Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                     Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır .....                     Paşinyanla Putin telefonla danışdı: .....                     “İstəyirsən proses tez-bazar bitsin” .....                     Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi .....                     Rusvari rüsvayçılıq .....                     ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan .....                     Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır .....                     "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." .....                 

Siyasi savaş pikə doğru: ilkin ehtimallar formalaşıb, amma... - NƏ BAŞ VERİR?
Tarix: 2-05-2023, 14:02 | Çap et
Siyasi savaş pikə doğru: ilkin ehtimallar formalaşıb, amma...
Məlum olduğu kimi, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İnce, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır.

Aprelin 27-dən etibarən xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsverməsi başlayıb. Türkiyə Yüksək Seçki Qurumunun (YSK) qərarına əsasən, Türkiyənin 75 xarici ölkədəki diplomatik nümayəndəliklərində 156 seçki məntəqəsi fəaliyyətə başlayıb. Sərhəd məntəqələrində, aeroportlarda və dəniz limanlarında xaricə gedən vətəndaşların səsverməsi üçün 4,6 min məntəqə quraşdırılıb.

Ümumilikdə Türkiyə xaricində 3,6 milyondan çox vətəndaş səs verə bilər. Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi mayın 9-na qədər davam edəcək, sonra bütün bülletenlər sayılaraq YSK-ya göndəriləcək.

Göründüyü kimi, qardaş ölkə tarixi siyasi hadisənin astanasındadır. Bütün dünyanın nəzəri bu ay Türkiyədə keçiriləcək seçkilərə yönəlib. Seçki marafonu Azərbaycanda da maraqla izlənilir. Hamını düşündürən sual budur: may ayı Türkiyənin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq?

DİA.AZ-ın məlumatına görə, türkiyəli siyasi şərhçi Aydın Sezer AYNA-ya şərhində deyib ki, hazırda əsas diqqət prezident seçkilərinə yönəlib, parlament seçkiləri nisbətən arxa plana keçib: “Seçkilər öncəsi keçirilən sorğular əsas rəqiblər – Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıcdaroğlunun şanslarının təxminən bərabər olduğunu göstərir. Bəzi sorğularda isə Kılıcdaroğlu üstünlük qazanır. Digər yandan Muharrem İnce də sosial elektorata malikdir. İnce amili də nəticələrə təsirsiz ötüşməyəcək. Düzdür, İncenin qalib gəlmək şansı azdır, lakin o, qalibin müəyyən olunmasında həlledici söz sahibi olacaq”.

“Hesab edirəm ki, prezident seçkilərinin taleyi ikinci turda həll olunacaq. İkinci turun isə mayın 28-də keçiriləcəyi gözlənilir. May ayı Türkiyənin siyasi həyatında qaynar və həlledici ay olacaq. Türkiyənin gələcək daxili və xarici siyasətinə aydınlıq gələcək. Türkiyə seçiciləri öz gələcək rəhbərini seçəcək və taleyüklü qərarını elan edəcəklər”, - deyə həmsöhbətimiz bildirib.

Sezerin fikrincə, Ərdoğanın sağlığı ilə bağlı spekulyasiyalar onun şanslarının zəiflədilməsinə xidmət edir: “Məlumdur ki, bəzi xarici qüvvələr hər vəchlə Ərdoğanın seçkilərdə məğlub olmasına çalışır. Buna səbəb Ərdoğanın onların dediyi ilə oturub-durmaması, müstəqil xarici siyasət yürütməsidir. Onlar Ərdoğanın məğlubiyyəti üçün bütün imkanlarını işə salacaqlar. Açıq şəkildə etiraf etmək lazımdır ki, Kılıcdaroğlunun şansları yüksəkdir və nəhayət, 20 ildən sonra onun prezident seçilmək şansı yaranıb. Seçkilərin taleyinə Türkiyə seçiciləri aydınlıq gətirəcəklər”.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, seçkilərə az vaxt qalsa da, indidən nəticələr barədə danışmaq tezdir: “Hər şey mümkündür. Türkiyədə seçkilərin nəticələrinə təsir edən amillər çoxdur. Burada etnik, dini və digər amillər mühüm rol oynayır. Etnoslar və dini inanclar Türkiyə cəmiyyətinin gerçəkliyidir. Bu amil, heç şübhəsiz, bu seçkilərə təsirsiz ötüşməyəcək”.

“Rəcəb Tayyib Ərdoğan və komandası Türkiyə üçün çox işlər görüb. Türkiyənin müstəqil xarici siyasət yürütməsində, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsində onun rolu böyükdür. Türk seçiciləri bu xidməti nəzərə alacaqlar. Kılıcdaroğlu da şanslı namizəddir. Muharrem İnce də həmçinin. Hətta Sinan Oğan da. Düzdür, İnce və Oğan prezident seçkilərində qalib gəlməyəcəklər. Lakin ikinci tur gözlənilir. İkinci turda onların şansı yüksəkdir”, - deyə Hüseynli vurğulayıb.

DİA.AZ bildirir ki, AYNA-nın digər həmsöhbəti, azərbaycanlı politoloq Xəqani Cəfərli bu yarışdan Kamal Kılıcdaroğlunun qalib çıxacağını düşünür: “Sosioloji sorğular da bunu təsdiq edir. Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın öz mövqelərini qorumaq imkanı, Kılıcdaroğlunun qalib gəlmək ehtimalından daha aşağıdır”.

“Türkiyə böyük bir siyasi hadisənin astanasındadır. Artıq gerisayım başlayıb və hər ötən gün Kılıcdaroğlunu qələbəyə daha da yaxınlaşdırır. Bütün hallarda seçki öncəsi siyasi mübarizə şiddətlənir”, - deyə o bildirib.

Analitik may ayının Türkiyənin siyasi həyatında həlledici ay olacağını diqqətə çatdırıb: “Hətta seçkilərin taleyi ikinci turda həll olunsa belə, bu da may ayının sonunda baş verəcək. Təbii ki, siyasətdə hər şey mümkündür. Tamamilə gözlənilməz nəticələr və sürprizlər də ortaya çıxa bilər. Lakin normal məntiqlə təhlil etdikdə aydın görmək olur ki, Kılıcdaroğlunun şansı daha yüksəkdir. Yəqin ki, CHP lideri seçki yarışmasının favoriti olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru