Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                     “Yapı Kredi Bank”ın gəliri .....                     Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib .....                     Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı .....                     Hindistanlı generala İrəvanda medal verildi .....                     Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın .....                     Estetik əməliyyatlar məhdudlaşdırılacaq? .....                     Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini .....                     Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                 

“Kadırovçular” “Vaqner”ə qarşı və ya Putindən sonrakı Rusiya uğrunda mübarizə - İNCƏLƏMƏ
Tarix: 4-06-2023, 06:31 | Çap et
“Kadırovçular” “Vaqner”ə qarşı və ya Putindən sonrakı Rusiya uğrunda mübarizə
Keçmiş situasiya müttəfiqləri – “Kadırovçular” və “Vaqner” arasında münaqişə bu yaxınlarda ictimaiyyətə sızdı və böyük maraq doğurdu. Məsələ burasındadır ki, bu yaxınlarda “Vaqner” hərbi şirkətinin lideri Yevgeni Priqojinin ona kifayət qədər silah verilməsə, Baxmutu tərk edəcəyi ilə bağlı açıqlamalarından sonra Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan etdi ki, o zaman dərhal Baxmuta gedəcək. Və hər şeyə orada qərar verəcək. Eyni zamanda, sonuncu Priqojini "böyük qardaş" adlandırdı. Ancaq indi deyəsən, artıq heç kim bu “iyerarxiyaya” əməl etmir.

Əsasən, əvvəllər onları Rusiya ordusuna, konkret desək, Şoyquya və Gerasimova qarşı birgə çıxmaları birləşdirirdi. Və onlar "korporasiyaların" daxili rus mübarizəsində gələcəkdə əməkdaşlığa hazır idilər. Çünki onların müvafiq resursu və ambisiyaları var. Rusiya Federasiyasının hərbi quruluşuna qarşı bu "müxalifət" kifayət qədər xaotik və rəngarəng idi, lakin az-çox birləşə bilmişdilər. Rus hərbi blogerləri, eyni zamanda, Girkin, Kadırov və Priqojin - hər biri öz nöqteyi-nəzərindən, lakin bir səslə - Şoyqu klanını nüfuzdan salaraq çökdürdü. Lakin indi Rusiya Federasiyasında daxili böhran dərinləşməyə başlayıb. Ona görə də hətta belə situasiya müttəfiqləri arasında da ziddiyyətlər və münaqişələr yaranmağa başlayıb.

Açığı, söhbət Putindən sonrakı Rusiyadan gedir. Yeri gəlmişkən, bu “Putindən sonra Rusiya” Putinin Kremldə olduğu müddətdə də baş verə bilər. Bu yeni reallığın konturları getdikcə aydınlaşır və müxtəlif qrupların avtonomlaşması hər hansı simpatiyadan və ya informasiya kampaniyasından asılı olmayaraq, kifayət qədər kortəbii şəkildə baş versə də, onun müəyyən məntiqi var – rəqabət tamamilə təbiidir.

Rusiya Federasiyasında bu və ya digər şəkildə Putinyönlü çoxluğun formalaşması ictimai konsensus əsasında baş verdi. Əvvəlcə bu, çeçen konsensusu idi. Putin çeçen elitasının bir hissəsini öz tərəfinə çəkə bildi və cəmiyyətdə kövrək sülh yarandı. Sonra Krım konsensusu gəldi... Lakin Ukraynadakı döyüş meydanında bütün problemlər, xüsusən də ruslarla çeçenlər arasında illərdir susdurulmuş problemlər daha da böyüdü.

Rusların çeçenlərlə, “kadırovçular”la çoxlu haqq-hesabı var. Axı sonunculara "jandarm" rolu verildi, lakin “Vaqner” həqiqətən döyüşməli, səngərlərdə oturmalı və hücumlara getməli idilər.

Eyni zamanda, qeyd etmək yerinə düşər ki, bu münaqişənin rəsmiləşdirilməsi prosesi təkcə ictimai deyil, artıq ideoloji müstəvidə gedir. Bunu mediada tez-tez görünməyən, lakin indi nədənsə ortaya çıxan Dmitri Utkinin (Rusiya xüsusi təyinatlılarının ehtiyatda olan polkovnik-leytenantı, “Vaqner”in ilk komandirlərindən biri) fiquru sübut edə bilər. O, “kadırovçular”a çeçen müharibələrindəki təcrübəsini xatırladan sərt bəyanat verdi. O, Priqojindən fərqli olaraq, sabit və müəyyən ideologiyası olan bir insandır. Bu, Priqojinin özünün Rusiya Federasiyasının ictimai məkanında mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Xatırladım ki, indiyədək “Vaqner” rəhbəri Priqojin Rusiya cəmiyyətində döyüşməyi bilən və real işlər görən əsl insan kimi tanınırdı. Amma siyasi fiqur kimi ideologiyası yox idi. Bu da onun siyasi xadim kimi formalaşması üçün kifayət etmədi. İndi Kadırov və “kadırovçular”la münaqişə Rusiya siyasətinin fenomeni kimi, belə demək mümkünsə, Priqojini ideoloji mövqeləşdirməyə doğru sövq edir.

Düşünürəm ki, onun “Rusiya ruslar üçün” kimi rus etnik millətçiliyinə keçməsi və orada özünə tərəfdar axtarması məntiqli olardı. Rusiya Federasiyasındakı bu sahə indi boşdur. Axı Krımdan sonra imperiya kimliyi hakim olmağa başladı və rus etnik millətçiliyi özünü kənarda tapdı. İndi bu, Rusiyada ideoloji qarşıdurmanın canlanma nöqtəsinə çevrilə bilər...

Rusiya Federasiyasında Rusiya təhlükəsizlik qüvvələri, ordusu və çeçenlər arasında qarşılıqlı nifrətin olması çoxdan məlumdur. Lakin əvvəllər bu, Putinin özünün legitimlik resursu ilə qarışdırılırdı. O, ya Şoyqu ilə ova gedə bilərdi, ya da Kadırovla ev sahibi ola bilərdi. Bu legitimlik Putinə tarazlıq imkanı verdi. Amma indi hamı başa düşür ki, Putin uduzdu. Ona görə də onun qarşısında qalan yeganə variant hamının ona qarşı birləşməsinin qarşısını almaq üçün ziddiyyətlərdən istifadə etməkdir. Beləliklə, çətin ki, Kreml “Vaqner”lə “kadırovçular” arasında münaqişələri yatırtmağı öhdəsinə götürsün. Daha doğrusu, müşahidə edəcək, lazım olan anda odun üzərinə benzin atacaq. Yəni ki, aqressiv təbəqələr bir-birini udsun və hamısı birləşib mərkəzi hökumətə hücum etməsin.

Müəllif: Maksim Rozumnı – Ukrayna siyasi elmlər doktoru.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru