İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                 

Hər kəsin Türkiyədə öz marağı var... - İNCƏLƏMƏ...
Tarix: 8-03-2023, 08:00 | Çap et
Hər kəsin Türkiyədə öz marağı var...
Türkiyədə yaxınlaşan prezident seçkisinin nəticələrini qurmaq üçün qlobal güclər arasında çarpışmalar gedir.
Qlobal diqqətlərin seçki prosesinə cəmləşməsi Türkiyənin oyunçuluq bacarıqlarının və güc balansındakı tarazlaşdırıcı mövqeyinin yönləndirilməsi üçün nəticələrin hasil edilməsinə yönəlir.
Türkiyə Qərbin təzyiqləri ilə üzləşən ölkələr sırasında özünəməxsus yerdə qərarlaşır, Ankaranın PKK terrorçuları ilə mübarizəsi, Suriya və İraqdakı əməliyyatları, Cənubi Qafqaz orbitindəki güclənən iştirakı və sair Qərbin mütləq maraqları ilə uyğunluq təşkil etmir.
Türkiyə ilə Rusiya hər nə qədər bir-birinə tərəfdaş olsalar da, bu iki ölkənin tarixi-siyasi istinadlar nöqtəsi onların gizli rəqibliyinə gətirib çıxarır.
Beləliklə Türkiyədəki seçki Rusiya ilə Qərbin strateji xəttinin hansı formada davam edə biləcəyini müəyyən edən xarakterə malikdir.
Ona görə də qlobal qütblərin uclarında dayanıb dünyanı öz malı kimi görən güclər Türkiyədəki proseslərə yön verərək seçki nəticələrinə təsir göstərməyə cəhdlər edirlər.
Hərçənd ki, Türkiyənin xarici siyasətinin koordinatları dəyişməzdir və Ankara hakimiyyət kürsüsünə kimlərin yiyələnməsindən asılı olmayaraq dərin strateji maraqlarından əl çəkən deyil.
Ancaq hakimiyyətdəki fiqurların şəxsi xarakteri, qətiyyətindəki doza bu xətti qlobal oyunçulardan hansının maraqlarına uyğun şəkildə tərtib etməsini şərtləndirə bilər, ona görə də hərə özünə sərf edən siyasətçiyə sərmayə yatırmaq istəyəcək.
Bu, həm hərfi, həm də əsl mənada investisiya qoymaq üçün yarışı körükləyir.
Qərb üçün Türkiyənin indiki iqtidarı bir qədər problemlidir, ona görə ki, o, əvvəlki hakimiyyətlərdən fərqli olaraq Türkiyəni daha iddialı və böyük maraqlar ənginliyinə doğru istiqamətləndirir. Üstəgəl, Türkiyə NATO üzvlərindən ABŞ-nin, Fransanın maraqlarına zidd addımlarını itiləşdirməklə xeyli irəliyə doğru çıxa bilib.
Böyük Britaniyaya gəlincə, onu fərqli davranışlar səbəbindən Türkiyəyə qarşı müxalif mövqedə dayanan dövlət kimi tanıtmaq yanlış olardı. Britaniyanın Türkiyə üzrə siyasətinin cövhəri ABŞ-dən fərqlənir, çünki Ankara ilə Londonun güclənən açıq-gizli tərəfdaşlığı onları bir-birinin strateji maraqlarını nəzərə almağa vadar edir.
Rusiya Türkiyə iqtidarı ilə yaxın münasibətlər sistemindədir, Ankaranın Ukrayna müharibəsində Kiyevi dəstəkləməsinə baxmayaraq, onun Moskvanın strateji maraqları əleyhinə kampaniyada iştirak etməməsi əlaqələri daha da yaxşılaşdırır.
Ona görə də Kreml üçün Türkiyənin cari hökuməti problemli bir mahiyyətə sahib deyil, hərçənd ki, iki ölkənin oxları Suriyada bir-birinin ziddində dayanan cəbhələrdə bərqərar olub.
Türkiyə Suriyada ümumilikdə üç tərəflə savaşır: ABŞ, Rusiya və İran. Lakin Türkiyə Suriyada Rusiya ilə də dil tapa bilir və bir-birlərinə rəqib olsalar da, onlar ortaq maraqlar platformasını formalaşdırmağı bacarırlar.
Lakin Rusiya Türkiyədəki seçkidə piar qurmaq üçün pul xərcləməkdən ötrü sinov getmir, çünki onun başı Ukraynadakı müharibəyə qarışıb, üstəgəl Kreml belə məsələlərdə xəsisdir.
Ona görə də Rusiya daha varlı ölkələrin, məsələn, körfəz regionuna daxil olan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn, Qətərin Türkiyəyə yönəlmiş maliyyə axınlarını öz istədiyi nəticə üçün həlledici sayır.
Nəzərə almaq lazımdır ki, bu ölkələr Ukraynadakı müharibədən sonra Rusiyaya qarşı başlayan genişmiqyaslı tədbirlərə qoşulmayıblar – bu isə Moskva üçün göydəndüşmə fürsətdir.
Səudiyyə Ərəbistanı ABŞ-nin Rusiyanı zəiftləmək üçün neft hasilatını çoxaltmaq tələblərini yerinə yetirmir, görünür ki, Ər-Riyad Moskva ilə əlaqələri daha üstün sayır.
Söhbət körfəz ölkələrinin ərəb dövlətlərindən düşmüşkən, son bir neçə ayda Çinin bu regionda iştirakını sürətləndirmək və gücləndirmək meyilləri müşahidə edilməkdədir.
Pekinin belə həmlələri ABŞ-nin maraqlarına qarşı formullarda Rusiyaya sərfəli ideyalar təqdim edir, ona görədir ki, Moskva Çinlə əməkdaşlığın vektorlarını genişləndirir.
Buradan məntiqli bir nəticə çıxarmağa cəhd edə bilərik, deməli:
- Rusiya-Çin oxu Türkiyədəki mövcud iqtidarın qalmasında maraqlıdır;
- Qərb isə iqtidara müxalif qüvvələri ayaqlandırıb, onların hakimiyyətə gəlməsinə səy göstərir.
Ancaq burada bir xeyli “əmma” ortalığa çıxır. İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini qarşıya məqsəd qoyan Qərb Türkiyə hakimiyyətinin seçkiyə qədər üzvlük üçün rıçaqları əlində saxlayacağını dərk edir.
Türkiyə dövləti isə Qərbin ölkə daxilindəki təsirləri ilə Suriya arasında bağlantı qurmaq ehtimallarını təhlil edir, bu ziddiyyətli nöqtələr nə qədər qəribə görünsə də, Ankara-Qərb danışıqlarında razılaşma və ya sövdələşmə ssenarilərini göz önünə sərir.
Bu, Türkiyə ilə Qərb arasında qarşılıqlı maraqlar və ehtiyaclar əsasında kompromislərlə nəticələnə bilər.
Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru