Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilər - İNCƏLƏMƏ...
Tarix: 19-05-2022, 08:53 | Çap et
Rusiyanın Ukraynadakı hərbi təcavüzünü heç bir faktor tormozlaya bilmir. Üç aya yaxındır ki, davam edən müharibədə Qərbdən Kiyevə siyasi və hərbi dəstəyə, eləcə də maliyyə yardımı ayrılmasına, Rusiyaya isə ağır sanksiyalar tətbiq edilməsinə baxmayaraq, yenə də “Z” ordusunu geri oturdacaq əsaslı dönüş baş vermir. Hərgah Rusiyanın 28 mindən çox canlı itkisi var, xeyli hərbi texnikası vurulub, sanksiyalar ölkə iqtisadiyyatını silkələyib, di gəl yenə də siyasi-hərbi rəhbərlik “dur” əmri vermir. Müharibənin elə bir mərhələsidir ki, burada hansı tərəf dayansa, məğlubiyyəti etiraf etmiş olacaq. diaaz.space-ın məlumatına görə, “Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, ona görə də İstanbul razılaşmasından sonra nə Kiyevlə Moskva arasında danışıqlar aparılır, nə Zelenski özü dialoqda maraqlı görünür, nə də savaş səngiyir. Bəli, deyilə bilər ki, Ukrayna ordusu Xarkovu rus hərbçilərindən təmizlədi, döyüşlər cənub və şərq istiqamətlərində gedir, lakin bu ərazilərdə də Xerson və Mariupol kimi şəhərlərə nəzarət əldən çıxıb. Ukrayna ordusu isə Konqresin təsdiqlədiyi 40 milyardlıq yardım paketini, ağır və hücum silahlarını gözləyir ki, əks-hücum əməliyyatlarına başlaya bilsin.
Yəni Rusiya Ukraynanın şərqini işğal etsə belə, bu bölgədə möhkəmlənməsi çətin olacaq. Putin müharibəyə son qoymaq istəsə də, ABŞ-NATO istəməyəcək. Nəticədə böhranın ömrü uzanacaq. Ukrayna rəsmiləri də qeyd edirlər ki, həlledici döyüşlər avqustun sonuna təsadüf edəcək, ilin axırında isə müharibə tamamilə yekunlaşacaq. Böyük Britaniyanın baş naziri Boris Conson isə 2023-cü ilin sonunadək müharibənin davam edəcəyini istisna etməmişdi. Hazırda rus ordusu Odessa, Sumı və digər istiqamətləri də raket atəşinə tutur. Bir nüansı da qeyd etmək lazımdır ki, rusların əsas gücü raket zərbələri endirməkdədir. Ukrayna ordusu isə gözləmə mövqeyində və hücumları dəf etməkdədir, hücum əməliyyatları hələ ki aparmır.
Bu arada, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Mariupolun “Azovstal” zavodunda mühasirəyə alınmış 700-ə yaxın ukraynalı silahlı son 24 saat ərzində təslim olub. Onun sözlərinə görə, Mariupolda “Azov” millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər. Ötən sutka ərzində 694 yaraqlı təslim olub, o cümlədən 29-u yaralanıb", - o deyib. Konaşenkov qeyd edib ki, cəmi iki gün ərzində 959 yaraqlı silahı yerə qoyub, onlardan 80-ni yaralanıb. Yaralılardan 51-i stasionar müalicə tələb edirdi, onlar “DXR”in Novoazovsk xəstəxanasına göndərilib.
Beləliklə, kollektiv Qərbin Ukraynaya siyasi, hərbi, maddi dəstəyi, paraleldə Rusiyaya ağır sanksiyaları müharibənin taleyini, ümumi gedişatını ciddi dəyişmir. Rusiya hücumdadır, Ukrayna müdafiə olunur. Bu vəziyyət hara qədər davam edəcək? Müharibə nə vaxta kimi davam edəcək? Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilərmi? Qərbdən gələcək yeni yardımlar əhəmiyyətli dönüşə gətirib çıxara bilərmi?
Üstəlik, burada rus və Qərb silahlarının prestij baxımdan mübarizəsi gedir. Uduzan tərəfin texnikası dünya silah ticarətində dəyərini itirəcək. Həmçinin psixoloji və strateji savaşın şahidiyik. Nə ABŞ-Britaniya, nə Rusiya geri çəkilir. Və bu kor dalanda geriyə addım atan tərəf məğlub sayılacaq, uğurla çıxan dünya siyasətində ikiqat hegemon görünəcək. Bu proksi müharibədən kim üstün çıxacaq?
Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Ukraynanın əzmkar müqaviməti və Rusiyanın imperialist siyasətinin başlıca aləti olan sərt gücünü ciddi şəkildə budayıb, mifi dağıtması postsovet coğrafiyası, bütün Avropada yeni geosiyasi situasiya yaradıb: “Hələ müharibə davam edir və hərb meydanındakı nəticə bəlli deyil, amma artıq məlumdur ki, Rusiya qarşısına qoyduğu siyasi məqsədlərə çatmayacaq. Müharibənin əvvəlində Ukraynanın kapitulyasiyaya gedib-getməyəcəyi danışılırdısa, bu gün Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvanın heç vaxt kapitulyasiya etməyəcəyini vurğulamaq ehtiyacı hiss edir, Makron ”Putinin sifətini qorumağın" vacibliyindən dəm vurur. Üç ay əvvəl NATO-nun genişlənməsini savaş səbəbi sayan, NATO-dan 1997-ci il sərhədlərinə geri qayıtmağı ultimativ şəkildə tələb edən Putin bu gün Finlandiya və İsveçin transatlantik ittifaqa qoşulmasını təhdid hesab etmədiklərini bildirir. Halbuki Finlandiyanın üzvlüyü Rusiya-NATO quru sərhədini 2 dəfə uzadır, İsveçin üzvlüyü isə Rusiyanın əsrlər boyu uğrunda müharibələr apardığı Baltik dənizini “NATO gölü” halına gətirir. Mümkündür ki, hər şey plan üzrə gedir. Amma belə görünür ki, hər nə plandırsa, onun müəllifi Putin deyil".
Ekspert Ramiyə Məmmədova Ukraynanın qələbə şansının anti-Rusiya koalisiyasından asılı olduğunu düşünür. Onun fikrincə, bu mübarizədə kollektiv Qərb riyakarlıq etməsə, sona qədər dəstəyini davam etdirsə, gec-tez nəticə əldə olunması mümkündür. Təhlilçinin sözlərinə görə, Britaniyanın bu məsələdə rolu çox vacibdir və oradan rus ordusu zəfərlə ayrılarsa, dünya kollektiv Qərbin üzünə tüpürəcək, xalqlar içində inamını itirmiş olacaq: “Sizcə, ABŞ və NATO buna imkan verərmi? Rusun əngini dağıtmadan əl çəkməyəcəklər, müharibəi uzadacaqlar. Hədəf Ukraynada atəşkəs deyil, rusu təngə gətirmək, yormaq və peşman etməkdir. Buna nail olmaq üçün Qərb imkanlarını səfərbər edəcək. Əgər Donbas Rusiyaya birləşsə, Putinin təkbaşına dünya ilə mübarizədən qələbəsi sayılacaq. Ona görə Qərb buna imkan verməyəcək, çünki özünün dəfni, Rusiyanın Avrasiya və bütövlükdə dünyada yüksəlişi sayılacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|