Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                     “Yapı Kredi Bank”ın gəliri .....                     Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib .....                     Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı .....                     Hindistanlı generala İrəvanda medal verildi .....                     Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın .....                     Estetik əməliyyatlar məhdudlaşdırılacaq? .....                     Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini .....                     Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                 

Türkiyə Qərbə üz tutur, Rusiya arxa plana keçir, Ərəb ölkələri isə... - GƏLİŞMƏ
Tarix: 17-07-2023, 12:39 | Çap et
Türkiyə Qərbə üz tutur, Rusiya arxa plana keçir, Ərəb ölkələri isə...
“BBC” yazır ki, Türkiyənin dərinləşən iqtisadi böhranı Tayyib Ərdoğanı Qərbə meyllənməyə sövq edir. Bu həftə Türkiyə prezidentinin uzun sürən və getdikcə dərinləşən iqtisadi böhrandan çıxmaq üçün həll yolları axtardığı üzə çıxdı. O, sürətli siyasi dönüşlə Qərblə münasibətləri yaxşılaşdırmaq üçün böyük bir addım atdı.
Cənab Ərdoğan bazar ertəsi İsveçin hərbi alyansa (NATO) qoşulmaq istəyinə uzun müddət davam edən etirazını birdən-birə kənara ataraq NATO-dakı müttəfiqlərini heyrətə gətirdi. Litvaya gəlməzdən bir neçə saat əvvəl o, terrorizmi durdurmaq üçün kifayət qədər iş görə bilmədiyinə görə ittiham etdiyi rəsmi Stokholmun bağçasına xeyli daş atmışdı.
Türkiyə prezidentinin qəfil mövqeyini dəyişməsi, yenidən seçilən prezidentin Qərblə diplomatik münasibətləri düzəltməyə və son illərdə Türkiyəni iqtisadi çətinliklərə görə tərk etmiş xarici sərmayədarların geriyə dönüşünə inam yaratmağa hesablanıb.
Sadiq İnstitutunun analitik mərkəzinin Ankarada fəaliyyət göstərən siyasi analitiki Batu Coşkun deyir: "Bu, klassik Ərdoğan gedişidir. Bu gediş gözlənilmədən siyasətdə və vurğuda qəfil dəyişmədən yaranır. İstənilən başqa siyasi lider belə bir U dönüşündən əziyyət çəkərdi. Amma o, bu dönüşdən də faydalana bilir".
Elə buna görədir ki, o, İsveç, ABŞ, NATO və hətta Avropa İttifaqının da Türkiyəyə qarşısında öhdəlik götürməsinə nail olub.
Türkiyə indi ABŞ-dan çoxdan gözlənilən F-16 qırıcı təyyarələrini almağa hazırlaşır və cənab Erdoğan deyir ki, Brüssel Ankaranın uzun müddətdir ki, Avropa İttifaqına üzv olmaq istəyinin yenidən canlanmasına və viza rejiminin liberallaşdırılmasına "müsbət yanaşır".
İllərdir Türkiyənin demokratik dəyərlərdən geri çəkilməsindən narahat olan ABŞ və Avropadakı müttəfiqlərinə daha konstruktiv yanaşması bir daha onu göstərdi ki, cənab Ərdoğan daha çevikdir.
Onun Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts ilə NATO sammitində çoxsaylı foto çəkdirmək fürsəti olub.
İllərdir ki Türkiyə prezidenti ilə arasında məsafə saxlayan ABŞ prezidenti Co Bayen cənab Ərdoğanla ikitərəfli görüşünü özü dilə gətirib.
“Hesab edirəm ki, seçkilərdən sonra Ərdoğan həm Rusiya, həm də Qərblə münasibətlərdə özünü daha inamlı hiss edir”, – politoloq Batu Coşkun deyir.
Xaricdə güvənli olmaq, əlbəttə, yaxşıdır. Ancaq daxildə təcili şəkildə Türkiyənin iflasa uğrayan iqtisadiyyatını canlandırmaq lazımdır. Bu, onun mayın sonunda keçirilən tarixi ikinci tur səsverməsində çətin mübarizədə əldə etdiyi qələbəsindən sonra üzləşdiyi əsas məslədir.
“BBC” sıradan bir türkün Türkiyədəki acınacaqlı vəziyyətlə bağlı dediklərinə də yer ayırıb.
Gündə 17 saat odun sobasında simit bişirən Burhan Morkoç deyir: “İş o qədər də yaxşı deyil. Hər şey o qədər bahadır ki... əvvəl iki simit alan insanlar indi yalnız birini alırlar. Tələbat azalıb".
Burhan Morkoç İstanbuldakı Kadıgöy ərazisində yaşayır. O, 3 qardaşı ilə birlikdə simit biznesi ilə məşğuldur. O deyir ki, ərazidəki kirayə evlərin qiyməti 400 faiz qalxıb. Eyni müddət ərzində simit üçün digər zəruri məhsullar da kəskin bahalaşıb - soba üçün odun 900%, un təxminən 500%, maya 255%, küncüt isə 150% qiymətdə qalxıb.
“BBC” vurğulayır ki, Türkiyəni iqtisadi tənəzzüldən xilas etmək üçün prezident Ərdoğan təkcə Qərblə ilişkiləri dərinləşdirmək fikrində deyil. Onun Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayır.
"Biz yenidən üzümüzü Qərbə çevirmişik. Rusiya isə arxamızda qalır", - iqtisadçı İris Cibre bəyan edir.
Prezident Ərdoğan ötən həftə sonu Ukrayna prezidenti Vladimir Zelenskiyə müharibənin qalan müddətində Türkiyədə saxlanılmalı olan beş hərbi komandirlə evə qayıtmasına icazə verdikdə Rusiya bundan çox qəzəbləndi.
Kreml hətta Türkiyəyə xəbərdarlıq etdi ki, avropalılara çəhrayı linzalı eynəklə baxmasın.
Lakin prezident Ərdoğan avqustda Vladimir Putini də qəbul etməyi planlaşdırır. Türkiyə prezidenti Ukraynaya taxıl ixrac etməyə imkan verən Qara dəniz razılaşmasını xilas etmək üçün Putinlə anlaşmaya ümid edir.
Batu Coşkun üçün bu, balanslaşdırıcı hərəkətin bir hissəsidir: "Türkiyə-Rusiya münasibətlərini zənn edilən Qərblə yaxşılaşma ilə əvəz etmək sadə məsələ deyil".
Yəni Türkiyə Qərblə nə qədər yaxınlaşsa da Rusiyadan kəskin şəkildə uzaqlaşmayacaq. Əlbəttə, bu, bağışlanılmaz səhv olardı. Zatən Türkiyə elə Rusiya ilə yaxın olduğuna görə Qərb üçün xüsusi önəm daşıyır. Heç bir halda bu üstünlüyü əldən vermək olmaz.
Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üç gün Körfəz ölkələrinə səfər etməyə hazırlaşır. Bu səfərlə bağlı Almaniyanın ən nüfuzlu nəşri olan “Deutsche Welle” belə yazır: “ Prezident Ərdoğan bazar ertəsi Səudiyyə Ərəbistanı, çərşənbə axşamı Qətər və çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərində olacaq.
Səfər zamanı cənab Ərdoğan Türkiyənin dövlət aktivlərinin özəlləşdirilməsindən tutmuş birbaşa investisiyalara, müdafiə sənayesi sövdələşmələrinə, biznes satınalmalarına, yeni müqavilələrə kimi hər şeyi əhatə edə biləcək çoxmilyardlıq anlaşmalara cəhd edəcək”.
“Səfərimiz zamanı bu ölkələrin Türkiyəyə göstərəcəyi dəstəyi şəxsən izləmək imkanımız olacaq”, – Ərdoğan bu yaxınlarda Türkiyə mətbuatına belə demişdi. "Onlar mənimlə əvvəlki təmaslar zamanı Türkiyəyə ciddi sərmayələr qoymağa hazır olduqlarını ifadə ediblər. Ümid edirəm ki, bu səfər zamanı bu məsələni yekunlaşdıracağıq".
Yüksək rütbəli türk məmurları “Reuters” xəbər agentliyinə Ərdoğanın səfərindən qısa müddət sonra Körfəz ölkələrindən təxminən 10 milyard dollar (8,9 milyard avro) və daha sonra daha uzun müddət ərzində ümumilikdə 25 milyard dollardan 30 milyard dollara qədər birbaşa investisiyaların daxil olacağının gözlənildiyini deyiblər.
May ayında-Ərdoğanın seçkilərdə qalib gəlməsindən üç gün sonra Türkiyə və BƏƏ gələcək beş il ərzində potensial olaraq təxminən 40 milyard dollar dəyərində ticarət sazişi imzaladılar.
Səudiyyə ilə Türkiyə arasında 2018-ci ildə jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsi ciddi problemlər yaratdı. Ancaq bir müddət sonra proses əvvəlki axarına qayıtdı. Hazırda Səudiyyə Ərəbistanının Türkiyə ilə ticarəti bütün Körfəz ölkələri arasında ən sürətlə artanıdır. 2022-ci ildə iki dövlətlər arasında ticarət dövriyyəsi 6,5 milyard dollar təşkil edib. Türkiyənin dövlət “Anadolu Agentliyi”nin iyulun 12-də verdiyi məlumata görə, 2023-cü ilin ilk altı ayı ərzində ikitərəfli ticarət artıq 3,4 milyard dollar təşkil edib.

İyun ayında “Bloomberg” xəbər agentliyi Səudiyyə Ərəbistanının dövlət nəzarətində olan neft şirkəti “Saudi Aramco”-nun qarşıdakı beş il ərzində 50 milyard dollar dəyərində potensial layihələr üzərində işləmək məqsədilə Ankarada 80-ə yaxın müxtəlif türk podratçısı ilə görüşdüyünü qeyd edib.
Analitiklər hesab edirlər ki, Türkiyənin inkişaf edən müdafiə sektoru səudiyyəliləri də maraqlandıra bilər. Onlar hələ “Bayraktar” pilotsuz təyyarəsini almayıblar, amma gələcəkdə buna maraq göstərə bilərlər. Türk ordusu müasir donanması ilə neft daşıma yollarında patrul xidməti həyata keçirmək gücündədir.
Qətərdə isə Türkiyəyə xüsusi simpatiya var. Səudiyyə Ərəbistanının dirijor çubuğu ilə bütün körfəz ölkələri 2014-cü ildə Qətərlə düşmənçilik edəndə Türkiyə onun yanında idi. Bir faktı deyək. 2016-2019-cu illərdə Qətərin Türkiyəyə qoyduğu sərmayə 500 faiz artdı. Növbəti illərdə də bu tendensiya davam etdi. Qətərdə Türkiyənin hərbi bazasının olması da bu ölkələr arasında münasibətlərin dərinliyindən xəbər verir.
Elbəyi Həsənli, Sürix
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru