Rusiyanın KTMT-dən umacağı nədir? - GƏLİŞMƏ
Tarix: 6-05-2022, 10:09 | Çap et
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) may ayında Moskvada keçirilməsi planlaşdırılan yubiley sammitinə hazırlıq gedir. Sammitin dəqiq vaxtı açıqlanmır.
KTMT-yə üzv olan dövlətlərin başçılarından Moskvaya kimin gəlib-gəlməyəcəyi də məlum deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Rusiyanı dəstəkləmir və Ukraynaya qarşı müharibədə iştirak etmək arzusunu ifadə etmir.
Bu barədə ötən həftə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. “Rusiya Federasiyasının təkidlərinə baxmayaraq, KTMT üzvləri öz ölkələrindən kənarda sülhməramlı əməliyyatların aparılması ilə bağlı qərar qəbul etmək istəmirlər. O cümlədən “DNR” və “LNR” adlanan ərazilərdə baş verən münaqişəyə qoşulmaq istəmir. Digər tərəfdən, KTMT üzvləri milli kontingentin Rusiya Federasiyası və ya Belarus ərazisində məhdud şəkildə yerləşdirilməsi imkanlarını nəzərdən keçirə bilər. Ancaq Ukraynanın onların ərazisinə hücumu ilə bağlı rəsmi bəyanatdan sonra", - kəşfiyyatın hesabatında deyilir.
Qeyd edək ki, Ermənistan 16 sentyabr 2021-ci ildən etibarən 2 il müddətinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edir. Rusiyanın KTMT-dən umacağı nədir? Putin “NATO”su Rusiyaya hansı dəstəyi verə bilər?
BAXCP sədrinin müavini, əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli Rusiyanın dəstəklənməsini tam mümkünsüz hesab edir: “KTMT üzvü olan dövlətlərin Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmələri bir neçə aspektdən mümkün deyil. Əvvəla, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi həm BMT-nin, həm də KTMT-nin nizamnaməsinə ziddir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsində BMT Nizamnaməsinə istinad olunur və BMT-yə üzv dövlətlərin öhdəliklərinin KTMT-nin fəaliyyətində əsas götürüldüyü bildirilir. Digər tərəfdən, KTMT üzvü olan ölkələr təşkilatın nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı birinə təcavüz olunacağı təqdirdə hərbi əməliyyatlara qoşula bilərlər. Məlum olduğu kimi, Rusiyaya hər hansı bir ölkə hücum etməyib, bu dövlətin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığına təhdid yaranmayıb, əksinə, Rusiya BMT Nizamnaməsinin və digər beynəlxalq hüquqi-normativ aktların tələblərini pozaraq suveren dövlətin ərazisinə hücum edib və bu baxımdan, KTMT üzvü olan dövlətlər bu amili nəzərə alaraq, Rusiyanın təşkilatdan kənarlaşdırılması ilə bağlı məsələ qaldırmalıdırlar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinin 20-ci bəndində bildirilir ki, ”üzv dövlət nizamnamənin tələblərini yerinə yetirmədiyi təqdirdə, KTMT-nin Təhlükəsizlik Şurası həmin dövləti üzvlükdən kənarlaşdıra bilər. Bu zaman üzvlükdən çıxarılan dövlətin səsi nəzərə alınmır. Rusiya, şübhəsiz ki, müharibənin davam etdirilməsi üçün KTMT üzvü olan dövlətlərin dəstəyini istəyir. Toplantının da səbəbi çox güman ki, bu istəklə bağlıdır. Amma üzv dövlətlər bu müharibəyə qoşulduqları zaman təcavüzün iştirakçısına çevriləcəklər ki, bu da həm KTMT Nizamnaməsinin preanbula hissəsində yer alan məqamlara, o cümlədən KTMT-nin fəaliyyətində istisnasız olaraq, BMT Nizamnaməsinin əsas götürüləcəyi barədə öhdəliyə, həm Baş Assambleyanın qəbul etdiyi qərarlara, həm də üzv dövlətlərin Ukrayna ilə imzaladıqları dövlətlərarası müqavilələrə ziddir. Bununla yanaşı, KTMT-yə üzv dövlətlərin Ukraynaya müdaxilədə iştirakı təsdiqlənərsə, o zaman həmin dövlətlər də sanksiyaların altına düşəcəklər ki, Rusiyanın onların itkilərini qarşılamaq imkanı yoxdur. Ola bilsin ki, bu amili nəzərə alıb Rusiya öz istəyini imperativ şəkildə bəyan etməyəcək. Əks təqdirdə, bu, KTMT-nin tamamilə sıradan çıxmasına gətirib çıxara bilər".
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu toplantıdan ciddi nəyinsə əldə olunacağını, ümumiyyətlə, düşünmür: “Rusiyanın bütün müttəfiqləri ilə ”səmimiyyət" problemi var. Müttəfiqlər sanki “dost çuxuruna” düşüblər. Ona görə də rusların bu sahədə nəyəsə nail olması çətindir. Sadəcə, üzdə elə- belə Rusiyanın xətrinə dəyməmək üçün şimal qonşumuzun beynəlxalq əhəmiyyətindən söhbət edib dağılışacaqlar. Böyük ehtimalla da bu formada toplantı olacaq. Rusiya SSRİ-nin 1979-cu il aqibətini yaşaya bilər. SSRİ-nin Əfqanıstana girməsi hamıya məlumdur. Amma Rusiyanın xarici siyasəti həmişə yarıhərbi olur. Ona görə də Rusiya tarixində önəmli diplomat adı az görərsiniz. Amma çoxlu “polkovodets” var. Qayıdaq KTMT məsələsinə, real bir şey olacağını düşünmürəm". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|