Kreml gizlinləri: çar üsyançılarla bir arada - GƏLİŞMƏ
Tarix: 13-07-2023, 15:55 | Çap et
Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Kremldə Yevgeni Priqojin və “Vaqner” özəl hərbi şirkətinin komandirləri ilə görüş keçirib. Təxminən üç saat çəkən görüş barədə danışan Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə görüşün təfərrüatını açıqlamayıb: “Yalnız onu deyə bilərik ki, Prezidentin belə bir görüşü olub. O, görüşə 35 nəfər dəvət etmişdi - bütün dəstə komandirləri və şirkət rəhbərliyini, o cümlədən Priqojinin özünü. Prezident şirkətin xüsusi hərbi əməliyyat çərçivəsində cəbhədəki fəaliyyətinə, həmçinin 24 iyun hadisələrinə qiymət verib”.
Xatırladaq ki, iyunun 23-də Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner” silahlılarının mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-də Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb və “Vaqner” rəhbəri hərbi qüvvələrin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, ABŞ və Qərbin Rusiyaya qarşı çovektorlu embarqoları fonunda, Putinin Rusiyanın daxilində qiyam qaldıran qüvvələrə güzəştə getməsi maraqla qarşılanır. Bəziləri bunu Putinin özü tərəfindən ssenariləşdirilmiş planın tərkib hissəsi adlandırsalar da, əks qənaətdə olanlar, Putinin daxili etirazları səngitmək iqtidarında olmadığını söylənlər də var.
DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya açıqlamasında deyib ki, “Vaqner” kimi qruplaşmaların Putinə qarşı çıxması inandırıcı deyil: “Düzdür, avtoritar rejimlər bir çox hallarda öz komandasının əli ilə yola salınır. Tarixdə belə təcrübələr az olmayıb və Putinin belə bir aqibətlə üzləşəcəyi ehtimalı yüksəkdir. Lakin “Vaqner”in Putinə qarşı qiyamı əvvəlcədən hazırlanmış ssenariyə bənzəyir. Hətta onlar həqiqətən də narazı olublarsa belə, bu, Putinin şəxsinə qarşı qiyam deyildi”.
“Bildiyiniz kimi, “Vaqner” Putinin özü tərəfindən yaradılan bir dəstədir. Afrikada, dünyanın müxtəlif ölkələrində onlardan istifadə olunur. Ukraynada da müxtəlif təxribatlar həyata keçiriblər. Nə Putinin “Vaqner”dən imtina etmək fikri var, nə də Priqojinin Putindən. Onlar hər ikisi eyni məqsədlərə xidmət edirlər və sonları da birlikdə gələcək”, - deyə müsahibimiz söyləyib.
Hüseynlinin sözlərinə görə, Ukrayna müharibəsi “Rusiya mifi”ni tamamilə darmadağın etdi: “Belə iddialar səslənir ki, “Vaqner” olayları Putinin reputasiyasını zədələdi. Putin Ukrayna müharibəsində özünü tamamilə xərclədi. Bundan sonra onun qurtuluşu yoxdur. Sona qədər döyüşməyə məhkumdur. İmkanı olsaydı, beynəlxalq dairələrə minnətçi düşər, müharibənin dayandırılmasını xahiş edərdi. Bu imkan isə artıq yoxdur”.
DİA.AZ-ın məlumatına görə, mövzuya dair AYNA-ya şərhində siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Putin Ukrayna ilə şiddətli döyüşlərin getdiyi bir ərəfədə “Vaqner”i itirmək istəmir: “Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda ümid edirdi ki, ən qısa zamanda qələbəsini təmin edəcək. Çünki bu hücumlara start verməzdən cəmi bir neçə ay öncə Qazaxıstanda öz üstünlüyünü nümayiş etdirmişdi. Düşünürdü ki, Ukraynada da belə olacaq. Ssenari qısa zaman kəsimində Kiyevi ələ keçirmək, öz adamını “taxt-taca” oturtmaq, bununla da uzunmüddətli planlarının davamını həyata keçirməkdən ibarət idi. Moskva Qərbin israrını gözləmirdi. Nəticə isə heç də onun gözlədiyi kimi olmadı”.
“Uzun müddətdir Rusiya Ukraynaya qarşı müharibəyə başlasa da, heç bir ciddi nəticə əldə etmir. Qərb bütün mənalarda Ukraynanın arxasındadır. Şimal qonşumuzun resursları tükənmək üzrədir. Belə bir şəraitdə öz təşəbbüs ilə yaradılan “Vaqner” kimi silahlı dəstəni də itirmək istəmir. “Vaqner” eyni zamanda Afrika ölkələrində Rusiyanın planlarını icra edir”, - deyə analitik qeyd edib.
O, Priqojin və dəstəsinin qiyamının Putinə qarşı olmadığını diqqətə çatdırıb: “Bu, sadəcə “Vaqner”lə Şoyqunun mübarizəsi idi. Yəni, klanlararası bir savaş idi. Putin düşünür ki, muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində ona qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər. Heç bir halda daxildə etirazların başlamasına yol vermək niyyətində deyil”.
“Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” barədə ehtimallar da səslənir. Bu proqnozu gücləndirən amillər də mövcuddur. Tərəflər döyüşür, Putin bundan yararlanır və hər iki tərəfi özündən asılı vəziyyətə salır - zərərsizləşdirir. Bununla da hakimiyyətini gözləyən daha bir təhlükəni önləmiş olur. Hesab edirəm ki, “Vaqner” Ukrayna müharibəsində bundan sonra da iştirak edəcək və ona yeni missiyanın tapşırılması, təxribat hücumları ilə bağlı planların tərkib hissəsi olması ehtimalları yüksəkdir”, - deyə Nərimanlı fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
|