Özbəklər nəyə “hə” dedilər: - hakimiyyətin ömrünü uzatmağa, ya sosial dövlət modelinə?
Tarix: 5-05-2023, 14:02 | Çap et
Özbəkistanda konstitusiya dəyişiklikləri məqsədilə keçirilən referendum başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb. Rəsmi məlumata görə, vətəndaşlar konstitusiya dəyişikliklərini dəstəkləyiblər.
Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum ölkə Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə baş tutub. Ölkənin əsas qanununa edilən əsas əlavələrdən biri ölkə Prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Hazırkı dövlət başçısı Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq, yəni 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək. Bundan əlavə, dəyişikliklərə əsasən, Özbəkistan sosial dövlət elan edilir.
Qeyd edək ki, sosial dövlət vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, iqtisadi və sosial əmin-amanlığın qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur. Bu modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan subyektdir.
Azərbaycanın sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov mövzu ilə bağlı AYNA-ya müsahibəsində Özbəkistanda keçirilən konstitusiya referendumu, sosial dövlət modeli və digər mövzular ətrafında danışıb. DİA.AZ onunla söhbəti təqdim edir:
- Özbəkistan son konstitusiya dəyişiklikliyindən sonra özünü sosial dövlət elan etdi. Sosial dövlət modeli özündə nəyi ehtiva edir?
- Sosial dövlət modeli üçün bir sıra ənənələr mövcuddur. Misal üçün, hər hansı ölkədə müharibə baş veribsə və həmin dövlət sosial dövlətdirsə, o zaman dövlət müharibə qurbanlarının ailələrinə və iştirakçılarına sosial dəstəyi öz üzərinə götürür. Eləcə də aztəminatlı ailələrin problemlərinin həllini də öz üzərinə götürür. Yəni, hər hansı vətəndaş qrupunun dövlətin maliyyə dəstəyinə ehtiyacı varsa, hökumət onu həyata keçirir. Əgər dövlət özünü sosial dövlət elan edirsə, bu problemlərin hamısını həll etməyə məsuldur.
Dünyada belə nümunələr mövcuddur. Almaniya sosial dövlətdir. Orada vətəndaşlara, habelə miqrantlara belə, dövlətin maliyyə dəstəyi həyata keçirilir. ABŞ-da isə fərqli situasiyadır. Amerikada hər adam dövlət dəstəyini əldə edə bilmir. Ələlxüsus da miqrantlar bu dəstəyi ala bilmir.
Azərbaycan da sosial dövlətdir. Postsovet məkanında sosial dövlət olaraq öz liderliyini qoruyur. Azərbaycanda sosial layihələrə böyük diqqət ayrılır. Ehtiyacı olan vətəndaşlar mənzillərlə təmin edilir. Hansı ki, bu, dünyanın çox az ölkəsində həyata keçirilir. Torpaqlarımızın azadlığı uğrunda şücayət göstərmiş şəhid ailələri və qazilərimizə xüsusi etimad göstərilir. Lakin sosial dövlət o demək deyil ki, hər bir problem dövlət tərəfindən tənzimlənməlidir.
- Belə çıxır ki, Özbəkistanda bu günə qədər sosial layihələr həyata keçirilməyib? Bunu konstitusiya ilə tənzimləməyə nə zərurət var idi ki?
- Sosial dövlət modelini konstitusiya ilə tənzimləmək hər bir dövlətin öz seçimidir. Görünür, buna getmək üçün müəyyən situasiya yetişib. Özbəkistanda sosial dövlət artıq rəsmiləşdi və bundan sonra hökumət sosial problemlərə xüsusi diqqət ayırmalıdır. Vətəndaş konstitusion hüquqlar əldə edir ki, dövlətdən dəstək ala bilsin. Yəqin ki, Özbəkistan hökuməti bununla bağlı araşdırmalar aparıb. Yekunda o qənaətə gəlib ki, sosial dövlət modelini konstitusiya quruluşuna çevirmək lazımdır. Bundan sonra büdcə müzakirələri, dövlət ayırmaları zamanı bu amil xüsusi nəzərə alınacaq. Özbəkistan dövləti buna gedirsə, deməli, buna xüsusi zərurət hiss edib.
- Sosial dövlət modelinə keçid edən dövlətlərin əsas fərqliliyi nədir? Hansı mexanizmlər sosial dövlət modelləri üçün xarakterikdir?
- Normal məbləğdə pensiyaların, məvaciblərin, təqaüdlərin, yardımların verilməsi sosial dövlətlər üçün xarakterikdir. Bu, təkcə birbaşa maliyyə yardımlarının deyil, ərzaq, dərman və digər formada yardımların da həyata keçirilməsini nəzərdə tutur. Habelə təhsil, səhiyyə xərcləri zamanı güzəştlər nəzərə alınır. Bu, əslində normal bir şeydir. Sosial dövlət modeli özündə xeyli məqamları ehtiva edir. Bunu sıralamaq üçün günlərlə müzakirələr aparmaq olar. Əslində hər bir dövlət sosial dövlət modelinə fərqli yanaşır. Burada ölkənin mövcud durumu, reallıqları, mentaliteti və s. fərqliliklər nəzərə alınır.
- İddialar mövcuddur ki, sosial dövlət modeli sadəcə bir bəhanəydi və konstitusiya dəyişikliyinin əsas məqsədi Mirziyoyevin hakimiyyətinin uzunömürlüyünü təmin etmək idi…
- Konsitusiya dəyişikliyi təkcə sosial dövlət modelini nəzərdə tutmur. Burada Prezidentin səlahiyyət müddətinin uzadılması, 2026-cı ilə qədər olan fəaliyyətini sıfırlanması və s. məqamlar da yer alır. Eləcə də digər nüanslar referenduma çıxarılan dəyişikliklərdə öz əksini tapıb. Bu, özbək xalqının seçimidir və nəticələr göstərir ki, özbəklər bu dəyişikliklərin lehinədir.
Əslində Şərq menatliteti Avropa mentalitetindən xeyli fərqlənir və bunu nəzərə almaq lazımdır. Bu regionun öznüməxsus xüsusiyyətləri var. Bu baxımdan Qərblə Şərqi eyni tərəziyə qoymaq olmaz. Onlar arasında tarixi fərqlər olub, var və olacaq. İdarəçilik fərqləri də var və buna təbii yanaşmaq lazımdır. Mən burada qeyri-adi və təəccüblü bir şey görmürəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
• Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35 |
|
|
|
• Rəqsanənin keçmiş sevgilisi qarət edildi - FOTO
Bu gün, 12:34 |
|
|
|
|