qadınlarla kişilər nəqliyyatda bir yerdə gedə bilməz;

Kişi həkim qadınları müalicə edə bilməz;

Qaydalara uyğun geyinməyən qadınları təhqir etmək olar;

İctimai yerdə topuğu açıq olan qadınlar əhalinin gözü qarşısında şallaqlanmalıdır;

Ər və ya digər yaxın kişi qohumu olmasa, onunla danışa və ya əl sıxa bilməzlər;

Qadının səsini başqa kişi eşitməməlidir, ona görə də onlara nəinki danışmaq, hətta ictimai yerlərdə gülmək də qadağandır;

Dabanlı ayaqqabı geyinmək qadağandır, çünki kişi qadının addımlarını eşitməməlidir;

Radioda, televiziyada, internetdə, ictimai yığıncaqlarda danışmaq olmaz;

Qızlar və qadınlar idman salonlarına və ya fitnes mərkəzlərinə gedə bilməzlər; Velosiped və ya motosiklet sürmək olmaz;

Parlaq rəngli paltarlar cinsi cəlbedici olduğundan onları geyinmək qadağandır; Coğrafi və digər adlarda “qadın” sözü olmamalıdır. Məsələn, Kabildəki “Qadınlar bağı”nın adı dəyişdirilərək, “Bahar bağı” adlandırılıb.

Hər iki rejimin tətbiq etdiyi qaydalara görə, yeni doğulan uşaqlara ancaq müsəlman adları verilə bilər. Qəzetlərdə və kitablarda qadınların fotoşəkillərini dərc etmək, eləcə də evdə və iş yerində onların portretlərini asmaq qəti qadağandır. “Taliban” musiqinin dinlənilməsini də yasaqlayıb. Musiqi alətlərini müsadirə edərək, yandırırlar. Bundan başqa, “hökumət” nümayəndələri avtomobillərdən maqnitofonları və flaş-kartları da yığışdırırlar. Qadınların rəqs etməsi, mahnı oxuması yasaqlara daxildir.

Bunlar İranda da qadağan olunan məsələlərdir. Düzdür, bəziləri ilə bağlı rejim göz yumur, ancaq təzyiq göstərmək üçün pozulan qaydalardan bəhanə kimi istifadə edir.

Ötən il sentyabrın 17-də İranda başlayıb, bu günədək davam edən etiraz aksiyaları Tehranın “Taliban”dan fərqlənmədiyini bir daha təsdiqlədi.

Bu qədər yaxın olan rejimin bir-biri ilə əlaqəsi və əməkdaşlığı çox aşağı səviyyədədir. İran hakimiyyəti “Taliban”ı hökumətə gələndə sərt qarşılamadı, hətta yardım əlini uzada biləcəyini belə vəd elədi.

Bu qədər yaxın olmalarına baxmayaraq, Tehranla “Taliban” bir-birindən bir o qədər uzaqdır. Onların yaxınlaşması və ya bir yerdə olması isə çox çətin məsələdir.

Bu ilin mayından Əfqanıstan-İran münasibətləri gərginləşib. “Taliban”ın İrana su verməməsi səbəbindən tərəflər arasında gərginlik daha da ağırlaşıb.

İmam Xomeyni adına İmdad Cəmiyyətinin Əfqanıstan ərazisində fəaliyyətinin qadağan edilməsi və ofisinin bağlanması tərəflər arasında münasibətlərin normallaşması, yaxınlaşması ilə bağlı yaxşı heç nə vəd etmir.

Yayılan məlumatlara əsasən, Komitənin Kabil, Məzari-Şərif və Heratdakı ofisləri bağlanıb. “Taliban” Tehranın Xomeyni komitəsinə Almaniya, Böyük Britaniya və Türkiyə şirkətləri ilə eyni mövqedən yanaşıb. Halbuki hər ikisi islamı “təmsil etdiklərindən” komitəyə münasibət fərqli ola bilərdi. Yaxud, xeyriyyəçi sayılan bu qurum elə fəaliyyət göstərərdi ki, “tələbələr” onu saxlayıb, o birilərini ölkədən çıxarardı.

Bu istiqamətdə də “Taliban”la Tehranın ulduzu barışmır.

Ehtimal etmək olar ki, İran rejimini təmsil edən bu qurum Əfqanıstanın, daha doğrusu, “Taliban”ın fəaliyyətinə mane olur, daxili işlərinə müdaxilə edir. O da istisna deyil ki, “tələbələr” ayrı-seçkilik etmədiyini digər xarici missiyalara göstərmək üçün təşkilatı ölkədən çıxarıb. O biriləri ilə İranın komitəsini müqayisə etmək istəmirik. Ancaq İmdad cəmiyyətinin Azərbaycandakı fəaliyyətindən xəbərdar olanlar onun məşğuliyyət sahəsini unutmayıblar.

Qeyd edək ki, İranın İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub. Azərbaycanın Ədliyyə Nazirliyi 2011-ci ildə bu qurumun qeydiyyatını ləğv edib. Rəsmi Bakı buna səbəb kimi Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyindən ölkədə xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac duyulmadığını göstərib.

Ancaq sirr deyil ki, Xomeyni komitəsi Azərbaycanda mandatına uyğun fəaliyyətlə məşğul olmayıb. İranın Azərbaycandakı səfirliyi yanında mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onun başçısı da daxil olmaqla, İranın 4 diplomatının ölkədən qovulması Tehran rejiminin müsəlman ölkəsindəki fəaliyyətinin, yaxud mandata uyğun olmayan əməllərinin göstəricisi sayıla bilər. Bu baxımdan, ehtimal etmək olar ki, hətta “Taliban” belə Xomeyni komitəsinin fəaliyyətində Əfqanıstanın təhlükəsizliyinə zidd amillər aşkarlayıb Bu səbəbdən də onun ölkə ərazisində fəaliyyətini qadağan edib. Yeri gəlmişkən, Komitə Əfqanıstanda 18 il fəaliyyət göstərib. Yəni “Taliban” hökuməti birinci dəfə ələ keçirəndə də bu cəmiyyət ölkədə olmayıb.
Sədrəddin Soltan - Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru