Tehranın bir gözü Vaşinqtonda, digəri Pekindədir - GƏLİŞMƏ
Tarix: 21-06-2023, 11:26 | Çap et
Tehran yaxın və uzaq qonşularla münasibətlərin normallaşmasına çalışır. Tehran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırdıqdan və iki ölkənin səfirlikləri qarşılıqlı olaraq fəaliyyətə başladıqdan sonra Misirlə də yaxşı münasibətlər qurmağa çalışır. Tehran hətta ən qatı düşməni Vaşinqtonla münasibətlərin normallaşdırılması üçün də imkanlar axtarır. Qərb mənbələri ABŞ və İran nümayəndələrinin Oman dövlətində qapalı danışıqlar apardıqlarına dair xəbərlər yayıblar. Keçmiş illərdə də belə təmaslar olub, ancaq danışıqlar nəticə verməyib. Vaşinqtonla Tehranın bir-birlərindən tələb və istəklərini bu şəkildə ümumiləşdirmək mümkündür: Birincisi, ABŞ İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılmasını istəyir. İranda polis rejimi xarici vətəndaşları kütləvi surətdə həbs edir. Bunların içərisində ABŞ vətəndaşları da var. İkincisi, İrandan uranın zənginləşdirlməsinin 60 faiz həndəvərində (nüvə silahı uranın 90 faiz zəginləşdirilməsi zamanı əldə edilir) və beynəlxalq aləmin nəzarəti altında həyata keçirməsi tələb olunur. Tehranın bu məsələdə güzəştə gedəcəyi şübhə doğurur. Çünki Tehran keçmiş illərdə də uranı zənginləşdirməyəcəyini vəd etsə də, Qərb ölkələrinin kəşfiyyat strukturları İranda uranı zənginləşdirməklə məşğul olan gizli mərkəzlər aşkarlamışdılar. Üçüncüsü, Tehrana bağlı qüvvələr Suriya və İraqda ABŞ-a bağlı qüvvələrə qarşı təxribatlara son qoymalıdırlar. İran İslam Keşikçilər Korpusu qonşu dövlətlərdə ABŞ-a aid mərkəzləri hədəf götürüb və bu siyasətindən imtina etməyib. Dördüncüsü, İran Rusiyaya ballistik raketlər verməməlidir. İran Rusiyaya pilotsuz uçuş aparatları ilə yanaşı raketlər də verir və hərbi texnika son aylarda Xəzər dənizi üzərindən Rusiyaya çatdırılıb. Tehranın Moskva ilə bu əməkdaşlıqdan imtina edəcəyi problematiktdir. Beşincisi, İran Amerikanın istəklərinin bir qismini nəzəri olaraq yerinə yetirəcəyi halda Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanskiyaların götürülməsini istəyir. Tehran ABŞ-ın ümumilikdə İrana qarşı iqtisadi sanksiyaların yumşalmasını tələb edir. Vaşinqtonla danışıqlarda daha çox Tehran maraqlıdır. Sanksiyalar İran iqtisadiyyatını zəiflədib. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var – ABŞ-dakı sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki, Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirməsindən imtina edə bilər, ancaq bölgədəki terrorçu qrupları maliyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək. Bu isə ABŞ-ın bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır. Bu arada, İranın pilotsuz təyyarələrin tədarükünü sürətləndirmək üçün Çinin köməyindən istifadə etdiyi məlum olub. “The Wall Street Journal” qəzetində yayımlanan məqalədə Çinin İrana üç ay ərzində Rusiyaya pilotsuz uçuş aparatları istehsal etmək üçün kömək etdiyi yazılıb. Ukrayna İrana məxsus pilotsuz uçuş aparatını vurduqdan sonra onda aşkarlanan Çin hissəsinin üç ay ərzində hazırlanaraq Rusiyaya göndərildiyi aşkarlanıb. Bu ilin yazında Ukrayna səmasında vurulan İran pilotsuz uçuş aparatı araşdırılıb. “Conflict Armament Research” bununla bağlı foto dərc edib. Fotoda aprel ayında Ukrayna səmasında vurulan İran pilotsuz təyyarəsində yanvar ayında Çində istehsal edilmiş hissə təqdim olunub. Deməli, Pekin bir tərəfdən Rusiyaya silah və hərbi texnika göndərmədiyini iddia edir, digər tərəfdən İranın Rusiyanı pilotsuz uçuş aparatları ilə təhciz etmək üçün çalışmalar həyata keçirir. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
|